34
Şübhəsiz ki, bu adamlar imam Hüseynin (ə) hər bir hərəkətinə
qarşı tədbir görürdülər.
Kufə, Bəsrə, Şam kimi
böyük şəhərlərlə müqayisədə
Mədinənin əhalisi çox az idi. Bu cəmiyyətin kiçikliyi böyük və
taleyüklü bir qiyam qaldırmaq üçün maneə idi.
Tarixi gerçəkliklər sübut edirdi ki, Mədinə qiyam qaldırmaq
üçün əlverişsiz yerdir. Bu şəhərdə mərkəzi hökumət əleyhinə
qaldırılan qiyam elə əvvəcədən məğlubiyyətə məhkum idi. Qəməri
tarixi ilə 63-cü ildə Mədinə də Yezid hökumətinə qarşı qaldırılmış
qiyam az bir zamanda yatırıldı. Eləcə də H.Q. 165-ci
ildə ələvi
Məhəmməd ibn Əbdüllahın, H.Q. 169-cu ildə Hüseyn ibn Əlinin
qaldırdığı qiyamlar məğlubiyyətə düçar oldu.
Mədinə əhlinin keçmişi açıq-aşkar bildirirdi ki, onlar Əhli-
beyti (ə) əməvi hökumətindən qorumağa hazır deyillər. İllər uzunu
bu şəhərin minbərlərindən Müaviyənin təhriki ilə həzrət Əlinin (ə)
lənətlənməsi, Mədinə hakimlərinin imama ünvanlanmış
çirkin
sözləri öz işini görmüşdü. Mədinə əhli deyilənlərin yalan
olduğunu bilsə də, səsini qaldırmağa cür`ət etmirdi. Əməvi
quldurlarının
siyasətinə Əhli-beyt üzvləri, xüsusi ilə də imam
Hüseyn (ə) müqavimət göstərirdi. Bununla belə, onlara yardım əli
uzadan tapılmadı.
78
Mədinədəki əməvi hakimi Vəlid ibn Ütbə şəhəri ciddi nəzarət
altında saxlayırdı. Bir qiyamla cilovu onun əlindən almaq
mümkünsüz idi.
Dostları ilə paylaş: