Şəxsiyyət əlamətləri: universallıq və ya spesifiklik. Norma və patologiya problemi. Mədəniyyətin tənzimləyici funksiyası



Yüklə 39,13 Kb.
səhifə1/4
tarix27.12.2023
ölçüsü39,13 Kb.
#200577
  1   2   3   4
Mövzu 3 etno


MÖVZU 3. Şəxsiyyətin tədqiqinin etnopsixoloji problemləri
Plan:

  1. Şəxsiyyət əlamətləri: universallıq və ya spesifiklik.

  2. Norma və patologiya problemi.

  3. Mədəniyyətin tənzimləyici funksiyası.

  4. Günah və utanc sosial nəzarətin mexanizmləri kimi.



ƏDƏBİYYAT:

  1. Bayramov Ə.S. Etnik psixologiya. Bakı:2001

  2. Əlizadə Ə.Ə. Etnik psixologiyaya giriş. Bakı:2004

  3. Əliyev R.I. Etnopsixologiya: qloballaşma və millilik. Bakı:2007

  4. Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etno-psixoloji əsasları. Bakı:2000

  5. Стефаненко Т.Г. Этнопсихология. М.: 1999



Sual 1. Şəxsiyyət əlamətləri: universallıq və ya spesifiklik. Tarixən kultroantropoloqlardan fərqli olaraq psixoloqlar mədəniyyətlə şəxsiyyətin qarşılıqlı əlaqəsi məsələsi ilə çox az məşğul olmuşlar. Psixologiyada şəxsiyyətin öyrənilməsi hər şeydən əvvəl ayrı-ayrı təcrid olunmuş şəxsiyyət konstruktları və ya mədəni dəyişənlərin qarşılıqlı əlaqəsinin təhlilinə əsaslanmışdır. Belə mövqenin əsas səbəbi vahid şəxsiyyət nəzəriyyəsinin olmaması və etnopsixoloqların fərdin davranışının bu və ya digər sabit əlamətlərin nəticəsi olması haqqında konsepsiyaya əsaslanmasıdır (əlamətlər nəzəriyyəsi).
Müxtəlif mədəniyyətlərdə sabit şəxsiyyət xüsusiyyətləri nailiyyət motivasiyası, həyəcanlılıq səviyyəsi və s. kimi nəzərdən keçirilir. Lokus nəzarət (Culian Rotterə məxsusdur) sahəsində də çoxsaylı müqayisəli-mədəni tədqiqatlar aparılmışdır. “Lokus nəzarət” nədir? Lokus nəzarət insanın öz fəaliyyətinin nəticələrinə görə məsuliyyəti xarici amillərə (eksternal və ya xarici lokus nəzarət) və yaxud da öz gücü və qabiliyyətlərinə (internal və ya daxili lokus nəzarət) aid etməsidir.
Həmin iki lokus nəzarətə meylin dərəcəsindən asılı olaraq insanları internal və ya eksternallara bölürlər. Daxili lokus nəzarətə malik insanlar daha çox özlərinə güvənən, məqsəd naminə indacıl, özünütəhlilə meylli, müvazinəti saxlayan, ünsiyyətcil, xeyirxah və müstəqil insanlar olurlar. Xarici lokus nəzarətə malik insanlar isə əksinə, öz qabiliyyətlərinə inanmaz, qətiyyətsiz, öz niyyətini qeyri-müəyyən vaxta təxirə salan, narahat, şübhəli, konformist və təcavüzkar olurlar.
Bəs lokus nəzarətə nələr təsir göstərir? Empirik tədqiqatlar göstərir ki, lokus nəzarətə cəmiyyətin iqtisadi inkişaf səviyyəsi təsir göstərir: inkişaf etmiş ölkələrdə insanlar inkişaf etməkdə olan ölkələrə nisbətən daha internaldırlar. Başqa sözlə desək, lokus nəzarət göstəricisi real nəzarət göstəricisinə müvafiq gəlir, belə ki, inkişaf etməkdə olan ölkələrin əhaləsinin öz həyat tərzinə təsiri səviyyəsi minimumdur.
Lakin lokus nəzarətə yalnız iqtisadi amillər təsir göstərmir. Belə ki, ABŞ-da eyni sosial-iqtisadi statusa malik insanların tədqiqi zamanı müəyyən olunmuşdur ki, afroamerikanlar ağlara nisbətən daha eksternaldırlar, qərb ölkələrinin insanları isə iqtisadi cəhətdən daha az inkişaf etmiş Uzaq Şərq ölkələrinə nisbətən daha çox internaldırlar. Belə fərqləri mədəni amillərlə izah etmək olar. Məsələn, müasir dövrdə yaponlar üçün ənənələrə tabe olan həyat xarakterikdir, deməli onların öz həyatlarına təsiri çox azdır.
Nəzarət ideyası bütün mədəniyyətlər üçün universaldır. Lakin etnopsixoloqlar hər bir mədəniyyət üçün xarakterik sosializasiya çalarlarının qrup və ya fərdin hansı norma və davranışlarının tənzim olunmasına təsirini xüsusi qeyd edir. Nəticədə hər bir mədəni birliyin özünəməxsus lokus nəzarət xüsusiyyətləri yaranır.
Belə ki, Meksikada Amerikan uşaq lokus nəzarət şkalasının adaptasiyası ilə məşğul olan tədqiqatçılar ABŞ-da olan instrumental qabiliyyətlərə əsaslanan daxili lokusdan başqa yeni bir tip də müəyyən etmişlər. Daxili affektiv lokus nəzarət fərdə öz ətrafındakıları affiliativ (ing.affiliation – “birləşmə”, “əlaqə”-başqalarının cəmiyyətində olmaq, insanlarla yaxınlaşmaq, onlarla dostluq, sevgi, ünsiyyət cəhdi) və ya kommunikativ qabiliyyətləri hesabına manipulyasiya etməyə imkan verir: meksikalı uşaqları öz yaxşı qiymətlərini müəllimə qarşı nəzakət və hörmətin təzahürü kimi qiymətləndirməyə meyllidirlər. Başqalarını nizamlayaraq öz taleyini də tənzimləməyin mümkünlüyü fikri Meksikada həm yeniyetmələrdə, həm də böyüklərdə müşahidə olunmuşdur ki, bu da tədqiqatçılara daxili affektiv lokus nəzarəti sabit mədəniyyətdaxili əlamət kimi şərh etməyə imkan verir.
Şəxsiyyətin əlamətlərinin də müqayisəli-mədəni tədqiqatı (etic) aparılır. Bu zaman bir empirik yoxlama da zəruridir: konkret olaraq öyrənilən şəxsiyyət kimi elə birisi, buna konstrukt deyirlər, başqa mədəniyyətdə də varmı ki, o, əvvəlcədən universal şəxsiyyət kimi qəbul edilsin? Həmin şəxsiyyəti eyni üsulla və ekvivalent ölçülərlə müəyyən etmək mümkündürmü?
Emic yanaşmada şəxsiyyətin mənsub olduğu mədəniyyət üçün spesifik olan əlamətlərinə baxılır. Bundan sonra o, başqa mədəniyyətlərdəki konstrukturlarla tutuşdurulur. Məsələn, Triandis və V.Vasilisu yunan mədəniyyətində belə bir tədqiqat aparmışlar. Aydın olmuşdur ki, yunanların şəxsiyyət strukturunda ən yüksək yeri “filotimos” adlanan əlamət tutur. “Filotimos” – genişürəkli, ədəbli, etibarlı, qürurlu, xeyirxah, əliaçıq, doğruçul, ehtiramlı, borc hissi olan, öz vəzifəsini yerinə yetirən insandır. Bir sözlə, elə insandır ki, başqalarına qarşı münasibətdə özünü başqalarından özünə qarşı istədiyi davranış meyarlarına uyğun aparır.
Bu söz başqa dillərdə də varmı? Yaxud həmin söz başqa dillərə tərcümədə nə isə itirirmi? Amerika tədqiqatçıları, başda Ç.Osqud olmaqla, bu sözün mənasınn digər dillərdə verilib-verilməməsini yoxlamaq üçün müqayisəli-mədəni tədqiqat aparmışlar. Anlayışı üç baxımdan qiymətləndirmək istəmişlər: qiymət, güc və bəzən fəallıq da adlandırılan ekspressivlik (ifadə qüvvəti, təsir). Bunun üçün semantik differensial metodundan istifadə etmişlər. 12-50 arasında antonimlərdən ibarət bipolyar şkalalar müəyyənləşdirmişlər. Onları tərcümə etdikdən sonra aydın olmuşdur ki, eyni şkalalar eyni amillərlə bağlıdır. “Gözəl-qorxunc”, “şirin-turş”, “yaxşı-pis” hər yerdə qüvvəti ölçür, “güclü-zəif”, “böyük-kiçik”, “hündür-alçaq” gücü ölçür, “iti-ləng”, “küylü-sakit”, “caavn-qoca” ifadə qüvvəti, təsiri, fəallığı ölçür. Bu yolla müxtəlif dillərdə danışan insanların qiymətləndirici mühakimələrini xarakterizə etmək olar. Burada bir incə məqam – affektiv mənaların strukturunun universallığı məsələsidir.
Belə müqayisəli-mədəni tədqiqatlardan başqa, son bir neçə onillikdə etnopsixologiyada şəxsiyyətin “yerli” konsepsiyaları adlanan istiqamət də inkişaf etmişdir. Bu konsepsiyaların müəllifləri vurğulayırlar ki, mövcud şəxsiyyət nəzəriyyələri qərb industrial cəmiyyətlərindəki elmi ənənələrin törəməsi, bəhrəsi, yaxud məhsuludur. Onlar dünyanın başqa yerlərində yaşayan insanların şəxsiyyət mahiyyətini əks etdirmir. Digərləri hesab edirlər ki, qərb psixologiyasına həddən artıq güvənmək asiyalıların, afrikalıların, latın Amerikası xalqlarının şəxsiyyətini düzgün anlamağa imkan vermir.
Afrikalı müəlliflərin 1960-1970-ci illərdə əsərləri meydana gəldi. Müəlliflər sübut edirdilər ki, xüsusi afrikan şəxsiyyəti mövcuddur. Məsələn, seneqallı psixiatr İ.Say afrikan şəxsiyyəti konsepsiyasını irəli sürmüşdür. O, şəxsiyyətin dörd qatdan ibarət olan konsentrik modelini vermişdir.

  • Zahiri qat – insanın bədəni, bədən örtüyü;

  • Fizioloji enerji mənbəyi (insanda da, heyvanda da olur);

  • Psixi enerji mənbəyi (yalnız insanlara xasdır);

  • Mənəvi mənbəni bildirən nüvə. Bu nüvə mənəvi mənbə olaraq müstəqil mövcuddur, məhv olmur, yalnız yuxu, trans zamanı candan ayrılır.

Şəxsiyyətin bu konsentrik qatları onun xarici aləmi ilə daimi əlaqədədir. İ.Say insanı xarici aləmlə bağlayan 3 ox (istiqamət) təsvir edir. Birinci ox bütün 3 qatdan keçir və mənəvi mənbəni əcadların aləmi ilə bağlayır. İkinci ox insanda psixi enerji mənbəyini onun aid olduğu böyük ailə, yaxud nəsil ilə bağlayır. Üçüncü ox fizioloji enereji mənbəyini daha geniş icma ilə bağlayır.

Yüklə 39,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin