Шүбһә доғуран суаллар


Sual 54: Nə üçün imam Hüseyn (ə) öz həcc əməllərini  yarımçıq qoyub Məkkəni tərk etdi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə27/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   23   24   25   26   27   28   29   30   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 55
Sual 54: Nə üçün imam Hüseyn (ə) öz həcc əməllərini 
yarımçıq qoyub Məkkəni tərk etdi? 
Cavab: Fiqhi baxımdan, imam Hüseynin (ə) həcci yarımçıq 
qoyması fikri yanlışdır. İmam zilhəccənin səkkizinci günü 
Məkkəni tərk etdi. Hansı ki, həcc əməlləri Məkkədə ehram 
bağlamaqla və Ərəfatda dayanmaqla zilhəccənin doqquzuncu 
80
“Qəsəs” surəsi. ayə 21. 
81
“Vəq`ətül-təf”, s. 147. 


36 
günü başlayır. Demək, İmamın (ə) həcci yarımçıq qoyması kimi 
məşhur söz həqiqətdən uzaqdır. 
Bəli, İmam (ə) Məkkəyə daxil olduğu vaxt fərdi ümrə 
əməllərini yerinə yetirmişdi. Amma fərdi ümrə həcc əməllərinə 
daxil olmaq deyil.
82
Sual 55: Məkkəni qəfil tərk etməyin səbəbi nə idi? 
Cavab: İmama (ə) yaxın olan bir çox şəxsiyyətlər ona 
Məkkədən çıxmamağı məsləhət görmüşdülər. İmamın (ə) bu 
adamlara verdiyi cavabdan aydın olur ki, o, Məkkədə qalmağı 
təhlükəli hesab etmişdir. İmam Hüseyn (ə) ibn Əbbasa buyurur: 
“Başqa yerdə öldürülmək Məkkədə öldürülməkdən daha 
yaxşıdır.”
83
İmam Əbdüllah ibn Zübeyrə buyurur: “And olsun Allaha! Bir 
qarış Məkkədən kənarda öldürülmək mənim üçün bir qarış 
Məkkənin daxilində öldürülməkdən daha yaxşıdır. And olsun 
Allaha, istədiklərini almaq üçün canavar yuvasına sığınsam belə , 
çəkib çıxaracaqlar.”
84
İmam (ə) qardaşı Məhəmməd Hənəfiyyə ilə söhbət zamanı 
Yezidin onu Allah hərəmində (Məkkədə) öldürmək məqsədini 
açıqlayır. Bə`zi mənbələrdə bildirilir ki, Yezid imam Hüseyni (ə) 
öldürmək üçün Məkkəyə silahlı adamlar göndərmişdi.
85
Yuxarıda deyilənlərdən mə`lum olur ki, imam öz qanının 
axıdılması ilə Kə`bəyə hörmətsizlik göstərilməsinə razı deyildi. 
İmam Hüseyn (ə) Əbdüllah ibn Zübeyrə buyurur: “Atam mənə 
nəql edib ki, Məkkənin ehtiramı oradakı bir qoça görə sındırılacaq. 
Mən o qoç kimi olmaq istəmirəm.”
86
Zaman gəldi ki, Əbdüllah ibn 
Zübeyr Məkkədə mövqe tutduğu üçün Yezid qoşunu şəhərə daxil 
olub, onun hörmətini sındırdı. 
Sual 56: Nə üçün imam Hüseyn (ə) qiyam üçün Kufəni 
seçdi? 
82
“Vəsailüşşiə”, c.1 s. 246. 
83
“Əlbidayətu vən-nəhayə”, c. 8, s. 159. 
84
“Vəq`ətul-təf”, s. 152. 
85
“Seyid ibn Tavus” lühuf. 
86
İbn Əsir. 


37 
Cavab: Tarix boyu hər bir alim bu suala öz elmi səviyyəsi və 
qəbul etdiyi mənbələr əsasında cavab verib. Bu sualın cavabını 
ikiqat əhəmiyyətli edən bə`zi məsələlər var: 
İmam Hüseyn (ə) öz siyasi-hərbi hərəkatında zahirən məğlub 
oldu. Bu məğlubiyyətin ilkin səbəbi qiyam üçün Kufənin seçilməsi 
idi. 
Əbdüllah ibn Cə`fər (həzrət Zeynəbin əri), Əbdüllah ibn 
Əbbas, Əbdüllah ibn Müti, Məhəmməd Hənəfiyyə kimi 
şəxsiyyətlər imamın Kufəyə getməsinə e`tiraz edirdilər. Onlar 
kufəlilərin bir zaman həzrət Əli (ə) və imam Həsəni (ə) tənha 
qoymalarını xatırladırdılar. 
Bütün bunlara baxmayaraq İmam (ə) Kufəyə üz tutudu. İbn 
Xəldun kimi tarixçilər imamın bu seçimini siyasi səhv hesab 
etmişlər.
87
İbn Əbbas kimi şəxsiyyətlər bildirirlər ki, İmamın (ə) 
qarşısında Kufədən başqa Yəmən kimi seçimlər də var idi. İbn 
Əbbas imam Hüseynə (ə) deyir: “Əgər Məkkədən çıxmaq qərarın 
qətidirsə, Yəmənə tərəf get. Orada möhkəm qalalar var və Yəmən 
böyük yerdir. Sən oradan öz tərəfdarlarını və təbliğatçılarını başqa 
yerlərə göndərə bilərsən.” 
Nə üçün imam başqa seçimlərdən imtina etdi? İmamın (ə) 
uyğun seçimini qeyri-şiə tədqiqatçılar qiyamın hərbi nəticəsini 
əsas götürərək yanlış hesab etmişlər. Amma şiə alimləri İmamın 
(ə) hərəkətini təhlil edərək iki nəzəriyyə üzərində dayanmışlar: 
şəhadət istəyi və ya hakimiyyət istəyi. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin