26
Demək, Allahın nəyə isə ehtiyaclı olduğu mə`lum olduqdan
sonra Onun səbəbə ehtiyacı barədə danışmaq olar. Allahın
ehtiyacsızlığı isə hələ ki, kimsədə şübhə doğurmur.
Sual 44: Dini hökumət qurmaqda məqsəd ilahi qanunları
hakim etməkdir, yoxsa dini cəmiyyət qurmaq?
Cavab: Dini
cəmiyyət dedikdə dinə inanan, dini sevən,
dindar yaşayan bir cəmiyyət nəzərdə tutulur. Belə bir cəmiyyətdə
dini
dəyərlərə əhəmiyyət verilir, din əsasında hüquqi idarəçilik
tənzimlənir, fərdi və ictimai münasibətlər dini qanunlarla
müəyyənləşir. Yuxarıda deyilənlərdən mə`lum olur ki, dini
hökuməti dini cəmiyyətdən ayrıca müzakirə etmək düzgün deyil.
Dini hökumətin
vəzifəsi dini cəmiyyət qurub, onu qorumaqdır.
Yə`ni hakimiyyət son hədəf yox, cəmiyyətin xoşbəxtliyini tə`min
edən orta hədəf və ya vasitədir. İmam Sadiq (ə) buyurur: “İslamda
vilayət (dini hakimiyyət) qədər diqqət mərkəzində olan ikinci bir
məsələ yoxdur.
61
Dini hökumətin zəruriliyinə dəlil olaraq bir neçə Qur`an
ayəsinə nəzər salaq:
“Hökm yalnız Allahındır, haqqı yalnız O bəyan edir. O ayırd
edənlərin ən yaxşısıdır.”
62
“Dünyada da, axirətdə də sitayiş Ona məxsusdur. Hökm
Onundur.”
63
“Onlar cahiliyyət dövrünün hökmünü istəyirlərmi? Yəqinliyi
olan xalq üçün Allahdan daha yaxşı kim hökm verə bilər?!
64
“Məgər Allah hakimlərin ən üstünü deyilmi?!
65
“Nəyin haqqında ixtilafda olsanız,
onun hökmü Allaha
aiddir.”
66
“Allah sizə müfəssəl surətdə kitab nazil etdiyi halda,
başqasını özümə hakim istəməliyəm?!
67
Sual 45: Dini hökumətə qarşı çıxan ruhaninin dəlili nədir?
61
“Biharul-ənvar” c.2, s-18.
62
“Ən`am” 57
63
“Qəsəs” 70.
64
“Maidə”, 50.
65
“Tin”, 8.
66
“Şura”, 10.
67
“Ən`am”, 114.
27
Cavab: Müasirimiz olan Mehdi Hairi dini hökuməti mə`nasız
hesab etmişdir. Bu şəxs yalnız dövrümüzdəki dini hökumətləri
inkar
etməklə kifayətlənməyib, hətta İslam Peyğəmbərinin (s)
qurduğu hökumətin də dini olmadığını iddia edir. O, öz “hikmət
və hökumət” kitabında yazır:
“İnsan azad yaşaya biləcəyi bir məkana ehtiyaclı və bağlıdır.
Bu bağlılıq təbii şəkildə insanın həmin fəzaya sahib olmasını tələb
edir. İnsan müştərək yaşayış üçün daha böyük fəzaya müştərək
sahiblik hissinə malikdir. Bu sahiblik təbiidir və heç bir
razılaşmaya ehtiyac yoxdur. Cəmiyyətin bütün fərdləri yer üzünün
müştərək sahibləridir.
Bir ərazidə hökumət qurmaq daha yaxşı yaşayışın tə`mini
üçün vəkil seçməkdir. Əgər cəmiyyətdəki
fərdlər bir şəxsin
vəkilliyinə razı deyillərsə, çoxluğun seçimi əsas götürülməlidir.”
Bu baxışlar təkcə din tərəfindən yox, bütün siyasi və hüquqi
məktəblər tərəfindən inkar olunur. Məsələn, insan, Mehdi Hairinin
iddiasının
əksinə olaraq, sahibsiz torpaqdan başqa heç nəyi
mülkiyyəti hesab edə bilməz. İddiaçı “müştərək yaşayış fəzası”
dedikdə qeyri-müəyyən bir ərazi haqqında danışır. Bu fəzanın
məhəllə, kənd, şəhər və ya bütün yer üzü olduğu bilinmir. Bu fəza
hüquqi gücə malik deyil.
Mehdi Hairi hökumət başçısını müştərək vəkil hesab edir.
Hansı ki, insan istədiyi vaxt vəkildən imtina edə bilər. Belə bir
hökuməti e`tibarlı hesab etmək olmaz.
Alimin bütün iddialarının əsassızlığını
sübut etmək, təəssüf
ki, kitabın imkanlarından xaricdir.
Dostları ilə paylaş: