Шүбһә доғуран суаллар


Sual 87: Zəncir və sinə vurmağın dini əsası varmı?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə49/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   45   46   47   48   49   50   51   52   ...   60
Şübhə doğuran suallar

Sual 87: Zəncir və sinə vurmağın dini əsası varmı? 
Cavab: Zəncir vurma İrana Hindistan və Pakistandan gəlmiş 
ən`ənədir. Bə`ziləri bu işdə ifrata varıb, bədənlərini 
yaraladıqlarından bir qrup alim uyğun adəti haram buyurmuşlar. 
Amma bədənə ciddi zərər toxunmazsa, zəncir vurmağın eybi 
yoxdur. 
Sinə vurmaq isə ərəblər arasında yaranmış adətdir. Sonradan 
növhələr sinə vurmaqla müşayiət olunmağa başlamışdır. Sinə 
vurmaq səfəvilər dövründən kütləviləşmişdir. 
“Tə`ziyə” Aşura hadisəsinin nümayiş etdirilməsidir. 
Əzadarlığın bu forması bir çox şiə ölkələrində mövcuddur. Aşura 
faciəsinin səhnələşdirilməsi bə`zən əzadarlığın mahiyyətini arxa 
plana keçirir. 
Sual 88: Əzadarlıq dövründə qara geyinməyin fəlsəfəsi 
nədir? 
Cavab: Əvvəla, qara geyimdə məxfilik əlaməti var. Digər bir 
tərəfdən, tarix boyu hakimiyyətdə olan insanlar şəxsiyyətinin ciddi 
qəbul olunması üçün qara geyimdən istifadə etmişlər. 
Dünyanın əksər xalqları isə qara rəngi matəm və qəm-qüssə 
əlaməti kimi qəbul etmişlər. Qara rəngin əsil fəlsəfəsi isə onun 
159
İmam Həsən və imam Hüseyn (ə) , s. 143. 
160
“Hüseyn (ə)” s. 56 
161
“Biharül-ənvar”, c. 44, s. 284. 
162
“Biharül-ənvar”, c. 101, s. 320. 


71 
işığa, nura zidd olmasıdır. Qara rəngli libas geyinən əzadar əzası 
keçirilən şəxsi itirməklə dünya işığından məhrum olduğunu 
bildirmək istəyir. İslam Peyğəmbərinin vəfatının səkkizinci günü 
qızı həzrət Zəhra (ə) fəryad qopararaq deyir” “Ey ata! Sənin 
gedişinlə dünya öz işığını bizdən aldı...”
163
Sual 89: İmam Hüseyn (ə) kimi məğrur bir şəxsiyyətin 
məclislərdə məzlum kimi təqdim olunması nə dərəcədə doğrudur? 
Cavab: İzzət Qur`ani-kərimdə ən bəyənilmiş sifətlərdən biri 
kimi bəyan olunur.
164
Qur`an işığında hərəkət edən imam Hüseyn 
(ə) və onun səhabələri düşmən qarşısında həmişə məğrur 
dayanmış, zilləti qəbul etməmişlər. Bə`zi məclislərdə imam 
Hüseynin (ə) məzlum göstərilməsi təəssüf doğurur. Bir çox 
məddahlar nə yolla olur-olsun xalqı ağlatmağa çalışır, hətta bu 
yolda imamın izzətini qurban verirlər. Əslində bu iş İslam dininə, 
Əhli-beyt dəyərlərinə ziddir. Bəni-üməyyənin Əhli-beytə qarşı 
zülmləri kimsədə şübhə doğurmur. Amma izzətli insanlar heç bir 
zülmün qarşısında öz vüqarını itirib, mə`nən sınmırlar. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin