Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


İntervalların pillə və keyfiyyət ölçüləri. İntervalların dönməsi



Yüklə 191,07 Kb.
səhifə54/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   50   51   52   53   54   55   56   57   ...   71
musiqi1 kopyası kopyası

İntervalların pillə və keyfiyyət ölçüləri. İntervalların dönməsi

İntervalların pillə və keyfiyyət ölçüsü. Eyni adlı intervallar aralarındakı tonların sayına görə müxtəlif olur. İntervalların ölçüsünü yalnız pillələrin miqdarı deyil, həm də həcmindəki ton və yarımtonların miqdarı da təyin edir. Buna görə də ton və yarımton, intervalların keyfiyyət növünü təyin etmək üçün ölçü olaraq qəbul olunmuşdur.


Bu intervalların hamısının tersiya olmasına baxmayaraq, tərkibindəki tonların miqdarına görə onlar bir-birindən fərqlənirlər. Deməli, tərkibindəki ton və yarımtonların sayına görə intervalların müxtəlif növləri vardır: xalis, böyük, kiçik, artırılmış, əksildilmiş və s.
İntervalların dönməsi. Sadə intervalların zirvəsi yerində saxlanılaraq əsası bir oktava yuxarı və yaxud əsası yerində saxlanılaraq zirvəsi bir oktava aşağı aparılarsa, buna intervalın dönümü deyilir. Belə ki, intervalın alt səsi üst səsin yerini və ya üst səsi alt səsin yerini tutur.
Sadə intervallar həmişə sadə intervallara dönür. Böyük intervallar kiçiyə, kiçik intervallar böyüyə, xalis intervallar isə xalis intervallara dönərək yeni interval əmələ gətirir.
Sadə intervalların dönümü rəqəmlərlə göstərilmiş olarsa, onların dönüm sayının cəmi 9-a bərabər olmalıdır:
Prima – Oktava 1+8=9; Sekunda – Septima 2+7=9; Tersiya – Seksta 3+6=9
Kvarta – Kvinta 4+5=9; Kvinta – Kvarta 5+4=9; Seksta – Tersiya 6+3=9
Septima – Sekunda 7+2=9; Oktava – Prima 8+1=9


  1. İntervalların keyfiyyət ölçüsü. Əsas intervalların cədvəli.

İntervalların pillə və keyfiyyət ölçüsü. Eyni adlı intervallar aralarındakı tonların sayına görə müxtəlif olur. İntervalların ölçüsünü yalnız pillələrin miqdarı deyil, həm də həcmindəki ton və yarımtonların miqdarı da təyin edir. Buna görə də ton və yarımton, intervalların keyfiyyət növünü təyin etmək üçün ölçü olaraq qəbul olunmuşdur.
Mürəkkəb intervallar haqqında məlumat. Musiqidə oktavadan artıq intervallar işlədilir ki, bunlara mürəkkəb intervallar deyilir. Mürəkkəb intervallar sadə intervalların (prima, sekunda, tersiya və s.) oktava ilə birləşməsindən əmələ gəlir. Mürəkkəb intervallar adlanır:
1. Nona – 9. I səsə nisbətən 9-cu səsdir, ya da oktava və primanın birləşməsindən əmələ gəlir. 2. Desima – 10. 2+8 3. Undesima – 11. 3+8
4. Duodesima – 12. 4+8 5. Tersdesima – 13. 5+8
6. Kvartdesima – 14. 6+8 7. Kvintdesima – 15. 7+8
İntervalların dönməsi. Sadə intervalların zirvəsi yerində saxlanılaraq əsası bir oktava yuxarı və yaxud əsası yerində saxlanılaraq zirvəsi bir oktava aşağı aparılarsa, buna intervalın dönümü deyilir. Belə ki, intervalın alt səsi üst səsin yerini və ya üst səsi alt səsin yerini tutur.
Sadə intervallar həmişə sadə intervallara dönür. Böyük intervallar kiçiyə, kiçik intervallar böyüyə, xalis intervallar isə xalis intervallara dönərək yeni interval əmələ gətirir.
Sadə intervalların dönümü rəqəmlərlə göstərilmiş olarsa, onların dönüm sayının cəmi 9-a bərabər olmalıdır:
Prima – Oktava 1+8=9 Sekunda – Septima 2+7=9 Tersiya – Seksta 3+6=9
Kvarta – Kvinta 4+5=9 Kvinta – Kvarta 5+4=9 Seksta – Tersiya 6+3=9
Septima – Sekunda 7+2=9 Oktava – Prima 8+1=9



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin