Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə96/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   92   93   94   95   96   97   98   99   ...   282
 27.11.1985. səhər saat 11, gəmi
 ANAMIN RUHUNDAN GƏLİBDİ HECA
Anamın ruhundan gəlibdi heca,
Bu ruha göz dağı olma, sən allah.
Ondan dikəlibdi Rəbbimə rica,
İlhamsız qəlb telin yolma, sən allah.
O təbi olana çağlayan bulaq,
Ondan saz ruhunu duyur hər qulaq,


139
Сечмяляр (шеирляр)
Heca sevdasında gəlin bir olaq,
Çətinsə, sənətdə qalma, sən allah. 
Onla cilvələnib sazın telləri,
Gəzib addım-adım eşqi elləri,
O vəcdə gətirib yanan dilləri,
Kam ala bilmirsən, alma, sən allah.
Heca könlümzün nazlı afəti,
Onun sərvə bənzər qəddi-qaməti,
Oxşar qəlbimizi eşqlə xəlvəti,
Bu eşqi ilantək çalma, sən allah.
Oxşama yağıtək yaddan gələni,
Yad eşqlə çox gördük millət dələni,
Hiylə torlarına düşüb öləni…
Acıqlı buludtək dolma, sən allah.
Vətəntək, anatək heca canımız,
Ruha köklənməli bu vicdanımız,
Doldu düşmənlə dörd-bir yanımız…
Sən də onlarla bir olma, sən allah.
Yazın ağır olub bu Şadimana,
Dağın mehləri var gələn dumana,
Şeirə dəb gətirib azğın zamana,
Çalış ondan dala qalma, sən allah…
 08.08.2010



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin