Mehriban xanım Әliyevanın
həm də bir
həkim kimi ölkəmizin tibb təhsili sisteminə
göstərdiyi qayğını daim hiss edən kollektivimiz
elm, təhsil, müalicə‐profilaktika, reabilitasiya
işləri üzrə innovativ layihələr üzərində işlər
aparmaqla, bu qayğıya adekvat olaraq tibb elmi
və tibb təhsili sistemlərində yeni nailiyyətlər
qazanacağına əminlik yaradır.
– Siz dünya şöhrətli elmi məktəb yaratmı ‐
sınız. Bu məktəb haqqında nə deyərdiniz?
– Düzü, mən özüm haqqında danışmağı
xoşlamıram, ancaq təvazökarlıqdan uzaq olsa
da, demək istərdim ki, mən nəsə edərkən, heç
də «bunu məktəb yaratmaq üçün edirəm» fikri
ilə etməmişəm. Sadəcə, bir vaxtlar öyrəndik lə ‐
rimi, sonralar vətən övladlarına öyrətməyə
çalışmışam. 20 ilə yaxın bir dövrdə Moskvada
çalışmışam və həmin illər ərzində orada tələbə ‐
lərimə etdiyim köməyi 1992‐ci ildən etibarən
burada birbaşa Azərbaycanda edirəm. Onu da
deyim ki, çox mehriban, ünsiyyətli, eyni zamanda
savadlı, bilikli, bacarıqlı gənc mütəxəs sis lərimiz
var. Onlar üzərlərinə düşənin öhdə
sindən
ləyaqətlə gəlirlər. Həm tədrisdə, həm də elmi‐
tədqiqat işlərinin
yerinə yetirilməsində dözüm
və təmkin nümayiş etdirirlər. Bu vaxta qədər
tələbələrimdən 10‐u tibb üzrə elmlər doktoru,
32‐si isə tibb üzrə fəlsəfə doktoru elmi
dərəcəsinə layiq görülüb.
Yetişdirdiyim tələbələr Moskva şəhərində,
Rusiya Onkoloji Elmi Mərkəzində, bir sıra
Avropa Klinikalarında, Orta Asiya Respubli ‐
kalarında, Gürcüstanda və Azərbaycanda fəaliy ‐
yət göstərirlər. Onların bir çoxu tibb elmində öz
sözünü demiş nüfuzlu alim, həkim və səhiyyə
təşkilatçılarıdır. Mən belə tələbələrimlə fəxr
edirəm.
Xarici ölkə alimləri ilə sıx əlaqələrimiz var.
Belə əlaqələr olmadan irəliləyiş mümkün
olmaz. İnanıram ki, bu gün məndən dərs alanlar
sabah öz məktəblərini yaradacaq, xalqımıza,
vətənimizə layiqli vətəndaş olacaqlar.
Dostları ilə paylaş: