Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Rus klassik musiqisi Çaykovski haqqinda



Yüklə 191,07 Kb.
səhifə56/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   52   53   54   55   56   57   58   59   ...   71
musiqi1 kopyası kopyası

Rus klassik musiqisi Çaykovski haqqinda

XIX əsrin ən görkəmli dahi bəstəkarı P. İ. Çaykovski öz yaradıcılığında müasir həyatı hərtərəfli təsvir etmək qabiliyyətinə malik olmuşdur. Dövrünün səciyyəvi obrazları onun yaradıcılığında öz əksini tapmışdır. 


Çaykovski psixoloji aləm ilə bağlı olaraq yaradıcılığında insanın daxili aləminin təsvirinə üstünlük verir. O, böyük psixoloq idi. Onun yaradıcılığının mərkəzini fəlsəfi psixoloji problemlər tutur. Çaykovski incəsənəti yeni məzmun və yeni forma ilə zənginləşdirir. O, öz yaradıcılığında xalqının arzu və istəklərini təmsil etməyə çalışırdı. 
Pyotr İliç Çaykovski 1840 – cı ildə Votkinsk şəhərində anadan olmuşdur. 10 yaşında ikən onu Peterburqa oxumağa aparırlar. Peterburqda o, teatr ilə, həmçinin M.İ. Qlinka, C.Rossini, K.M.Veberin operaları ilə, rus və xarici bəstəkarların simfonik yaradıcılıqları ilə tanış olur. 1862 – ci ildə Çaykovski Peterburqda yeni açılmış ilk rus konservatoriyasına daxil olur və 1865 – ci ildə konservatoriyanı gümüş medalla bitirir. Sonra isə Moskvada yaşayaraq yaradıcılığını inkişaf etdirir. O, “Qüdrətli dəstə” bəstəkarları ilə sıx əlaqə saxlayır. Onun musiqisi melodiya cəhətdən çox zəngindir. Bəstəkarın yaradıcılığında opera əsas yer tutur. O, həmçinin rus balet janrının da banisidir. 1877 – ci ildə əsəbilik xəstəliyi keçirən Çaykovski xaricə gedir. Xaricdə olarkən “Yevgeni Onegin” operasını və dördüncü simfoniyasını tamamlayır. Çaykovski simfonik konsertlərdə, opera tamaşalarında dirijor kimi çıxış edərək böyük müvəffəqiyyət qazanmışdır. Xüsusilə Praqada bəstəkar böyük rəğbətlə qarşılanmışdır. “Orlean qızı”, “Mazepa”, “Qaratoxmaq qadın”, “İolanta” operaları, “Manfred”, V və VI simfoniyaları, “İtalyan kapriççiosu”, “Yatmış gözəl”, “Şelkunçik” baletləri, bir sıra romans və kamera instrumenta əsərlər – bəstəkarın tam kamil dövründə yazılmış əsərlərdir. Çaykovskinin simfonik yaradıcılığını onun 6 simfoniyası (1866 — 1893), Şekspirin əsəri əsasında yazdığı “Romeo və Cülyetta” uvertürası (1869), “Qarışqa” (1873), “Françesko da Rimini” (1876), “Manfred” simfoniyası (1855), “Hamlet” fantaziyası (1888) təşkil edir. Çaykovskinin İtaliya səfərinin təəssüratı ilə yazılmış “İtalyan kapriççiosu” geniş şöhrət qazanmışdır. Bəstəkar konsert janrı sahəsində də geniş şöhrət qazanmışdır. Fortepiano ilə simfonik orkestr üçün üç konsert, violençel ilə orkestr üçün “Rokoko” mövzusunda variasiyalar, skripka ilə simfonik orkestr üçün konsert yazmışdır. Opera janrı sahəsində Çaykovski böyük həvəslə işləmişdir. Hələ gənc yaşlarından o, teatra böyük maraq göstərmişdir. “Sərkərdə” (1868), “Undina” (1869). “Dəmirçi Vakula” (1874), “Yevgeni Onegin” (1877 — 1878), “Orlean qızı” (1879), “Mazepa” (1883), “Qaratoxmaq qadın” (1890) operaları məşhurdur. Onun son operası olan “İolanta” 1891 – ci ildə yazılmışdır. Çaykovskini cəlb edən səhnə əsərlərindən biri də balet idi. Bəstəkarın balet musiqisində simfonik pantomima elementləri geniş inkişaf etmişdir.Onun ilk baleti “Qu gölü” 1876 – cı ildə yazılmışdır. Sonra o, “Yatmış gözəl” (1889) və “Şelkunçik” (1891) baletlərini yazmışdır. Üç simli kvartet, skripka, violonçel və fortepiano üçün trio, “Florensiya xatirələri” simli sekstet onun kamera instrumental yaradıcılığını təşkil edir. Bəstəkar həmçinin fortepiano üçün “İlin fəsilləri”, “Uşaq albomu”, “Yumoresko” və s. müəllifidir. Vokal musiqisi Çaykovski yaradıcılığının əsas sahəsini təşkil edir. Onun “Ürəyimi apar”, “Günmü hökm sürür”, “Bu tezliklə unutmaq”, “Təkcə bir kəlmə” və bir çox romansları məşhurdur. Bu romanslarda geniş, ehtiraslı hisslərə təsadüf edilir. Onun digər “Sizi alqışlayıram, meşələr”, “Təmtəraqlı balda”, “Biz səninlə əyləşmişik” romanslarında ifadəli poetik obraz nəzərə çarpır. Çaykovskinin romanslarında fortepianonun müşayəti eyni zamanda vokal partiyası üçün rəngarəng fon yaradaraq ifadəliliyi artırır. 
Çaykovski yaradıcılığının musiqi sənətinin inkişafında, sənətkarların yetişməsində böyük rolu olmuşdur.
P. İ. Çaykovski 1893 – cü ildə ağır xəstəlikdən sonra vəfat etmişdir.



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin