Шүбһә доғуран суаллар


Sual 53: Nə üçün imam Hüseyn (ə) Məkkəyə yola düşdü?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə26/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   22   23   24   25   26   27   28   29   ...   60
Şübhə doğuran suallar

Sual 53: Nə üçün imam Hüseyn (ə) Məkkəyə yola düşdü? 
Cavab: Əvvəlcə onu qeyd edək ki, imamın Mədinədən 
çıxmasının səbəbi Yezidin Mədinə hakiminə yazdığı məktub idi. 
Bu məktubda tələb olunurdu ki, Yezidin bir neçə müxalifindən, 
eləcə də imam Hüseyndən (ə) bey`ət alınsın və əks təqdirdə bu 
şəxslər azad buraxılmasın. Bir sözlə, bu şəxslər qeyd-şərtsiz Yezid 
hakimiyyətini tanımalı idilər.
79
Vəlid ibn Ütbə özxoşuna əlini imamın qanına batırmaq 
istəməsə də, Mədinədə onu bu işə təhrik edən Mərvan ibn Həkəm 
kimi quldurlar vardı. Yeziddən məktub alan Vəlid Mərvanla 
məsləhətləşdiyi zaman Mərvan dedi: “Məncə, dərhal bu adamları 
78
“Biharul-ənvar”, c.44,s.211. 
79
“Vəq`ətul-təf” s.75. 


35 
Yezidə itaətə vadar etmək lazımdır. Əgər e`tiraz etsələr, onlar 
Müaviyənin ölümündən xəbər tutanadək hamısının boynunu 
vurmalısan. 
Çünki onlar Müaviyənin ölüm xəbərini eşidən kimi başlarına 
adam yığıb müqavimət göstərəcəklər.” 
Bu səbəbdən də, müqavimət və qiyam üçün Mədinədə 
münasib şərait görməyən İmam (ə) şəhəri tərk etmək qərarına 
gəldi. İmam Hüseynin (ə) Mədinədən çıxarkən oxuduğu Qur`an 
ayəsindən mə`lum olur ki, bu gedişin səbəbi şəhərdəki 
təhlükədədir. “Musa qorxu içində şəhərdən çıxaraq dedi: 
Pərvərdigara, məni bu zalım qövmün əlindən qurtar.”
80
İmam (ə) Məkkəyə doğru hərəkət etmək qərarına gəldiyi vaxt 
hələ ki, başqa şəhərlərin əhalisi Müaviyənin ölümündən xəbərsiz 
idi. Hələ ki, Yezidə qarşı ciddi müxalifət başlamamışdı və İmam 
(ə) başqa şəhərlərdən, həmçinin Kufədən də`vət almamışdı. İmam 
(ə) hicrət üçün elə bir yer seçməli idi ki, orada öz baxışlarını 
rahatca bəyan edə bilsin. Seçiləcək yerdən imamın (ə) mövqeyi 
bütün İslam ölkələrinə yayılmalı idi. 
Məkkə şəhəri hər iki xüsusiyyətə malik idir. Bu şəhərdə 
asayiş hökm sürürdü. Kə`bə bu şəhərdə olduğundan dünyanın hər 
yerindən müsəlmanlar ümrə və həcc əməllərini yerinə yetirmək 
üçün buraya axışırdılar. İmam Hüseyn (ə) burada müxtəlif 
qruplarla görüşüb, öz müxalifətçiliyinin səbəblərini açıqlaya bilər, 
İslam maarifini yaymaq imkanı qazanardı. Burada Kufə və 
Bəsrədən olan müsəlmanlarla əlaqə yaratmaq imkanı vardı. 
Qəməri tarixi 60-cı il, şə`ban ayının üçü, cümə axşamı 
Məkkəyə daxil olan imam zilhəccənin səkkizinədək şəhərdə 
fəaliyyət göstərdi.
81

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin