Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Xorla oxumanin tədrisi metodikası



Yüklə 191,07 Kb.
səhifə58/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   54   55   56   57   58   59   60   61   ...   71
musiqi1 kopyası kopyası

Xorla oxumanin tədrisi metodikası

Məktəbdə tədris olunan musiqi dərslərində öyrədiləcək mahnıları şagirdlər xorla oxuyurlar. Uşaq xoru həmcins xor qrupuna aiddir. Bu xorda öz diapazonuna görə təqribən eyni, tembrinə görə yaxın səslərə malik olan səslər olur. 


Həmcins xorların tərkibində 2 əsas xor partiyası olur: yuxarı səslər qrupu (diskantlar) və aşağı səslər qrupu (altlar). Hər bir xor partiyasının müəyyən diapazonu vardır: diskantlar - kaman açarında yazılır, diapazonu do1-sol, lya 2, altlar isə lya k-fa 2-dir. Hər iki partiyanın işlək diapazonu do1-do2-dir.
Ümumiyyətlə xorda 4 səs partiyası olur: 1.​Soprano (zil qadın səsi) 2.​Alt (bəm qadın səsi) 3.​Tenor (zil kişi səsi) 4.​Bas (bəm kişi səsi)
Xorların miqdarı keyfiyyət, profil, ifaçılıq imkanlarına görə müxtəlif növlərə ayrılır: konsert, teatr, özfəaliyyət, məktəb xorları və s. 
İfaçılıq vərdişlərinə yiyələnmək üçün xorla oxumanın əhəmiyyəti çoxdur. İlk dərsdən başlayaraq hər bir şagirdin ifaçılıq imkanı, səs diapazonu dəqiq müəyyənləşdirilməlidir. Bu proses fərdi şəkildə aparılır. Uşaqların səslərini təyin etmək üçün əvvəl səs orqanlarına gərginlik vermədən səsin gücü optimal səviyyəyə qaldırılmalıdır. Bunun üçün şagird bildiyi mahnıdan bir parça (mahnının bir bəndi və ya nəqəratı nəzərdə tutulur) ifa edir. Müəllim ifa olunan parçaya görə şagirdlərin səs partiyalarını seçərək sinif xorunu təşkil edir.
Məktəb və ya sinif xorunda oxuyan uşaqların səslərinin mühafizəsinə xüsusi fikir verilməlidir. Oxu mexanizmi və səs aparatı sistematik və məqsədəuyğun məşğələlər nəticəsində daima inkişaf edir. Orqanizm inkişaf etdikcə səsdə yeni keyfiyyətlər və xarakter yaranır. Uşaq səslərinin tərbiyəsi prosesində müəllimlərlə birlikdə həkimlər də (lorinqoloq) iştirak etməlidir. Buna görə də müəllim uşaqların səs aparatı (səs cihazı, vokal aparatı) haqqında, yəni onun quruluşu, insanın digər orqanları ilə əlaqədar olaraq inkişaf prosesi haqqında məlumata malik olmalıdır. 
Uşaq səs aparatı yaşlı adamın səs aparatından fərqli olaraq çox zəif və həssasdır. Uşaq orqanizmi inkişaf etdikcə onun səsi də dəyişir və güclənir. Uşaq səs aparatında ən mürəkkəb orqan səs telləri və qırtlaqdır.
Qırtlaq boyunun ön tərəfində yerləşən mürəkkəb qığırdaq sistemidir və uşaqlarda yaşlı adama nisbətən 2 – 2,5 dəfə kiçikdir. Qırtlaqla boyun arasında əzələ toxumalarıdan ibarət 2 səs teli uzanır. Həmin səs telləri arasında hava sıxılaraq tellərə təzyiq göstərir. O da öz növbəsində birləşərək açılır, yəni rəqs edir. Bu rəqs prosesində hava dalğaları əmələ gəlir ki, o da səsə çevrilir. Qırtlaqdan yuxarı udlaq, ağız və burun boşluqları (“yuxarı rezenator”), aşağıda isə nəfəs yolu və bronx boşluqları (“aşağı rezenator”) yerləşir. Hər 2 rezenator insan səsinin güclənib gözəlləşməsinə qulluq edir.
Kiçik yaşlı uşaqlarda aşağı rezenator zəif inkişaf etdiyindən onlar oxuma prosesində “yuxarı rezenatordan” istifadə edirlər. Ona görə də onların səsləri yüngül, aydın və cingiltilidir. Beləliklə, səs aparatı aşağıdakılardan ibarətdir:
1.​Burun boşluğu  ​5. Nəfəs yolu 2.​Ağız boşluğu ​​ 6. Bronx 3.​Udlaq  ​​7. Ağ ciyər 4.​Qırtlaq  ​​8. Diafraqma
Məktəblilərin yaş dövrlərinə görə səslərin 3 inkişaf mərhələsinə ayırmaq olar :
I dövr - 6 – 11 yaş arası;
II dövr - 12 – 15 yaş arası 
III dövr 15 – 17 yaş arası
I – IV siniflərdə oxuyan şagirdlərin səsləri I inkişaf mərhələsinə aid olduğu üçün qeyd etmək lazımdır ki. 6 – 11 yaş arasında olan uşaqlarda qabırğalar yastı, köks qəfəsi qabarıq olur. Uşaqlar əsasən üst qabırğalarının köməyi ilə nəfəs alır və oxuma prosesində adi nəfəsalmadan istifadə edirlər. Bu yaş dövründə səs telləri yaşlıların səs tellərindən 2 dəfə kiçik və elastik olur. Bunun üçün müəllim uşaqların səs aparatına qayğı ilə yanaşmalıdır. Uşaqların səs aparatı vaxtaşırı müayinədən keçməlidir. Uşaqlara səsini qorumağı, xəstə olarkən oxumamağı, tərli vaxtda soyuq maye içməməyi və s. məsləhətləri tapşırmaq lazımdır. Təcrübə göstərir ki, şagirdlər həmin məsləhətləri dərk edib yerinə yetirdikdə bu, səsin gigiyenasına müsbət təsir göstərir. Buna görə də sinif otağında səsi qoruyan və mühafizə edən məsləhətlərlə yazılmış plakatları asmaq məqsədəuyğundur.
İbtidai sinif şagirdləri vokal texnikasına malik olmadıqları üçün vaxtaşırı onlara xorda oxumağın qaydalarını yada salmaq lazımdır:
1.​Xorda oxuyan zaman bədəni düz saxlamalı, ağızı düz açmalı;
2.​Oxu zamanı alınan nəfəsi musiqi cümləsinin axırına qədər çatdırmalı, başqasının oxumasına qulaq asmalı, oxuyanda onlardan geri qalmamalı və eləcə də tələsməməli;
3.​Oxuyarkən diqqətlə müəllimə baxmaq, onun əl hərəkətinə (dirijorluğuna) fikir vermək və göstərişlərinə əməl etmək zəruridir. 
4.​Şagird mahnıda nədən bəhs olunduğunu unutmamalı və onu bədii şəkildə ifa etməyə çalışmalıdır. 
Xorda oxuyarkən uşaqlar zəruri vokal vərdişlərinə yiyələnməlidirlər. Zəruri vokal vərdişləri tənəffüz, diksiya, səsyaranma, intonasiya və ansambldır.
Xorda oxu zamanı düzgün nəfəsalma əsas şərtlərdəndir. Düzgün və vaxtında nəfəsalma mahnını düzgün və bədii şəkildə ifasına kömək edir. Nəfəsalma səssiz və bir yerdə alınmalıdır.Yazıda V işarəsi ilə, dirijorluq vaxtı əl hərəkəti ilə (auftakt) göstərilir.



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin