Boris (acgözlüklə)
Axçi, ay arvadım, a sevimli yar,
Bir tuluq çaxırım sənə muştuluq,
Süfrə aç, mən özüm eyləyim qulluq.
Axırları çatıb, türklər öləcək,
Vazgen özü, bir gün, bura gələcək.
Suzanna (tədbirli)
Oğuldan, uşaqdan heç nəyimiz yox,
Bir məni saxlaya bilməyirsən tox.
Boris (əsəbli)
Arvad, bildiyini bir danışsana,
Özün öz işinə sən qarışsana.
Məzhəb haqqı məni gətirdin cana,
Nə qədər var-dövlət gərək insana?
Hələ Xocalıda yığdıqlarını,
Özgə inəklərin sağdıqlarını…
Ay qız, itirmisən sən lap arını,
Qızılı, sərvəti min bir varını,
Qoymağa yerin yox, hey ağlayırsan.
|