Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri



Yüklə 191,07 Kb.
səhifə43/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   39   40   41   42   43   44   45   46   ...   71
musiqi1 kopyası kopyası

Əsas əsərləri

"Holberq zamanından" suitası, Op. 40


Fortepiano üçün altı lirik pyes, Op. 54
Simfonik rəqslər" Op, 64 (1898)
Norveç rəqsləri" Op, 35 (1881)
Simli kvartet sol minor Op. 27 (1877–78)
Üç skripkalı sonata Op. 8 (1865)
Violenç üçün sonata lya minor Op. 36 (1882)
"Payızda" konsert üçün üvertura, (I Hst, op. 11) (1865)
"Sigurd Yorsalfar" Op. 26, (1879) (B. Byornsonun faciə dramına yazdığı musiqidən üç orkestrli pyesi)
"Troldhaugendə toy günü" Op. 65, No. 6
"Ürək yaraları" (Hjertesar) iki həzin melodiyasından, Op.34
"Sigurd Yorsalfar" Op.56 – Ehtiram marşı
"Per Günt" Suita No. 1, Op.46
"Per Günt" Suita No. 2, Op.46
"Son bahar" iki həzin parçasından, Op. 34
Piano üçün konsert, A minorda, Op. 16



  1. Musiqili ritmik hereketlerin, ritmik mesgelelerin kecirilmesi

Ümumtəhsil məktəblərində tədris olunan musiqi dərslərində şagirdlərin fəaliyyəti təkcə mahnını xorla oxumaq, musiqi əsərlərini dinləmək, sadə musiqi alətlərində çalmaq və s. ilə bitmir. Bunlarla yanaşı ritmik hərəkətlərin yerinə yetirilməsi də bir fəaliyyət kimi vacibdir.Musiqili-ritmik hərəkətlər şagirdlərin musiqi qabiliyyətinin inkişafına kömək edir, həmçinin musiqiyə emosoinal münasibətin, ritmik hissiyatın inkişafına təsir edir.


Musiqili-ritmik fəaliyyətdə şagird şəxsiyyətinin müsbət keyfiyyətləri inkişaf edir: onlarda musiqi-estetik hisslər yaranır, onlar zəngin musiqinin rəngarəngliyi ilə qarşılaşır, musiqi obrazına “öz” münasibətini bildirirlər. Bu da onların yaradıcı təxəyyülünün inkişafına təsir edir.
Musiqili-ritmik hərəkətlər musiqinin plastik xüsusiyyətlərinin ifadəsidir. Ritmika – uşağın musiqi inkişafında hərəkətlərdən istifadə etmək ideyasını ilk dəfə İsveç alimi və bəstəkarı E.J.Dalkroz irəli sürmüşdür. Alimin fikrincə musiqi ritmi və plastika hərəkətdə birləşir. Ritmik gimnastika uşaqlara sevinc bəxş edir. Uşaqlar idmanı, hərəkətləri musiqinin sədaları ilə daha həvəslə yerinə yetirirlər.
Musiqi dərslərində yerinə yetirilən ritmik məşğələlər şagirdlərin fiziki inkişfına təkan verir, yəni musiqi sadəları altında hərəkətlərin koordinasiyası təkmilləşir, şagirdin ritmi düzgün hiss etmə qabiliyyəti inkişaf edir, musiqini, mahnını, rəqs elementini, idman hərəkətiniritmik düzgün ifa edir. Bu fəaliyyət zamanı şagirdin əqli, fiziki, mənəvi, estetik keyfiyyətləri formalaşır.
​Musiqi – ritmik bacarıqlar hərəkətlər prosesində inkişaf edir. Uşaqlar eşitdikləri musiqi əsərlərini emosional qəbul edirlər. Bu musiqi onların hissinə təsir edir. Nəticədə uşaqların yerinə yetirdikləri ritmik çalışmalar dinlədikləri musiqinin xarakterinə uyğun olur.
​Ritmik fəaliyyəti musiqi dərslərinə müxtəlif tərzdə daxil etmək olar. Mahnı oxuyarkən onun ritminə uyğun əl çalmaq, ayaq hərəkətləri etmək (ritmə uyğun vurmaq, addımlamaq), rəqs elementlərindən, idman hərəkətlərindən istifadə etmək, sadə musiqi alətlərində öz ifasına və ya dinlədikləri musiqiyə müşayiət yaratmaq, öyrənəcəyi mahnını qavrayıb düzgün, dəqiq ritmik ifa etmək və s. Bir sözlə, bu fəaliyyət növündə bütün şagirdlər, hətta mahnı oxumaq qabiliyyəti olmayan şagirdlər belə musiqini xarakterinə, ritminə uyğun plastik şəkildə ayaq və bədən hərəkətləri edirlər. Bu bacarıqların formalaşması, onlarındigər bacarıqlrını və musiqi qabiliyyətlərini inkişaf etdirir.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin