Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Əyləncəli dəqiqələrin təşkili, Musiqili didaktik oyunlar



Yüklə 191,07 Kb.
səhifə47/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   43   44   45   46   47   48   49   50   ...   71
musiqi1 kopyası kopyası

Əyləncəli dəqiqələrin təşkili, Musiqili didaktik oyunlar

Musiqi dərslərində şagirdlər fəal olmaqla yanaşı onlarla istirahət və əyləncəli dəqiqələr də keçirmək məsləhətdir. Elə etmək lazımdır ki,belə məşğələlər dərsdə aparılan fəaliyyətlərin hesabına yox, həmin fəaliyyətin içində müəyyən dədiqələr ayrılmaqla keçirilsin. İdman dəqiqələri, musiqili-didaktik oyunların keçirilməsi uşaqların marağına və dərsin rəngarəng olmasına səbəb olur. Şagirdlərin yorgunluğunu, gərginliyini aradan qaldırmaq üçün idman dəqiqələrini ritmik məşğələ kimi,musiqili – didaktik oyunları isə yeni bir mövzunu izah edərkən, müəyyən bəhsi ümumiləşdirərkən və ya fəal dərsin müəyyən mərhələlərində keçirmək olar. Məsələn:


İdman dəqiqələri
Biz bir az yorulmuşuq, gəlin azca dincələk
Yerindən qalxıb hamı, bir az idman eyləyək:
Əllərimizi qaldırıb, yarpaq kimi əsdirək,
Sonra salıb aşağı sağa-sola əyilək.
Əllər yaxın, həm uzaq, 4-ə qədər hoppanaq: 1,2,3,4
İndi isə dayanıb, yerində addımlayaq: 1,2,3,4
İdman dəqiqələri xoşumuza çox gəldi,
Hərəkətlər göstərdik, bədənimiz dincəldi.
Musiqi dərslərində aparılan musiqili-didaktik oyunlar uşaqlarda musiqi hissinin inkişafını sürətləndirir. Bu oyunlar vasitəsilə onlar dərsdə aldıqları bilik və bacarıqları nümayiş və tətbiq etməyə çalışırlar. Musiqi – didaktik oyunlar zamanı uşaqlar musiqi əsərinin emosional obrazına “daxil olmağa” cəhd göstərirlər. Onlar ritmik və oxu improvizasiyalarında iştirak edir, musiqinin xaakterinə uyğun ifadəli, ritmik hərəkətlər yerinə yetirirlər. Əyləncəli oyunlarda isə musiqi haqqında biliklərini nümayiş etdirirlər. Məsələn Dəsmalı ötür, Bərkdən, yavaşdan oxuyuram, Musiqi alətini tanıyıram, Mahnını tamamla, Tapmaca və s.
Musiqili-didaktik oyunlar təbii ki, hər dərs keçirilmir. Bu oyunlar mövzudan, standartdan asılı olaraq həmin mövzunun tez və şüurlu qavranılması üçün və ya hər hansı bir musiqiinformasiyasının maraqlı şəkildə uşaqlara ötürülməsi məqsədini daşıya bilər. Həmçinin, bir bəhsin, bir bölmənin, bir tədris vahidinin sonunda bu oyunları keçirməklə şagirdlərin bu mövzu ilə bağlı mənimsədikləri biliklərini aşkar etmək və qiymətləndirmək olar.



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin