293 Сечмяляр (шеирляр)
Suzanna (arxayınca) Boris, yenə nə çox yorğalayırsan?
Yaxşı, sən öl, çıxma özündən daha,
Məzhəb haqqı, işin qalıb Allaha!
Türkün var-dövləti mənə şirindi,
Bizim ulduzumuz göydə göründü!..
Mükafat gözləyir ocağımızı,
Şad müjdə verəcək erməni qızı!
Boris (son dərəcə maraqla) Söylə, qəlbindəki muradı anım,
Uzatma, bir danış, sən mənim canım.
Suzanna (pıçıltıyla) Meşənin yanından keçirdim, Allah,
Gördüm kol-kosluqda türk kişisi, ah,
Əyilə-əyilə odun yığırd,
Göydən lopa-lopa lam qar yağırdı.
O məni görmədi, canımda qorxu,
Sakitcə sivişdim, sanki bir yuxu!
Dedim, görsə məni boğar bir anda,
Sus, bunu danışma sən də hər yanda.
Özüm deyəcəyəm sabah zabitə,
Ki, ovun üstünə sakitcə yetə.
Mən var atəşindən bir an sönmərəm,
Bəxşiş verməsələr evə dönmərəm.
Gərək bəhərini əlimlə dərəm,
Bu işin bəhrəsin özüm də görəm.