79
qarşı canıyananlığına təəccüb edərik. Doğrudan da bulaq başında
susuz oturmuş, dodaqları çat-çat olmuş insanın halı acınacaqlıdır.
İslam Peyğəmbəri (s) nadanlıqlar, azğınlıqlarla qarşılaşdığı vaxt o
qədər narahat olardı ki, belə bir ayə nazil oldu: “Yoxsa onlar iman
gətirmədiyi üçün özünü həlak etmək istəyirsən?”
175
İmam Hüseyn (ə) risalət ağacının meyvəsi, peyğəmbər
övladıdır. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Hüseyn
məndəndir, mən də Hüseyndən.” Hüseyn (ə) Peyğəmbər (s)
kamilliklərinin varisidir. Peyğəmbərin (s) mərhəmət şəlaləsi
Hüseyn ucalığından axır. Şəhadət məqamınadək üstünə qılıncla
gələnləri doğru yola də`vət etmək, günahdan uzaqlaşdırmaq
cəhdlərinin arxasında ilahi mərhəmət dayanır. İmam Hüseyn (ə)
onun qanına susamış cahilləri, hətta Ömər Sə`d
və Şimr ibn
Zilcuşən kimi zalımları cəhənnəm odundan qurtarmaq istəyir.
İmam (ə) buyurur: “Vay olsun sənə, ey Sə`d oğlu! Hüzuruna
qayıdacağın Allahdan qorxmursanmı?
Mənim kimin oğlu
olduğumu bildiyin halda, mənimlə vuruşacaqsanmı? Ətrafdakıları
azad et, mənə qoşul ki, Allaha yaxın olasan.”
İmamın düşmənə nəsihət verməkdə iki məqsədi vardı:
1. Höccəti tamamlamaq, bəhanə yeri qoymamaq;
2. Çaşmış insanları qəflət yuxusundan oyatmaq.
Dostları ilə paylaş: