Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Uşaq səslərinin inkişaf dövrləri. Uşaq səslərinin mühafizəsi



Yüklə 191,07 Kb.
səhifə61/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   57   58   59   60   61   62   63   64   ...   71
musiqi1 kopyası kopyası

Uşaq səslərinin inkişaf dövrləri. Uşaq səslərinin mühafizəsi

Məktəb və ya sinif xorunda oxuyan uşaqların səslərinin mühafizəsinə xüsusi fikir verilməlidir. Oxu mexanizmi və səs aparatısisematik və məqsədəuyğun məşğələlər nəticəsində daima inkişaf edir. Orqanizm inkişaf etdikcə səsdə yeni keyfiyyətlər və xarakter yaranır. Uşaq səslərinin tərbiyəsi prosesində müəllimlərlə birlikdə həkimlər də (lorinqoloq) iştirak etməlidir. Buna görə də müəllim uşaqların səs aparatı (səs cihazı, vokal aparatı) haqqında, yəni onun quruluşu, insanın digər orqanları ilə əlaqədar olaraq inkişaf prosesi haqqında məlumata malik olmalıdır. 


Uşaq səs aparatı yaşlı adamın səs apratndan fərqli olaraq çox zəif və həssasdır. Uşaq orqanizmi inkişaf etdikcə onun səsi də dəyişir və güclənir. Uşaq səs aparatında ən mürəkkəb orqan səs telləri və qırtlaqdır.
Qırtlaq boyunun ön tərəfində yerləşən mürəkkəb qığırdaq sistemidir və uşaqlarda yaşlı adama nisbətən 2 – 2,5 dəfə kiçikdir. Qırtlaqla boyun arasında əzələ toxumalarıdan ibarət 2 səs teli uzanır. Həmin səs telləri arasında hava sıxılaraq tellərə təzyiq göstərir. O da öz növbəsində birləşərək açılır, yəni rəqs edir. Bu rəqs prosesində hava dalğaları əmələ gəlir ki, o da səsə çevrilir. Qırtlaqdan yuxarı udlaq, ağız və burun boşluqları (“yuxarı rezenator”), aşağıda isə nəfəs yolu və bronx boşluqları (“aşağı rezenator”) yerləşir. Hər 2 rezenator insan səsinin güclənib gözəlləşməsinə qulluq edir.
Kiçik yaşlı uşaqlarda aşağı rezenator zəif inkişaf etdiyindən onlar oxuma prosesində “yuxarı rezenatordan” istifadə edirlər. Ona görə də onların səsləri yüngül, aydın və cingiltilidir. Beləliklə, səs aparatı aşağıdakılardan ibarətdir:
1.​Burun boşluğu ​5. Nəfəs yolu
2.​Ağız boşluğu ​6. Bronx
3.​Udlaq ​7. Ağ ciyər
4.​Qırtlaq ​8. Diafraqma
3.​ Məktəblilərin yaş dövrlərinə görə səslərini 3 inkişaf mərhələsinə ayırmaq olar :
I dövr - 6 – 11 yaş arası;
II dövr - 12 – 15 yaş arası 
III dövr 15 – 17 yaş arası
I – IV siniflərdə oxuyan şagirdlərin səsləri I inkişaf mərhələsinə aid olduğu üçün qeyd etmək lazımdır ki. 6 – 11 yaş arasında olan uşaqlarda qabırğalar yastı, köks qəfəsi qabarıq olur. Uşaqlar əsasən üst qabırğalarının köməyi ilə nəfəs alır və oxuma prosesində adi nəfəsalmadan istifadə edirlər. Bu yaş dövründə səs telləri yaşlıların səs tellərindən 2 dəfə kiçik və elastik olur. Bunun üçün müəllim uşaqların səs aparatına qayğı ilə yanaşmalıdır. Uşaqların səs aparatı vaxtaşırı müayinədən keçməlidir. Uşaqlara səsini qorumağı, xəstə olarkən oxumamağı, tərli vaxtda soyuq maye içməməyi və s. məsləhətləri tapşırmaq lazımdır. Təcrübə göstərir ki, şagirdlər həmin məsləhətləri dərk edib yerinə yetirdikdə bu, səsin gigiyenasına müsbət təsir göstərir. Buna görə də sinif otağında səsi qoruyan və mühafizə edən məsləhətlərlə yazılmış plakatları asmaq məqsədəuyğundur.



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin