Bu zaman yaxınlıqda erməni, fransız, rus dillərində danışıq, kobud əskər çəkməsinin səsi gəlir… Fatimə ana (qorxa-qorxa)
Qız, yuxun qaraya qalaydı, bala,
Bu qədər zülm olar, ey Alla-Taala!
Sultan kişi tələsik baltanı axtarır, fəqət dünən meşəlikdə salıb itirmiş… Hardadı, baltanın yerini deyin?
Necə hiss etmədim düşüb itdiyin?
Fatimə ana (vahimə içində) Balta avtomata nə edər kişi?
Sən də itirmisən canla gərdişi!
(bir qədər fasilə) Bu zaman Susanna, erməni zabiti və əskərlər kahaya dolu- şurlar. Onların əlində ölüm saçan avtomatlar… Baş zabit (quduzcasına) Suzanna, gör necə ov bəxşiş mənə,
Qəhrəman adını verəcəm sənə!
Suzanna (kinli-kinli) Əgər türklərdə də olsaydı nifrət,
Bizi məhv etməkçin tapardı cür‘ət!
Yaxşı ki, onların ürəyi yumşaq,
Sanki ağılları bir körpə uşaq.
Biz pislik edirik, onlar yaxşılıq,
Bu millət əbədi niyə xoşqılıq?…
Bu türk köpəkləri qırılmalıdır,
301 Сечмяляр (шеирляр)
Hər köksə min güllə vurulmalıdır.
Hansını göstərsəm birinci onu,
Doldurun gülləylə murdar qoynunu!