Vegetarianlığın növləri
Vegetarianlığın bir neçə növləri vardır və elə
qidalanma sistemləri vardır ki, onları bəzən səhvən
vegetarianlıq hesab edirlər. Məsələn, fleksitarianlığı tez-
tez vegetarianlığın bir növü kimi qiymətləndirirlər və bu
qidalanma sistemini vegetarianlığın ən yumşaq
variantlarından biri hesab edirlər. Amma bu doğru deyil.
Fleksitarianlıq,
əsasən, tərəvəz yeməyindən ibarət
olan qidalanma növüdür. Ət və dəniz məhsullarının az
miqdarda və ya çox nadir hallarda istifadəsinə icazə
verilir, məsələn, ayda bir dəfə. Dünyanın aparıcı
dietoloqlarının fikrinə görə, bu qidalanma sistemi bu
gün çox effektivdir, lakin o vegetarianlığa aid edilmir.
Məsələ ondadır ki, klassik vegetarianlar hesab edir ki,
qidalanmada heyvan mənşəli məhsullar tamamilə istisna
etməlidir. Hesab olunur ki, vegetarianlıq dörd növdə ola
bilər.
Dostları ilə paylaş: |