45
dörd min nəfərlə mühasirəyə alan Müslim axşama yaxın Kufə
küçələrində tənha qalmışdı.
2. İctimai gedişlər.
Hələ də qəbilə münasibətləri möhkəm olduğundan, qəbilə
başçıları güclü ictimai nüfuza malik idilər. Onların çoxu imamın
(ə) Kufəyə də`vət olunmasında fəal iştirak etmiş, sonra isə Müslim
ə qoşulmuşdular. Lakin bu adamlar öz məqamlarını qorumaq üçün
çalışdıqlarından, ibn Ziyadın hədə-qorxularından
sonra ona
qoşulmağı daha münasib bildilər. İbn Ziyad onları öz ətrafına
toplamağın yolunu yaxşı bilirdi. O, hədə-qorxu ilə yanaşı,
rüşvətdən istifadə etməklə qəbilə başçılarını özünə tərəf çəkdi.
Kufədən çıxıb imamın dəstəsinə qoşulmuş Müctəme ibn Əbdullah
Aizi Kufədəki vəziyyət barədə imama (ə) bunları bildirdi: “Kufə
başçılarına xeyli rüşvət verib, çüvallarını doldurdular. Onların
dostluğunu və xeyirxahlığını ələ aldılar. Onlar hamısı sənə
qarşıdır.”
108
Übeydullah ibn Ziyadın ələ aldığı ikinci nüfuzlu qüvvə
“ərif”lər oldu. Qəbilələr Kufədə məskunlaşdığı vaxt “ərif” məqamı
dövlət vəzifəsi həddinə gəlmişdi. Onlar Kufə hakimi qarşısında
cavabdeh hesab olunurdular. Onların mövqeyi qəbilə başçısı
tərəfindən yox, hakim tərəfindən müəyyənləşirdi.
Bu adamlar
hökumətlə xalq arasında körpü rolunu oynayırdı.
Hər bir ərif xüsusi dəftərdə nəzarəti altında olanların adını
qeyd edir və bu adamları hamıdan yaxşı tanıyırdılar.
İbn Ziyad ilk çıxışından sonra ərifləri qəsrə toplayıb dedi:
“Siz gəlmələrin və Yezid müxaliflərinin siyahısını hazırlayıb
verməlisiniz. Eləcə də şübhəli adamlar haqqında məni
mə`lumatlandırmalısınız. Mənim əmrimə itaət edənlərlə işimiz
olmayacaq. Amma deyilən siyahını yazmayanlar dəftərlərindəki
adamlara cavabdeh olacaq. Əgər bir ərifin dəftərindəki adam bizə
qarşı çıxsa, ərifin özünün malı və qanı bizə halaldır. Hansınızın
dəftərində qiyamçı adı tapılsa, onu evindəcə dara çəkəcəyik…”
109
İbn Ziyadın bu çıxışından sonra əriflər öz adamlarına ciddi nəzarət
etməyə başladılar.
3. İqtisadi gedişlər
Həmin dövrdə xalqın əsas dolanışıq
mənbəyi hökumətin
verdiyi ianələr idi. Bu ianələr əhalinin iranlılara qarşı müharibədə
108
“Vəq`ətül-təf”, s. 174.
109
“Vəq`ətül-təf”, s. 11.
46
iştirakı müqabilində tə`yin olunmuşdu. Bu ianələri almaqda davam
edən ərəblər heç bir işə maraq göstərmirdilər. Onlar işləməyi
özlərinə sığışdırmırdılar. Kufəlilər hökumətdən nağd puldan, əlavə
xurma, buğda, arpa, yağ və sair yardımlar alırdılar. Bu ianələr
ərəbləri tam şəkildə dövlətdən asılı edirdi.
Ümumiyyətlə, bütün
müstəbid hökumətlər xalqın bu zəif nöqtəsindən ustalıqla istifadə
edirlər.
Müslim , ibn Ziyadın qəsrini mühasirəyə aldığı vaxt o,
Müslim ün ətrafındakılara e`lan etdi ki, dağılışıb gedənlərin ianəsi
artırılacaq, qiyam davam etsə, iaənələr kəsiləcək. İbn
Ziyad bu
gedişi ilə otuz minlik Kufə qoşununu imam Hüseynə qarşı
müharibəyə vadar etdi. Hansı ki, qoşundakıların çoxu qəlbən
imama bağlı idi.
İmam Hüseyn (ə) bu gedişləri yaxşı dərk edirdi. Həzrət (ə)
Aşura günü kufəlilərə üz tutub dedi: “Hamınız mənə qarşı çıxıb,
sözlərimi dinləmirsiniz. Çünki sizə verilən ianələr haramdandır,
qarınlarınız haramla dolub. Bu səbəbdən də qəlbləriniz
möhürlənib.
110
Dostları ilə paylaş: