“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə29/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   25   26   27   28   29   30   31   32   ...   125
Emin Bayramzadə

17

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




O, olduqca haqlı idi. İyirmi dəqiqə sonra

Əhməd Zevaylın sakit həyatı başa çatdı. Artıq

o bütün dünyanın idi. Bəşəriyyət öz dahi

alimini tanıdı və onun çiyninə alimlikdən də

böyük bir missiya düşdü. Bütün dünyaya

məxsus olmaq üçün keçilən yolu bilmədən

dahilərin qiymətini vermək çətindir. Odur ki,

biz oxucularımızı Əhməd Zevaylın öz

həyatına baxışları ilə tanış etməyi vacib

saydıq.


Bundan öncə Əhməd Zevaylın mükafata

layiq görülməsinin səbəbini izah edən və o

vaxt İnternetdə yerləşdirilmiş press-relizə

nəzər salaq: “Bu ilin kimya üzrə laureatı

fundamental kimyəvi reaksiyaların ultra qısa

lazer impulslarının köməyi ilə pioner

tədqiqatlarına görə təltif edilmişdir. Professor

Zevaylın töhfəsi kimyada və ona yaxın

elmlərdə inqilab kimidir.

Zevaylın texnikası kimyəvi çevrilmələrin

baş verdiyi zaman miqyasına yaxın müddətdə

femtosaniyələr (fs) ərzində davam edən lazer

impulslarından istifadə edir. “Biz ayrı-ayrı

atomların hərəkətinin müşahidə olunmasına

keçmişik və indi artıq bu hərəkəti əyani

şəkildə təsəvvür edə bilirik. Atomlar daha

görünməz deyillər. Yalnız təxəyyülün kasad -

lığı dünyada ən sürətli texnikanın köməyi ilə

həll oluna biləcək “problemlərin siyahısını

məhdudlaşdıra bilər”.

Əhməd Zevayl dünya elm tarixinə

femtoki myanın banisi kimi düşdü. Amma bu

zirvəyə aparan yol çox uzun, əzablı və

keşməkeşli idi.




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin