Шүбһә доғуран суаллар


Sual 57: İmam Hüseyn (ə) şəhadət məqsədi ilə Kufəyə üz tuta  bilərdimi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə28/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   24   25   26   27   28   29   30   31   ...   60
Şübhə doğuran suallar

Sual 57: İmam Hüseyn (ə) şəhadət məqsədi ilə Kufəyə üz tuta 
bilərdimi? 
Cavab: Bu nəzəriyyənin tərəfdarları öz baxışlarını belə 
əsaslandırırlar: 
Şiə imamlarının hər biri öz ilahi vəzifələri ilə tanış olarkən 
vəzifələrinin şəhadətlə başa çatdığını görürlər.
88
İmam Hüseyn (ə) öz tarixçəsini açarkən belə bir vəzifə ilə 
üzləşdi: “Vuruş, öldur və bil ki, öldürüləcəksən. Bir dəstə ilə öz 
diyarından şəhadət üçün çıx və bil ki, onlar yalnız səninlə birgə 
şəhadətə çatacaqlar.” (“Üsule-kafi”, c2. s.28) 
87
“Müqəddimeye ibn Xəldun”, s. 211. 
88
“Üsule-kafi”, c.2, s. 28-36. 


38 
Buna görə də elə əvvəlcədən Allahın istəyi İmamın (ə) 
şəhadəti olub və imam Allahın iradəsindən çıxa bilməyib. İraqa üz 
tutmamışdan qabaq yuxuda həzrət Peyğəmbər (s) Allahın istəyini 
Hüseynə (ə) bildirir. Məhəmməd Hənəfiyyə imamdan Kufəyə 
hərəkətinin səbəbini soruşduqda imam gördüyü yuxunu ona 
danışır. 
Bu nəzəriyyəyə görə, İmamın (ə) Kufəyə doğru hərəkətdə 
məqsədi şəhadətdir. Bu baxış İmamın (ə) nə üçün böyük 
şəxsiyyətlərin məsləhətlərinə qulaq asmadığını aydınlaşdırır. 
İmam Hüseyn (ə) Kufə əhlini hamıdan yaxşı tanıyırdı. İmam onlar 
tərəfindən şəhadətə yetiriləcəyini bilərək, öz qurbangahına doğru 
gedirdi. 
Amma bu şəhadətin məqsədi haqqında uyğun nəzər sahibləri 
arasında fikir ayrılığı var. Bə`ziləri bu şəhadəti insanların hidayəti 
(əmr be mə`ruf və nəhy əz münkər) yolunda atılmış addım, İslam 
ağacının qanla suvarılması kimi dəyərləndirirlər. Bu qan hesabına 
İslam möhkəmləndi, Yezid (Bəni Üməyyə) rüsvay oldu, yetmiş il 
sonra bu dövlət süquta uğradı. 
Hissə qapılan digər bir qrup isə belə hesab edir ki, bu 
şəhadətin məqsədi bir növ Hüseyn (ə) ardıcıllarının günahlarının 
kəffarəsi, imamın öz şiələrinə şəfaətidir. Xristianlar da İsanın 
öldürülməsini eynən belə yozurlar. 
İmamın Kufəyə üz tutmasında məqsədin şəhadət olması 
nəzərinə bə`zi iradlar da var: 
Belə bir məqsəd mə`sum imamların ideal olması ilə uyğun 
gəlmir. İmam Hüseyn (ə) buyurur: “Mən sizin üçün 
nümunəyəm”.
89
Həzrət Peyğəmbərin (s), əvvəlki imamların bu şəhadət 
barəsindəki sözlərini, eləcə də imamın öz şəhadətindən 
xəbərdarlığını qəbul etmək olar. Amma şəhadətin əvvəlcədən 
bilinməsi onun əsas məqsəd olması demək deyil. İmam Hüseyn (ə) 
qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətnaməsində deyir: 
“Mənim qiyamımda məqsəd babamın ümmətinin islahıdır. Əmr be 
mə`ruf və nəhy əz münkər etmək qəsdindəyəm. İstəyirəm babam 
Peyğəmbərin (s) və atam Əli ibn Əbu-Talibin yoluna əməl 
edəm.”
90
Vəsiyyətnamədə sadalanan hədəflər arasında şəhadətdən 
danışılmadığı göz qabağındadır. 
89
“Tarixe Təbəri”, c.5, s. 403. 
90
“Biharül-ənvar” c. 44, s. 329. 


39 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin