“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


Vegetarianlıq: xeyir, yoxsa ziyan?



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə115/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   111   112   113   114   115   116   117   118   ...   125
Vegetarianlıq: xeyir, yoxsa ziyan? 

Son illikdə vegetarianlıq dünyəvi cəmiyyətdə ən çox

müzakirə olunan mövzu olub.  Bəziləri bu qidalanma

metodikası və həyat tərzinə dəstəklə çıxış edir, bəziləri

isə qəzəbli şəkildə onun ziyanlı olduğunu sübut edirdi.

Sözsüz ki, hər iki tərəfin öz dəstəyinə dair çoxlu dəlilləri

və tutarlı arqumentləri var, lakin ümumi rəy indiyəcən

mövcud deyil. Ona görə də bu müba 

hisədə hansı

mövqeni tutmağa hərə özü qərar verməlidir. 



Vegetarianlığın xeyri

Amerika həkimləri iddia edir ki, vegetarianlar

yoğun bağırsaq xərçənginə yoluxmağa daha az

meyillidirlər. Əslində, heç bir xüsusi tədqiqat aparmadan

da hər kəs bilir ki, tərəvəz və meyvələr faydalı qida

lifləri ilə zəngindir. Onlar bağırsağın normal fəaliyyətinə

kömək edir, öd ifrazını və mədəaltı vəzinin şirə

ayırmasını yaxşılaşdırır. Məhz buna görə vegetarianlar

daha sağlam bağırsaq və mədəaltı vəzinə malikdir, bu

isə öz növbəsində bir çox xəstəliklərin yaxşı

profilaktikası deməkdir. 

O faktı nəzərə almaq lazımdır ki, vegetarian

qidalanmasında duzdan az istifadə olunur. Bir qayda

olaraq, duz bütün ət yeməklərinə əlavə olunur, bu da

orqanizmdə suyun saxlanmasına gətirib çıxarır, qan

damarları və böyrəyə ağırlığı artırır. Bitkilərdə bədənin

su balansının tənzimlənməsinə kömək edən kalium və

maqnezium kimi minerallar mövcuddur. Bunu, sözsüz

ki, vegetarianlığın müsbət cəhəti hesab etmək olar. Bir

çox tərəvəzlərin tərkibində elə maddələr var ki, yüksək

arterial təzyiqə təsir edərək onu aşağı sala bilər.

Britaniya alimləri sübut edib ki, ət məhsullarının qida

rasionundan tam təcrid edilməsi göz kataraktı inkişafı

riskini əhəmiyyətli dərəcədə azaldır. Alimlər, həmçinin

qeyd ediblər ki, vegetarianlarda dərinin vəziyyəti və

bənizi daha yaxşıdır, nəinki ənənəvi qidalanma siste -

mindən faydalanan insanlarda. Onların fikrincə, bu,

bağırsağımızın zərərli toksinlərdən yaxşı təmizlən 

-

məsinə imkan verən vitamin və bitki liflərinin çox



istifadə edilməsi ilə əlaqədardır. 


Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin