Şəxsiyyət əlamətləri: universallıq və ya spesifiklik. Norma və patologiya problemi. Mədəniyyətin tənzimləyici funksiyası


Sual 2. Norma və patologiya problemi



Yüklə 39,13 Kb.
səhifə2/4
tarix27.12.2023
ölçüsü39,13 Kb.
#200577
1   2   3   4
Mövzu 3 etno

Sual 2. Norma və patologiya problemi. Bu problemin tədqiqi zamanı ortaya çıxan ilk sual fərdin hansı davranışının anormal kimi nəzərdən keçirilməsi, onun universal standartlarının mövcud olub-olmaması və ya mədəniyyətdən asılı olaraq formalaşması ilə bağlıdır. Müasir dövrdə tədqiqatçıların əksəriyyəti “norma” və “patologiya”nı mədəniyyətin şərtləndirdiyi anlayış kimi nəzərdən keçirdirlər.
Benediktdən başlayaraq mədəni relyativizmin tərəfdarları isə konkret cəmiyyətin quruluşuna müvafiq olan və onda qəbul olunan hər şeyi norma adlandırmağın tərəfdarı kimi çıxış etmişlər. Lakin bu yanaşma bəzi ənənəvi mədəniyyətlərdə mövcud olan mənfi məzmunlu adətlərə, məsələn, adamyemək, irqçiliyin müxtəlif ifrat formalarına münasibətdə birmənalı qarşılanmır.
Bu problemlə bağlı digər sual isə müxtəlif mədəniyyətlərdə şəxsiyyət patologiyalarının yaranması və təzahürünə görə universal (bütün mədəniyyətlərdə mövcuddur, lakin təzahür formasında mədəniyyət fərqi hiss olunur) və ya mədəni-spesifik (hər bir mədəniyyət üçün unikal olan və yalnız onun çərçivəsində dərk olunan) olması ilə bağlıdır.
Universalistlər və relyativ yanaşma tərəfdarları arasında mədəniyyətin psixi pozuntuların müxtəlif aspektlərinə təsir səviyyəsi haqqında fikir ayrılığı mövcuddur. Məsələn, şizofreniya və depressiyanın tədqiqi universalistlərin yanaşmasının daha əsaslı olması fikrinə gətirib çıxarır.
Ümumdunya sağlamlıq təşkilatı şizofreniyanın yayılması və simptomatikasını doqquz ölkədə (Böyük Britaniya, Danimarka, Hindistan, Kolumbiya, Nigeriya, SSR, ABŞ, Çexoslovakiya, Tayvan) tədqiq edir. Tədqiqatçılar belə bir nəticəyə gəlmişdirlər ki, şizofreniya bütün mədəniyyətlərdə eyni simptomlarla təzahür edən universal psixi pozuntudur. Lakin bəzi mədəniyyətlərarası fərqlər də müəyyən olunmuşdur. Məlum olmuşdur ki, əsasən inkişaf etməkdə olan ölkələrdəki xəstələr yüksək inkişaf etmiş sənaye ölkələrinə nisbətən xəstəliyi daha yüngül formada keçirmiş və daha uzunmüddətli remissiya dövrü yaşamışlar. Bunu daha ənənəvi mədəniyyətlərdə xəstələrin reabilitasiyasının müalicə kursundan qayıtdıqdan sonra da geniş qohumlar çevrəsi və əmək fəaliyyəti ilə möhkəmləndirilməsi kimi sosial – mədəni amillərlə izah etmək olar. Fərq həm də müxtəlif mədəniyyətlərdə müxtəlif simptomlara dözümlülük səviyyəsi ilə müəyyən olunur. Məsələn, Nigeriyada bəzi ənənəvi mədəniyyətlərdə səs halusinasiyaları anormal hal heab olunmur.
İnformasiyanın ötürülməsi də spesifik etnomədəni prosesdir və xəstəliyin yaranmasına, onun inkişafına təsir edir. Müasir psixiatriya elmi göstərir ki, strukturlaşdırılmamış və böyük həcmli mürəkkəb informasiya da şizofreniya kimi xəstəliyin inkişafına səbəb olur. Məsələn irlandlar şizofreniya xəstəliyi diaqnozu ilə ingilislərdən daha tez-tez hospitallara düşürlər.

Yüklə 39,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin