297 Сечмяляр (шеирляр)
Suzanna (əsəbi) Yaxşı ki, siz ona tez qurdunuz vay!
Baş zabit Bu qızıl saatı, xeyli altunu,
İnsanın sabahı, yaşam atını,
Tökdü ayağıma, buraxım onu,
Bilmədi çatıbdı bədbəxtin sonu..!
Yalvardı toxunmum mən paklığına,
Nə qədər girdimsə çox qılığına,
Yaxın buraxmadı məni o zalım.
Basım qucağıma kamımı alım.
Yaman möhkəm olur bu türk qızları,
Namus-ar onların bəxt ulduzları.
İynə öz işini gördü bircə an,
Bir gecə qoynumda oldu gözəl can.
Zülmlə öldürdüm türkün gözəlin,
Günah özündəydi, kəsmədi dilin…
Sonra da döşlərin üzdüm yerindən,
Köksünə güllələr düzdürdüm dən-dən…