310
Ширин
Ханым Кяримбяйли Шадиман
Zorla Altunşaha verirlər məni,
Böylə bəxt tapmasın dünyada səni.
Ümid
əsirgəmə məndən, Allahım,
Yetsin hüzuruna bu qəmli ahım.
Aypara (əsəbi)
Yenə səhər-səhər başlama qəmə,
Acı fəryadınla çapma aləmə.
Nə var, nə görmüsən o ac gədədə?
Yaralar açılar bomboş mədədə.
Malsız, mülksüz sevgi –
bir qədəh zəhər,
Üzəcək ömrünü ehtiyac, qəhər,
Parasız sevginin heç faydası yox.
Barı, Allahından, Tanrından
bir qorx,
Şahlıq quşu qonub başına yazıq,
Niyə biz qadınlar belə dayazıq?
Sevgi ər evində,
xoş gün-güzəran,
Çıxar Ərqayanı qəlbindən bu an!
Dostları ilə paylaş: