31
vermişdir. Osmanın
qətli bəhanəsi, Təlhə və Zübeyrin
qızışdırılması, Süffeyn döyüşündə Qur`an vərəqlərinin nizələrə
sancılması, həzrət Əliyə (ə) tabe şəhərlərə gecə basqınları bu
hiylələrin kiçik bir hissəsidir.
Amma imam Hüseyn (ə) elə bir məktəbə bağlıdır ki,
müvəffəqiyyətə çatmaq üçün istənilən vasitəyə (məsələn, hiyləyə)
əl ata bilməz. Həzrət Əli (ə) “mən heç
vaxt zülm-sitəmlə qələbə
əldə etməyə hazır deyiləm” buyuruğu ilə əqidəsinə işarə edir.
73
Bəli, məhz bu əqidəyə əsasən, imam Hüseyn (ə) qardaşı imam
Həsənin (ə) Müaviyə ilə bağladığı müqabiləni poza bilmir.
Həmin dövrün şəraitini də nəzərə almaq lazımdır. Müaviyə
həmin vaxtlar Şamdan Yəmənədək ərazini əhatə edən İslam
hökumətinin şəriksiz hakimi idi.
Bu ərazinin istənilən bir
nöqtəsində Müaviyənin siyasəti təbliğ olunurdu.
Həzrət Əli ilə çarpışmalar zamanı Osmanın qətlinə səbəb
olmuş fitnələrdə özünü günahsız tanıtdıran Müaviyə hətta bu qətlə
qarşı çıxır, Şam əhlinə özünü Osmanın müdafiəçisi kimi
tanıtdırırdı. İndi isə həzrət Əli (ə)
də yox idi və Müaviyə öz
istəklərini çox rahat həyata keçirirdi. Belə bir vaxtda imam
Hüseyn (ə) müqaviləni pozub qiyam qaldırsaydı, Müaviyə çox
rahatlıqla onu xəyanətkar kimi tanıtdırardı.
Müaviyə ictimai fikri
istədiyi tərəfə döndərə bildiyi bir zamanda imamın səsi xalqın
qulağına çatmır, müqaviləni ilkin pozmuş Müaviyəni xalqa
tanıtdırmaq üçün göstərilən səylər müvəffəqiyyətsizliyə uğrayırdı.
Dostları ilə paylaş: