5
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
mışdır. Bu gün demək olar ki, ölkəmizin hər bir
yerində keyfiyyətli tibbi xidmət almaq üçün
gözəl imkanlar vardır. Səhiyyənin maddi-
texniki bazası möhkəmlənir, güclənir. Əmi -
nəm ki, yaxın bir-iki il ərzində artıq bütün
şəhərlərimizdə ən gözəl klinikalar yaradıla -
caqdır.
Təkcə son iki həftə ərzində ölkəmizin bir
neçə şəhərində müasir xəstəxanalar açıl
-
mışdır. Deyə bilərəm ki, bölgələrdə, rayon -
larda istifadəyə verilmiş xəstəxanalar da ən
müasir avadanlıqla təchiz edilir və ən yüksək
standartlara malikdir.
Azərbaycan Tibb Universiteti ölkəmizdə
həkim kadrların hazırlanmasında xüsusi rol
oynayan ali məktəbdir. Bu ali məktəbin böyük
tarixi, gözəl ənənələri və əminəm ki, gözəl
gələcəyi vardır. Çünki bu gün müstəqil Azərbay -
canda səhiyyə sahəsinə ayrılan xərclər artır,
səhiyyənin maddi-texniki bazası möhkəm -
lənir. Belə olan halda, əlbəttə ki, tibbi xidmə -
tin səviyyəsi də artmalıdır.
Universitetdə çox böyük təcrübəyə,
biliklərə malik olan professor-müəllim heyəti
vardır. Əlbəttə ki, sizin bilikləriniz gənc nəslə
ötürülür. Elə etməliyik ki, gənc nəsil, gənc
həkimlər dünyada səhiyyə sahəsində gedən
bütün prosesləri yaxından izləyə bilsinlər.
Bunu etmək üçün burada imkanlar, kompyu -
ter otaqları vardır. Əminəm ki, müxtəlif ali
məktəblərlə canlı bağlantı da yaradıla bilər.
Əməliyyatların izlənməsi üçün gözəl şərait
vardır.
Beləliklə, bizim gənc həkimlərimiz dün -
yada səhiyyə sahəsində gedən bütün mütə -
rəqqi yenilikləri bilməlidirlər. Çünki bu gün
dünyada səhiyyə elmi çox sürətlə inkişaf edir.
Siz həkimlər bunu hamıdan yaxşı bilirsiniz.
Bu gün vaxtilə müalicəsi mümkün olmayan
bir çox xəstəliklər əgər vaxtında aşkarlanarsa
müalicə edilir. Diaqnostika cihazları, o cüm -
lədən burada quraşdırılan kompyuter tomoq -
rafları, MRİ, müasir rentgenlər imkan verir
ki, istənilən xəstəlik ilkin mərhələdə aşkar -
lan sın və düzgün diaqnoz qoyulsun. Artıq bu
cihazların mövcudluğu düzgün diaqnozun
qoyulmasında da mühüm bir addımdır və
əlbəttə ki, müalicə də düzgün aparılmalıdır.
Yəni dünya səhiyyə elminin uğurlu
inkişafı insanların sağlamlığına bilavasitə bir
töhfədir. Biz çalışmalıyıq ki, dünyada bu
sahədə gedən ən son yeniliklər, ixtiralar
Azərbaycanda da tətbiq olunsun. Biz buna
hazır olmalıyıq. Yaradılan maddi-texniki
baza, müasir avadanlıq belə imkanları verir.
Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır.
Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə
etməlidirlər ki, daha da bilikli olsunlar. Elə
edək ki, Azərbaycanda istənilən ən ağır
əməliyyat aparıla bilsin. Son illərdə deyə
bilərəm ki, biz buna nail ola bilmişik. Çünki
bu gün Azərbaycanda ən ağır ürək-damar
əməliyyatları, orqan transplantasiyaları apa -
rılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsu -
silə imkanlı insanlar müalicə üçün hələ də
daha çox xaricə üz tuturlar. Biz elə bir vəziy -
yət yaratmalıyıq ki, buna ehtiyac olmasın.
Azərbaycanda ən yüksək tibbi xidmət, ən
yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki,
birgə səylər, həm dövlət tərəfindən aparılan
siyasət, yeni tibb ocaqlarının yaradılması,
müasir avadanlığın mövcudluğu və həm də
həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu
məqsədə nail olmağa gətirib çıxaracaqdır.
Bu yaxınlarda mən təhsillə bağlı fikir -
lərimi bildirdim. Bir daha demək istəyirəm,
elə etməliyik ki, bizim gənclər xaricə oxu -
mağa getməyə ehtiyac duymasınlar. Azərbay -
canda təhsilin səviyyəsi elə olmalıdır ki,
bura da ən yüksək təhsil almaq üçün imkan
olsun. Səhiyyə sahəsində də, həmçinin biz o
səviyyəni əlbəttə ki, təmin etməliyik. Əmi -
nəm ki, biz buna nail olacağıq. Çünki son
illərdə səhiyyə sahəsində aparılan islahatlar
uğurludur,
bununla bərabər hələ çox iş
görülməlidir. Ancaq beynəlxalq təşkilatlar, o
cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbay -
canın bu sahədəki fəaliyyətini yüksək
qiymətləndirir. Bir müddət əvvəl Dünya Səhiyyə
Təşkilatının Avropa bölməsi Azərbaycanda
gedən islahatları vurğulamışdır.
Bir daha demək istəyirəm ki, son illərdə
hər bir rayonda müasir xəstəxanalar, tibb
mərkəzləri tikilir. O ki qaldı Bakıya, son
illərdə Bakıda, demək olar ki, əsas elmi-
tədqiqat səhiyyə müəssisələrimiz yenidən
qurulmuşdur, əsaslı təmir edilmişdir, bir neçə
böyük xəstəxana tikilmişdir. Yəni bu sahədə
biz öz ardıcıl siyasətimizi davam etdirəcəyik.
İnsanların sağlamlığı dövlətimiz üçün
prioritet məsələdir. Mənim bölgələrə
səfərlərim zamanı açılan xəstəxanalar, su
xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir
məqsədi güdür – Azərbaycanda insan sağ -
lamlığı qorunsun, keyfiyyətli müalicə almaq
üçün imkan, şərait olsun. İndi bütün bölgə -
lərdə və yaxın zamanlarda hər bir şəhərdə
dializ mərkəzləri tam şəkildə fəaliyyətə
başlayacaqdır. Əksər şəhərlərdə biz artıq
buna nail olmuşuq. Biz bunun müsbət tərəfini
görürük. Vaxtilə xəstələr yüz kilometrlərlə
məsafəni qət etməli olurdular, böyük şəhər -
lərdə müalicə alırdılar. İndi hər bir bölgədə
deyə bilərəm ki, təxminən hər bir şəhərdə
müasir dializ mərkəzləri vardır. Ona görə
insanların sağlamlığını təmin edən tibbi
xidmət bu gün, əlbəttə ki, daha da yüksək
səviyyədədir. İnsan sağlamlığını şərtləndirən
digər amillər Azərbaycanda, əlbəttə ki, vardır.
Bu sahəyə diqqət yetirilir. Statistik göstə -
ricilər – yəqin ki, həkimlər bunu hamıdan
yaxşı bilirlər – onu göstərir ki, Azərbaycanda
insanların ömrünün uzunluğu artır, uşaq
ölümü azalır. Bu, səhiyyənin səviyyəsini
göstərən əsas amillərdən biridir.
Bir daha demək istəyirəm ki, Azərbaycan
Tibb Universitetinin böyük tarixi, ənənələri,
gözəl bu günü, gözəl gələcəyi vardır. Deyə
bilərəm ki, biz həkimlərin bütün xahişlərini
çalışırıq ki, yerinə yetirək. Belə gözəl klini -
kalar həm tədris, tibb mərkəzləridir, eyni
zamanda həkimlərin iş yeridir. Hər yerdə, hər
şəhərdə, hər rayonda həkimlərin iş yeri də
bax, belə olmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, bu
gözəl klinikanın açılışı böyük əlamətdar
hadisədir. Mən çox şadam ki, son illərdə biz
sizinlə bərabər bu gözəl hadisələri qeyd
etmişik. Tibb Universitetinin ardıcıllıqla
klinikaları yaradılır. 2002-ci ildə stomatoloji,
2007-ci ildə onkoloji, 2010-cu ildə terapevtik
klinikaları açılmışdır və indi cərrahiyyə
klinikası artıq fəaliyyətə başlayır. Bir daha
sizi bu gözəl hadisə münasibətilə ürəkdən
təbrik edirəm.
Dostları ilə paylaş: