Baş üstə, göz üstə, ey Vətən oğlü,
İlahi tək bizə veribdi ağlı…
Onlar tələsik çıxırlar, on nəfər erməni əskəri ilə yola düşürlər. Gedənlərin arasında iki nəfər muzdlu zənci, iki nəfər də rus var. 4-cü şəkil Dolu nahar vaxtı. Sultan kişinin ailəsinin gizləndiyi kaha, Azərtac gecə gördüyü yuxunu həyacanla danışır. Kahanın bir küncündə ocaq tüstülənir, ocağın üstündə hisli qazanda su qaynayır… Azərtac (ağlar) Yuxuda gördüm ki, qurulub mağar,
Burada nə qədər qohum, tanış var.
Qorquda toy edir bütün el, elat,
Dava yox şadlıqla çağlayır həyat.
Mən də qol götürüb toyda süzürəm,
Sanki, yad baxanın bağrın üzürəm.
Fatimə ana (həyacanla) De ki, axırımız çatıb bu sabah,
Özün arxa dayan bizə, ey Allah!
299 Сечмяляр (шеирляр)
Ya bir ölüm yolla hamımız bataq,
Köçlə, külfət ilə kahada yataq.
Yada ki…