Шүбһә доғуран суаллар


Sual 38: Müsəlmanla mö`min arasında nə kimi fərq var?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 39
Sual 38: Müsəlmanla mö`min arasında nə kimi fərq var? 
Cavab: Qur`an buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” 
buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum 
(müsəlman oldum)” deyə cavab verdi.
28
Ayədən göründüyü kimi 
Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. 
Amma müsəlmanlığın dərəcələri vardır. 
28
“Bəqərə”, 131 


22 
“Hucurat” surəsinin 14-cü ayəsində oxuyuruq: “Bədəvilər 
“biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz 
islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil 
olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, 
şəhadət kəlməsini deməkdir. 
İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir 
iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü 
dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün 
varlığını Allahın ixtiyarında görən övliyalardır. 
İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə 
müsəlman olaraq qalır, mö`minliyə yol tapa bilmirlər. Allahın 
qadağan etdiyi günahlara yol verən şəxsi mö`min yox, müsəlman 
kimi qəbul etmək lazımdır. 
Sual 39: İnsanın rəftarına görə onun əqidəsini bilmək olarmı? 
Cavab: Həzrət Əli (ə) buyurmuşdur: “Mö`minin inamı və 
kafirin inamsızlığı onların rəftar və əməllərində görünür.”
29
Küfrünü gizləyib, özünü imanlı göstərməyə çalışan insanlar 
“münafiq” adlandırılmışdır. Bununla belə, Qur`anda münafiqlərin 
xüsusiyyətləri açıqlanır: 
−biganələrlə dostluq;
30
−dini hakimiyyətlə düşmənçilik;
31
−mö`minlərin təhqiri;
32
−araqarışdırma;
33
−günahı yaxşıya yozma;
34
−xudpəsəndlik;
35
−qorxaqlıq;
36
−süstlük;
37
−həvəsbazlıq; 
−yalan və riya;
38
29
“Üsuli-kafi”, c.1, s.76. 
30
“Mucadilə”, 14. 
31
“Nisa”,60,61. 
32
“Hud”, 28. 
33
“Tövbə”, 47,48. 
34
“Nisa”, 62,63. 
35
“Münafiqun”, 5. 
36
“Əhzab”, 33. 
37
“Nisa”,108. 


23 
−ətrafdakıları şübhəyə salmaq;
39
−insanları azdırmaq;
40
−istehza və mö`minlərdə eyb axtarmaq;
41
Kafirlərin xüsusiyyətləri: 
−dinin məhvi üçün kapital qoymaq;
42
−Allahın ayələrinə istehza;
43
−həvəsbazlıq;
44
−ağılın səsini boğmaq;
45
−Mö`minlərin xüsusiyyətləri: 
−Allaha təvəkkül;
46
−Allah qorxusu;
47
−dini dəyərlərin qorunması;
48
−iffət;
49
−namazda müt`ilik;
50
−mə`nasız işlərdən çəkinmək;
51
insanları yaxşı işlərə də`vət etmək və pisdən çəkindirmək;
52
başqalarının maddi ehtiyaclarının tə`mini;
53
din qardaşlarına kömək;
54
təvazö`karlıq;
55
kafirlərdən uzaqlıq;
56
əhdə vəfa;
57
İmam Sadiq (ə) mö`minlərə aid səkkiz xüsusiyyət sadalayır: 
38
“Munafiqun”,63. 
39
“Ali-İmran”, 154. 
40
“Tövbə”, 67. 
41
“Bəqərə”, 14; “Tövbə”, 79. 
42
“Ənfal”, 36. 
43
“Qafir”, 81. 
44
“Əl-mizan” təfsiri. 
45
“Əl-mizan” təfsiri. 
46
“Ənfal”, 2. 
47
“Tövbə”, 51. 
48
“Mö`minun”, 9. 
49
“Mö`minun”, 5. 
50
“Möminun”, 2. 
51
“Mö`minun”, 3. 
52
“Ali-İmran”, 114. 
53
“Ənfal”, 3. 
54
“Tövbə”, 71. 
55
“Furqan”, 63. 
56
“Mucadilə”,22. 
57
“Mö`minun”, 8. 


24 
1. Çətinlik zamanı aramlıq. 
2. Dünya acılıqları önündə dözüm. 
3. Ruzi və asayişə görə şükr. 
4. Allahın verdiyi ruzidən razılıq. 
5. Düşmənə təcavüz etməmək. 
6. Yükünü dostun çiyninə qoymamaq, dostun günah yükünü 
götürməmək. 
7. Allaha itaət və xalqa xidmət üçün canını əziyyətə salmaq. 
8. Xalqın asayişini pozmamaq.
58

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin