Шүбһә доғуран суаллар


Sual 63: Doğrudanmı, imam Hüseyn (ə) və onun  ətrafındakılar Kərbəlada susuz saxlanıldı?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə33/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   29   30   31   32   33   34   35   36   ...   60
Şübhə doğuran suallar

Sual 63: Doğrudanmı, imam Hüseyn (ə) və onun 
ətrafındakılar Kərbəlada susuz saxlanıldı? 
Cavab:Mö`təbər tarixi mə`lumatlardan bəlli olur ki, imamın 
(ə) şəhadətindən üç gün qabaq (məhərrəmin yeddinci günü) ibn 
Ziyaddan Ömər ibn Sə`də belə bir əmr gəldi: “Hüseynlə suyun 
arasını kəs, bir damla da içməyə qoyma.” Bu əmr vaxtilə Osmana 
su verilməməsinin intiqamı kimi təqdim olunurdu. (Hansı ki, 
Osmanın evini mühasirəyə almış izdihamı yarıb ona su aparan 
Həzrət Əli (ə) idi. 
Tezliklə bu əmri alan ibn Sə`d, Əmr ibn Həccacı beş yüz atlı 
ilə Fərat çayının qarşısını kəsmək üçün göndərdi. Bu iki-üç gün 
ərzində imam (ə) və onun köməkçiləri suya yol tapmaq üçün xeyli 
sə`y göstərdilər. Çünki qaynar səhrada qadın və uşaqların da 
olduğu karvanın susuzluğa dözməsi olduqca çətin idi. 
Bə`zi məlumatlarda belə bildirilir: “İmam Hüseyn (ə) öz 
düşərgəsində quyu qazmağa başlamışdı. Bu xəbər İbn Ziyada 
çatan kimi İbn Sə`də əmr olundu ki, bu işin qarşısını alsın. 
110
“Biharul-ənvar”, c.45,s.8. 


47 
Mə`lumatlarda bildirilir ki, həzrət Əbbas (ə) otuz süvari və 
iyirmi piyada ilə (bayraqdar, Nafe ibn Hilal olmaqla) Fərata həmlə 
etdi. Onlar Əmr ibn Həccacın dəstəsi ilə vuruşub, iyirmi məşk su 
götürməyə müvəffəq oldular.
111
Bu mə’lumatda dəqiq vaxt 
göstərilmir. 
Bə`zi mə`lumatlarda nəql olunur ki, Aşura günü imam (ə) öz 
bacısı Zeynəbin üzünə su çilədi. Çünki şəhadətin yaxınlaşdığı 
barədə imamın (ə) oxuduğu şe`ri eşidən Zeynəb özündən 
getmişdi.
112
Bu mə`lumat Aşura axşamı düşərgədə su olduğunu 
bildirir. Əllamə Məclisi Aşura günü sübh düşərgədə hətta içmək 
üçün su olmadığını inkar edir. İmam öz səhabələrinə buyurur: 
“Qalxın su için, bu sizin dünyada son azuqənizdir. Dəstəmaz alın 
qüsl verin, paltarlarınızı yuyun, onlar kəfəniniz olasıdır”. Sonra 
imam sübh namazını onlarla cəm şəkildə qıldı.”
113
Deyilənlərdən belə mə`lum olur ki, Aşura günü sübh su 
ehtiyatı qurtardıqdan sonra yenidən su əldə etmək mümkün 
olmadı. İmam (ə) və onun ətrafındakılar şəhadətə çatanadək 
susuzluqdan əziyyət çəkdilər. 
İbn Sə`din qoşunundakılardan biri rişxəndlə dedi: “Ey 
Hüseyn, ey Hüseyn dostları görürsünüzmü, Fəratın suyu ilan qarnı 
tək necə işıldayır! And olsun Allaha, ölənədək bu sudan bir damla 
içməyəcəksiniz!”
114
Hürr də Aşura günü kufəliləri nəsihət edərkən suyun qabağını 
kəsdikləri üçün onları qınayır.
115
Bir çox mənbələrdə imamın (ə) su üçün sə`yləri, Şimrin suyun 
qarşısını kəsməsi, imamın ona nifrini haqqında danışılır.
116
Əllamə Məclisi bir rəvayətdə imamın (ə) Əbbası su üçün 
Fərata göndərməsi və Əbbasın bu yolda şəhadətə yetirilməsi 
barədə mə`lumat verir.
117
Sual 64: İmam Hüseyn (ə) öz düşmənlərindən su 
istəmişdirmi? 
111
“Vəq`ətul-təf”,s. 152. 
112
“Tarixe Yə`qubi” c. 2, s. 244. 
113
“Biharul-ənvar”, c. 44 s. 317. 
114
“Biharul-ənvar”, c.44,s 317. 
115
“İnsab- əşraf”, c. 44, s. 317. 
116
“Biharul-ənvar”, c. 45,s. 51. 
117
“Biharul-ənvar”, c. 45, s. 41, 42. 


48 
Cavab: Aşura gününün birinci yarısında köməkçiləri, ailəsi 
və özü susuzluqdan əzab çəkən imamın (ə) düşməndən su istəməsi 
haqqında mö`təbər mənbələrdə heç bir mə`lumat yoxdur. Susuzluq 
mövzusu məddahların təsvir etdiyi səviyyədə heç bir mənbə`də 
göstərilməyib. İmamın (ə) Aşura günü oxuduğu şe`rlər, dilindən 
qopan sözlər misilsiz izzət və şərəfi təcəssüm etdirir. İmamın (ə) 
məşhur bir bəyanına nəzər salmaqla hər şey aydın olur: “Agah 
olun ki, zinazadə oğlu zinazadə (İbn Ziyad) bizi iki yol arasında 
qoydu. Ya siyrilmiş qılıncla döyüşə girməli, ya da Yezidə bey`ət 
etməklə zillət libasına bürünməliyik. Amma zillət bizdən çox 
uzaqdır. Allah, Onun rəsulu, mö`minlər, pak ağuşda böyüyənlər və 
qeyrətli kişilər rəva bilməzlər ki, biz alçaq adamlara itaəti izzətli 
ölümdən üstün tutaq”. 
Bə`zi əzadarlıq məclislərində imam Hüseyn (ə) inqilabının 
izzət və şərafəti sönük təsvir olunur. Sanki insanlarda imamın 
halına acımaq hissi təlqin edilir. İnsanları həyəcanlandırmaq üçün 
həqiqətə uyğun olmayan səhnələr canlandırılır. 
Bu sayaq əsassız və yalan mə`lumatlara bir misal çəkək: 
“İmam (ə) ibn Sə`din yanına gedib üç şey istədi. Onun ikinci istəyi 
bu oldu: “Mənə bir az su verin, ciyərim susuzluqdan yanır” İbn 
Sə`d imamın istəyini alçaqcasına rədd etdi.”
118
Bəli, belə sözlər daşı da ağlatmağa qadir olsa, imamın izzət və 
şərəfinə zərbə vurur. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin