Baş zabit (tapançanı ona tuşlayır…) Al, bu tapançadan açılan güllə,
Sənə, millətinə dəyərli sillə.
Sultan kişi yıxılır, Fatimə ana nalələr içində qışqırır və ərinin üstünə atılır. Üst-başı qana bulanır… Fatimə ana ( fəryadla) Aman, Tanrı, göstər öz qüdrətini,
Silahsız bəndənə sədəqətini…
Baş zabit (qəhqəhələrlə) Qalibin əsəbin bir anda gərmək,
Hə, nədi döşünə yatdı gəbərmək?!
Ölüm ayağında əyilmir bunlar,
Türkləri qorxutmur tökülən qanlar…
(Bu zaman Azərtac gözlənilmədən ocaqdakı qaynar suyu zabitin üzünə atır, dəhşətli türkürpədici bağırtı qopur…Rus əskəri avtomatdan bir qatar gülləni kahadakıların üstünə səpir. Təkcə Qorqud anasını qucaqlamış halda sağ qalır. Ka- hanı insan iniltisi bürüyür! Qorqud bir əliylə Fatimə ananın qoynundan çıxardığı düyünçəni ocağa atır, bir əliyləsə neçə