Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Klassik musiqinin formalari Sonota alleqro formasi



Yüklə 191,07 Kb.
səhifə42/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   38   39   40   41   42   43   44   45   ...   71
musiqi1 kopyası kopyası

Klassik musiqinin formalari Sonota alleqro formasi

Forma latın sözü olub “zahiri görünüş”deməkdir. Bütün incəsənət əsərləri müəyyən formaya məxsusdur, lakin onların qanunları müxtəlifdir. Musiqi əsərinin quruluşuna musiqi forması deyilir. Hər bir əsərin məzmununa müvafiq onun forması müəyyənləşdirilir. Musiqi forması məzmunla vəhdət təşkil edərək, eyni vaxtda ayrı-ayrı səs elementlərinin qarşılıqlı təsiri ilə, bir-birinə məhz ona aid, fərdi və təkrar olunmazdır. Buna baxmayaraq formanı yaradan qayda və qanunların miqdarı məhduddur. Buna görə də bir çox əsərlərin quruluşunda ümumilik vardır ki, bu da forma növlərini aşkar etməyə imkan verir.


Sonata-alleqro forması. Sonata alleqro forması mürəkkəb klassik musiqi formalarından biridir. Bu formada əsasən instrumental musiqi əsərləri yazılır. Sonata-alleqro forması bir-biri ilə ziddiyyət təşkil edən 2 mövzu əsasında (əsas və köməkçi) və bu mövzuların bir-birinə qarşı qoyulması və inkişaf etdirilməsi nəticəsində yaranır. Quruluşu 3 şöbədən ibarətdir:
1.Ekspozisiya (əsas, köməkçi və s. mövzularla tanışlıq)
2.İşlənmə (hər bir mövzu işlənir, xırdalanır)
3. Repriza (əsasən I şöbə təkrarlanır)
Silsilə mahiyyətli formalar. Ümumi məzmuna əsaslanan, bir neçə müstəqil hissələrin toplusundan yaranır. Bu formada vahid bir fikir və məzmun olur. Silsilə forması müxtəlif olur:
- sonata silsiləsi forması – bu formada sonata, simfoniya, konsert, trio, kvartet, kvintet və s., əsasən instrumental əsərlər yazılır.
- Süita forması – bu forma müstəqil hissələrin ümumi məzmunla birləşməsi nəticəsində yaranır.



  1. Qerbi Avropa klassik musiqisi E. Qriq haqqinda

Edvard Qriq Norveçin Bergen şəhərində anadan olmuşdur. O vaxtlar Bergen şəhəri, xüsusilə şəhərin teatr həyatı Avropada özünəməxsus milli yaradıcılıq ənənələri ilə seçilirdi. Belə ki, burada Henrik İbsen və Byörnstern Byörnson kimi ədiblər öz ədəbi fəaliyyətlərinə başlamışdılar.Bergende Edvardın istedadını ilk dəfə görən digər norveç bəstəkarı Ole Bull da həyatının böyük hissəsini yaşamışdır. Məhz bu bəstəkar Edvardın valideynlərinə gənc və istedadlı Edvardı Almaniyaya, Leypsiq konservatoriyasına göndərməyi məsləhət görür.1858-ci ildə Qriq Leypsiqə gedir.


Edvard Qriqin yaratmış olduğu ən məşhur əsərləri Henrik İbsenin "Per Günt" dramına bəstələdiyi- "İnqridin giley-güzarları", "Ərəb rəqsi", "Per Güntün vətənə qayıdışı", "Solveyqin nəğməsi" kimi ölməz əsərləridir.
"İnqridin giley-güzarları" dram pyesindən bir rəqs parçası Griqin Nina Hagerupla toy mərasimində səslənmişdir. Bu izdivacdan cütlüyün Aleksandr adlı qızları dünyaya gəlmiş, lakin körpə cəmi bir yaşında dünyasını dəyışır. Bu hadisə sonralar gənc ailədə münasibətlərin kəskin soyumasına səbəb olur.
Qriq 12 mahnı və romans nəşr etdirmişdir. Ölümündən sonra isə daha 5 pyesi işıq üzü görür. Əsərlərinini bir qayda olaraq Norveç və Danimarka şairlərinin şeirləri üzərində yazmış Qriq nadir hallarda H. Heyne, A. Şamisso və L.Ulanda kimi alman şairlərinə də müraciət etmişdir. Bəstəkar Skandinaviya ədəbiyyatına, xususən də doğma Norveçinin ədəbiyyatına maraq göstərmişdir.
Qriq 4 sentyabr 1907-ci ildə Bergendə vəfat etmiş və həyat yoldaşı Nina Hagerupla eyni məzarda dəfn edilmişdir.

Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin