tökməyə. Kimisi diz çöküb yalvarır ki, əmlakını, pulunu qaytarsınlar. Düşünmək qabiliyyətini də
tamam itirir. Biri elə sən. Səndən söz soruşuram, sən elə bil eşitmirsən, cavabında boş-boş şeylər
493
danışırsan. Mən sənsiz də bilirəm ki, sən bu kağızları imzalamağa məcbursan. Yaxşı, fikrin
yayınmasın, qol çək qurtar.
DƏMİR BƏY: Bura bax, mənim sürücümü bağışlama müqaviləsinə salmağı unutmamısan ki?
Ancaq nəzərə al ki, o, sofudur, hər şeydən çimçəşir, nə səninlə, nə də sənin tanışlarınla bir
maşına oturan deyil.
ALXAS: Zarafatından qalmır e!.. Ayıl a kişi, indi sən evsiz-eşiksiz, dilənçi kökündə qalmış bir
adamsan. Baş verənləri anlayırsan, yoxsa düşünmək qabiliyyətini tamam itirmisən?
DƏMİR BƏY: Düz demirsən. Əlbəttə, nələr baş verdiyini mən gözəl başa düşürəm. Bağışlama
kağızlarına qol çəkməmişdən əvvəl mən onları diqqətlə oxudum. Peşəkarlıqla tərtib edilib,
bütün sənədlər qaydasındadır. Amma yenə inana bilmirəm ki, sənin kimi birisi mənim sadəlövh
uşaqlarımı aldadıb bütün əmlakımı mənimsəyə bilər. Mənim üçün bu o demək olar ki, dünya düz
yoldan azıb.
ALXAS: Elədir ki var. Dünya, hamı, hər kəs düz yoldan azıb. Bircə sən qalmısan düz yolda. Bəs
«sənin kimi birisi» nə deməkdir? (Alxas maraqlanır)
DƏMİR BƏY: Elə o deməkdir. Yaxşı şey deyil. Yəni əxlaqi bünövrəsi olmayan adam.
ALXAS: Niyə əminsən ki, mənim bünövrəm yoxdur?
DƏMİR BƏY: Sən özün elə bilirsən ki, var?
ALXAS: Sənin heç yuxuna da girməz ki, mənim nə qədər güclü bünövrəm, dayaqlarım var.
Mən, sadəcə, gözə soxmuram.
DƏMİR BƏY: Olsun! Amma dayaqlarının bolluğuna baxmayaraq, sənə mənim əmlakımı
mənimsəmək müyəssər olmayacaq. Bu, mümkün deyil, heç vaxt inana bilmərəm ki, qamarlamaq
qabiliyyəti patoloji dərəcədə inkişaf eləmiş bəsit intellektli məxluqlar həyat meydanından Homo
sapiensi, normal düşünən insanları sıxışdırıb çıxara bilərlər. Elə olsa, bilirsən bəşəriyyət nə hala
düşər! Hər şey tədricən dayanar, bəşəriyyətin qurduğu bu dünyamız sürücüsü sükan arxasında
qəflətən ölmüş avtomobil kimi uçuruma yuvarlanar. Bu mümkün deyil və bu heç vaxt
olmayacaq. Sən məni başa düşdün?
ALXAS: Burda başa düşülməyəcək nə var? Bunu sən özün fikirləşib tapmısan? Çox danışırsan,
amma həmişəki kimi faydası görünmür. Bunlar hamısı nəzəriyyədir, baxarsan işdə necə olacaq.
İmzaladın?
(Alxas sənədlərin üçünü özünə sarı çəkib, vərəqləyir, imza olan səhifələrə diqqətlə baxır)
ALXAS: Hər şey düzdür. Afərin! (içində borc vekselləri olan qara qovluğu Dəmirə tərəf itələyir)
Mübadiləmiz baş tutdu. İndi ürəyin istəyən qədər zarafat elə! Bu andan etibarən sənin mənə
borcun yoxdur. O sənədləri də istəyirsən yandır, istəyirsən yadigar saxla…
494
(Hiss olunur ki, Alxas yenə nə isə demək istəyir, amma macalı olmur. Pivə bankasının qapağı
atarkən çıxan səsə bənzər səs eşidilir. Dəmir gözlərini qaldırıb tavana baxır, üçpərli latun
propellerin sərinkeşin korpusundan qəfil ayrıldığını və inersiya ilə fırlana-fırlana yerə düşdüyünü
görür. Aşağıya çathaçatda pərin ucu yüngülcə Alxasın başına toxunur. Sınmış propeller yaralı
cırcırama kimi stol-stulların ayaqlarına çırpılaraq döşəməyə düşüb qalır.)
Kənardan elə görünür ki, Alxas stulda oturduğu yerdəcə rəqs eləyir. Bərəlmiş gözlərini zilləyib
mənasız nəzərlərlə önünə baxır, hipnozçu kimi, əlləri ilə qəribə hərəkətlər etməklə eyni vaxtda
gövdəsini nizamsız ritmlə irəli-geri yelləyir. Bu an onun alnında, düz qaşlarının üstündə keramik
daxıldakı kimi nazik, hamar kənarları olan 10 santimetrə yaxın uzunluqda yarıq görünür. Bir
neçə dəqiqədən sonra «rəqs» bitir. Üzüstə stola düşür. Onun kəlləsindən pırtlayıb axan, ərimiş
meyvəli dondurmaya oxşayan çəhrayı rəngli qatı maye masanın üzərinə yayılır.
DƏMİR BƏY: (sarsılıb) Ola bilməz! Öldü. Əcəb oyundur! Allah şahiddir ki, mən bunu
istəmirdim.
Hakim Fərraf Abqvaladze işin nə yerdə olduğunu bilən kimi yanındakı xanımla birlikdə qapıya
doğru yönəlir.
BARMEN: Bu saat polis gələcək, hər şey necə olubsa, onlara danışarsınız.
HAKİM: Mən heç nə görməmişəmsə, nə danışa bilərəm? Başa düşdün məni? Çəkil yoldan.
BARMEN: Bağışlayın. O sizin dostunuzdu axı, mən dedim yəqin siz…
HAKİM: Sənə kim dedi ki, o mənim dostumdur? Mən belə bir söz demişəm sənə?! Bu gün burda
olanları da yadından çıxart!
(Alxasın cangüdənləri stola yaxınlaşırlar. Onlardan biri uğursuz propelleri əlində gətirir,
görunur, onu hər şeyə maraq göstərən Alxasa göstərmək istəyir)
DƏMİR BƏY: Sahibinizi pis qoruyursunuz. Görürsüz insanın başına necə qəzalar gələ bilir?
Deyəsən, birdəfəlik getdi.
ƏLİNDƏ PROPELLER TUTMUŞ HAMBAL: (ağlamsınan tərzdə) Ona nə olub?
DƏMİR BƏY: Nə olacaq – ölüb. Əlindəki nədir? Düzdü, propellerdi, propellərdə də Alxasın
qanı var. İndi onun üstünə sənin barmaq izlərin də düşdü. Başa düşdün? Hardan götürmüsənsə,
apar ora da qoy, bu, əşyayi-dəlildir. Susursan? (barmenə müraciətlə) Məni maşına itələyəndə
ikisi də dil-dil ötürdü.
ƏLİNDƏ PROPELER OLMAYAN HAMBAL: İndi biz neyləyək?
495
DƏMİR BƏY: İkilikdə onun əbədi rahatlığını təmin edə bilsəniz, bu sizin tərəfinizdən çox yaxşı
bir iş olar.
HAMBAL: Necə eləyək? Siz deyin biz eləyək.
DƏMİR BƏY: Düzü desəm, bilmirəm. Zənnimcə, bu dünyada bunun necə edildiyini çətin ki,
bilən olsun. Hər ehtimala qarşı onun üçün dua edin, bəlkə bir köməyi dəydi. (barmenə
müraciətlə) Hesabı gətirin, mən gedirəm.
BARMEN: (dodaqları güclə tərpənir) Siz heç nə sifariş eləməmişdiz. Mən artıq zəng vurmuşam,
təcili yardımı, polis çağırmışam.
DƏMİR BƏY: Ona təcili yardım artıq lazım deyil. Yaxşı, gecəniz xeyrə!
BARMEN: Getməyin, nə olar. Bu saat polis gəlir, siz onlara hər şeyi danışarsız. Gəlib görəcəklər
restoranda meyit var, məni soğan kimi soyacaqlar. Üstəlik işlər aydınlaşana qədər türməyə
basacaqlar.
DƏMİR BƏY: (təlqinedici tərzdə) Sizə heç kim irad tuta bilməz. Hamı gördü ki, bu, bədbəxt
hadisədir.
BARMEN: Kim gördü? Nə gördü? Baxın, hamı qaçıb dağılıb.
Doğrudan da, zalda Dəmirdən, barmendən və Alxasın meyitindən başqa, kimsə yoxdur.
DƏMİR BƏY: (təəccüblə) Alxasın yanında iki cangüdən vardı, onlar necə oldular? İndicə axı
burda idilər!
BARMEN: Onlar bura qayıdan deyillər. Polis adını eşidən kimi özlərini küçəyə atdılar, dedilər
rəhmətliyin oğlanlarına zəng vurmağa gedirik. Sizdən çox xahiş edirəm, polis gələnə kimi qalın.
Uzağı yarım saata gələrlər.
DƏMİR BƏY: Yaxşı, gözləyərəm. Vətəndaşlıq borcumu yerinə yetirərəm. Polis gələnə qədər
evə zəng eləyim, arvadım yəqin narahatdır.
Dəmir bəy arvadına zəng edir. Bu arada barmen mexaniki hərəkətlə stolu yığışdırır. Kağızları
toplayıb qovluğa qoyur. Qovluğu da məcməyidə qab-qaşıqla birlikdə aparır.
Müstəntiqlə ekspert daxil olurlar. Hadisə yerinin və meyitin müayinəsi bir qədər vaxt aparır.
Ekspert qan laxtasını propellerdən qaşıyıb konteynerə qoyur.
EKSPERT: Qəribə ölümdü. Adam restoranda oturduğu yerdə birdən sərinkeş qırılıb düşür
təpəsinə, xırt-gilyotin kimi əzir başını.
496
POLİS: (Dəmir bəydən soruşur) Siz onunla bir stolun arxasında əyləşmişdiz?
DƏMİR BƏY: Bəli. İkilikdə oturmuşduq.
POLİS: Danışın görüm, bu necə baş verdi? Siz şəxsiyyətinizi təsdiq edən bir sənəd təqdim edə
bilərsinizmi? Bu, yalnız rəsmiyyət üçündür.
DƏMİR BƏY: Xidməti vəsiqəm sizi qane edərmi?
(Polis vəsiqəyə baxır və Dəmirin səmimi təəccübünə rəğmən qalxıb ona əsgəri salam verir).
POLİS: Bağışlayın, sizi tanımadım.
DƏMİR BƏY: Məgər biz tanışıq?
POLİS: Xeyr, Amma biz hamımız sizi tanımalıyıq. Siz akademiksiniz, alimsiniz. Biz hamımız
sizi üzdən tanımalı və sayğı göstərməliyik.
DƏMİR BƏY: Deyəsən kənddən təzə gəlmisiniz? Burda çoxdandır ki, alimləri yox, başqa
dairənin… İşgüzar dairənin adamlarını mötəbər sayırlar.
POLİS: Bu müvəqqətidi. İş ondadır ki, azadlıq veriləndə xalq özünü itirdi, indi tədricən özümüzə
gəlirik… Zəhmət olmasa, nə görmüsünüzsə, danışın.
DƏMİR BƏY: Oturub söhbət edirdik. Qəflətən tavandan asılmış sərinkeşin propelleri qopub
fırlana-fırlana döşəməyə düşdü. Düşəndə mənimlə üzbəüz oturmuş Alxas Qədimovun kəlləsini
çapdı. Konvulsiya hərəkətləri cəmi dəqiqə yarım davam elədi. Demək olar ki, dərhal keçindi.
Allah ona asan ölüm göndərdi.
POLİS: Onunla çoxdan tanışsınız?
DƏMİR BƏY: 40 ildir. Uşaqlıqdan. Bir küçədə böyümüşük.
POLİS: Məşğuliyyəti nə idi?
DƏMİR BƏY: Bağışlayın, mənim həyatım boyu məlum bir prinsipi əsas tutmuşam – ölənin
dalınca danışmazlar. Yaxşısı budur, rəhmətliyin məşğuliyyəti barədə məndən heç nə soruşmayın.
Bunu heç xatırlamaq da istəmirəm.
POLİS: (güclə sezilən təbəssümlə) Eybi yox. Elə isə haqqında yaxşı nə bilirsinizsə, onu danışın.
DƏMİR BƏY: (düşünür) Yaxşı? Aha, yaxşı… Hə, rəhmətlik yaxşı xaş bişirirdi. Bəli! Bunu hətta
xaş xiridarları da etiraf edirdilər.
POLİS: Elə bu?
DƏMİR: Hə! Elə bu.
POLİS: Buyurun, burda imzanızı qoyun.
DƏMİR BƏY: İmzalamazdan qabaq xahiş edirəm protokola əlavə edəsiniz ki, bu köhnə
sərinkeşi rəhmətlik Alxas öz əli ilə qoşmuşdu. O, kondisioner işlətmirdi, deyirdi ki, kondisioner
onun ostexondrozuna pis təsir edir.
497
EKSPERT: İşə bax, öz əli ilə. Çox nahaq eləyib.
DƏMİR BƏY: (mexaniki) Bu dünyada heç nə nahaq yerə olmur. (Protokolu imzalayır) Bu
axşam mən düz iyirmi birinci dəfə imza qoyuram. (Polislərlə sağollaşıb qapıya yönəlir. Qapıda
onu barmen saxlayır)
BARMEN: Təşəkkür edirəm. Siz bizim kafenin müstərilərinə oxşamırsınız. Məncə, siz yaxşı
adamsınız.
DƏMİR BƏY: Özümü yaxşı adam kimi qələmə verirəm. Bəzən alınır.
BARMEN: (ümidlə) Zarafat edirsiniz?
(Dəmir bəy bir anlığa onun piştaxta dalında işləməyinə baxmayaraq hələ də sadəlövh olan
gözlərinə baxır)
DƏMİR BƏY: Əlbəttə, zarafat eləyirəm. Salamat qal, oğul. Bundan belə də heç kimdən qorxma.
Adamlardan qorxmaqdansa, onları sevmək daha təhlükəsizdir.
BARMEN: Bu sizindir (qara qovluğu Dəmir bəyə uzadır) Bayaq gördüm ki, siz hansısa sənədləri
imzalayırdınız. Mən onları da başqa kağızlarla birgə bu qovluğa qoymuşam. Alxas müəllim daha
yoxdur, ona görə də bu cür şeylər restoranda qalmasa yaxşıdır.
(Dəmir bəy bir anlıq düşünür. Qovluğu barmendən alır)
DƏMİR BƏY: Bəlkə də haqlısınız. Bu qovluğu burda qoymağa dəyməz. Evdə bunlara bir də
diqqətlə baxmaq lazım gələcək.
(Sanitarlar Alxasın meyitini xərəkdə aparırlar. Arxalarınca polislər və ekspert qapıya sarı
gedirlər)
Birdən orkestr gözlənilmədən ucadan şən hava çalır. Musiqiçilər anlaşılmaz bir coşğunluqla,
hətta qeyzlə «Binqo»nu ifa edirlər. Alxasın meyiti olan xərək qapıdan çıxana qədər musiqi
davam edir. Son akkordda hamısı qıyya vurub «Binqo! Binqo! Ça-ça-ça» deyə qışqırırlar.
ÜÇÜNCÜ ŞƏKİL
498
sevdanın mənzili.
Əri kresloda oturub jurnal vərəqləyir.
SEVDA: Elə istəyirəm ki, korrektorların maaşını artıraq. Əməkhaqları çox azdır. İşləri də yaman
üzücüdür.
(Əri, razılıq əlaməti olaraq, başını yelləyir)
SEVDA: Artıraq?
Əri başını yelləməklə razılığını bildirir. Özünü məcbur eləyib jurnaldan ayrılır.
SEVDANIN ƏRİ: Mütləq. Hamısınınkını. Ayın 1-dən. Amma pul yoxdur. (Dəmir bəy ayağının
ucunda uşaq otağından çıxıb, arxasınca qapını örtür)
DƏMİR BƏY: Yatıb, quzu kimi yatıb.
SEVDA: Ucadan danışa bilərsən. Uşaq otağına səs getmir. Sən gələnə qədər özündə deyildi, elə
hey danışırdı ki, onu televizor, bir də Pakizə ləqəbli qara bir pişik olan bağlı otaqda necə
saxlayıblar, sonra da birdən gözünü yumub yuxuladı. Lap sənin kimi.(Qulluqçu Ziba daxil olur,
əlində qara qovluq var)
ZİBA: Dəhlizdə idi. Mən bunu əvvəl görməmişəm.
DƏMİR BƏY: Apar, apar, mikrobludur, qoy hələlik dəhlizdə qalsın. Gedəndə götürərəm.
Qulluqçu qorxudan qovluğu yerə salır.
ZİBA: Nə mikrobu?
SEVDA: Atam zarafat eləyir. Mikroblu deyil.
DƏMİR BƏY: Hər ehtimala qarşı, yaxşı olar əllərini yuyasan.
SEVDA: Sənə deyirəm zarafat eləyir!
499
ZİBA: Eybi yoxdur. Əlimi bir dəfə də artıq yumaq mənim üçün çətin deyil. (paltarının ətəyi ilə
tutaraq, qovluğu götürüb gedir)
DƏMİR BƏY: Fikirləşirəm, görürəm, düz eləməmişəm. Hər halda gərək tez-tez sizin işlərinizlə
maraqlanaydım. Günü sabah nəşriyyatınıza gələcəm.
SEVDA: Əlbəttə, gəl. Görərsən, çox şey xoşuna gələcək onun. Sən inanmazsan ki, hərdən sənin
məsləhətinə necə ehtiyacım olur, sənin rəyini bilməyi necə istəyirəm. Neçə dəfə Sabirə də
demişəm. (ərinə müraciətlə) Düzdü, əzizim?
(O razılıq əlaməti olaraq başını yelləyir)
SEVDA: Sən heç təsəvvür eləmirsən ki, Alxas müəllimin bizə necə köməyi dəyirdi. O qədər
yaxşılığı dəyirdi bizə… Hətta sifarişçilərlə danışıq aparmağı da tamam öz üzərinə kötürmüşdü.
Çox işgüzar, çalışqan adam idi. Sən heç təsəvvür eləmirsən…
DƏMİR BƏY: Yox, niyə ki?! Ümumən, məncə təsəvvür eləyirəm.
SEVDA: Eliyirsən ey yəqin ki, amma tamam yox, ona görə ki, onun barəsində çox şeyi
bilmirsən. O, daim işdə-gücdəydi. Heç bilirsən nə qədər bina tikib, Bakıda nə qədər müəssisə
açıb. Ömrümdə ilk dəfə idi ki, o cür çalışqan, işgüzar və xeyirxah adama rast gəlmişdim.
Cəmiyyətimizin elə adamlara böyük ehtiyacı var. Düz demirəm, Sabir?
(Sabir razılıq əlaməti olaraq başını yelləyir).
SEVDA: Mən səni çox istəyirmə, ata. Sən də bunu bilirsən. Sən ağıllısan, həssassan, çox
biliklisən, bir sözlə, ziyalı adamsan. Alxas müəllim belə deyildi. Amma, di gəl, rəhmətlik
insanlara nə qədər xeyir verirdi!
DƏMİR BƏY: Ona yas tutub ağlamaya bilərsən, Alxac əslində ölümsüzdü. Fiziki cəhətdən ölüb,
amma əməlləri yaşayır. İnan qızım, artıq sabah onun yerini başqa bir Alxas… müəllim tutacaq.
SEVDA: Bağışla ata, amma sən haqlı deyilsən. Sən gözəl insansan, mən də fəxr eləyirəm
səninlə. Bu cür ağlına, bu qədər əlaqələrinə baxmayaraq, səni ancaq öz işlərin, siyasət, bir də
özün və dostlarınçün maraqlı olan məsələlər düşündürür. Mən çox üzr istəyirəm səndən, sən
ancaq özünə qapılmısan, ümumin xeyri üçün heç nə eləmirsən. İnsanlara fayda verən işlərlə isə
Alxas müəllim kimi adamlar məşğul olur. Düzdü, Sabir?
DƏMİR BƏY: (kürəkəninə) Hünərin var, başını yellə.
SEVDA: (kefi pozulur) Görürsən, incidin. Bağışla məni.
500
DƏMİR BƏY: Yox, yox. İncimirəm. Amma yaman dedin. Son illər mən özüm də elə bu barədə
düşünürəm.
SEVDA: Nə barədə?
DƏMİR BƏY: Elə o dediyin barədə. İndii biz nə barədə danışırıqsa, 1991-ci ildə baş vermiş
hadisələrin nəticəsidir. Elə bil dünən olub, amma əslində üstündən on beş il keçib. Sənin onda
cəmi 9 yaşın vardı. Təbii ki, baş verənləri dərk edə bilməzdin. Sovet İttifaqı dağıldı, nəhəng
imperiya tar-mar oldu. Onun ərazisində hərcmərclik hökm sürürdü. Hakimiyyət, demək olar ki,
küçədə, ortalıqda qalmışdı, özünü demokrat adlandıran boşboğazlar onu ələ keçirdilər. Qazanc
instinkti fövqəladə dərəcədə inkişaf etmiş bu cahil, oğru, yalançı adamlar «Azadlıq»,
«Bərabərlik», «Qardaşlıq» haykırtıları ilə əlləri çatan hər şeyi talan etdilər. Yeni pərəstiş obyekti
yarandı: Pul! Məlum olanda ki, varlanmaq şansı yaranıb və buna görə adamı həbs eləmirlər,
sosializm dövründə dilənçi maaşı alanlar hər cür üsulla pul qazanmağa başladılar. Sahibkarlıq
damarı olan adamlar böyük sərvət topladılar. Çox vaxt da şərəflərini, təmiz adlarını qurban
vermək hesabına.
SEVDA: Elə bu gün də hər şeyi onlar idarə edirlər. Sən isə kənara çəkildin.
DƏMİR BƏY: Elə mən də ondan danışıram. Bu gun qəribə gün oldu. Uşaq oğurlandı, keçmiş
qonşum Alxasla görüşdüm. Bu gün bütün axşam boyu mənə başa saldılar ki, mən fərsizəm,
yaşamağın yolunu bilmirəm. Gəldim bura, öz qızımdan da, demək olar, eyni sözləri eşitdim.
Görünür kimin haqlı olduğunu götür-qoy eləməyin vaxtı çatıb.
SEVDA: Mən heç vaxt səni fərsiz hesab eləməmişəm. (ərinə müraciətlə) Mən həmişə atam
barədə sənə nə deyirəm, təkrar elə.
(Kiçik pauza müddətində Sevdanın əri nə isə demək üçün toparlanıb ağzını açmaq istəyəndə
qapının zəngi ona mane olur. Otağa qulluqçunun müşayiəti ilə ev sakinlərinin artıq tanıdığı polis
daxil olur)
POLİS: Gec gəldiyimə görə üzr istəyirəm. Bir neçə şübhəli adam saxlamışıq. İstəmədim onlar
nahaq yerə səhərə qədər şöbədə qalsınlar. İlkin tanıma üçün onların fotoşəkillərini gətirmişəm.
SEVDA: Hər şey qaydasındadır narahat olmayın. Tanış olun, bu mənim atam Dəmir bəydir.
(Bir-birinə əl verirlər)
POLİS: İcazənizlə (stolun üstünə bir neçə fotoşəkil düzüb qulluqçuya müraciətlə). Bunların
arasında uşağı oğurlayan adamlardan kimsə varmı?
(Ziba diqqətlə şəkillərə baxır)
501
ZİBA: Bu nədi gətirmisiz? Bunların sifətlərinə heç baxamaq olmur; quldur, adamyeyənlərdi ki
bunlar.
POLİS: Əminsiniz ki, bunların arasında oğrulardan heç biri yoxdur?
ZİBA: Əminəm, əminəm. Heç biri oxşamır. Şükür ki, onların üzü tamam başqa cür idi (gözünü
şəkillərdən ayıra bilmir) Ay Aman! Başkəsənə oxşayırlar. Bunları haradan tapmısınız?
SEVDA: Dayan, bəlkə diqqətlə baxasan? Yadına sal, quldurlardan biri sənin dayın İsrafilə
oxşayırdı. Bəs o biri? Yadına sal.
ZİBA: İki gündür elə ancaq bu barədə düşünürəm. İkincisi İsrafil dayımdan xeyli yaraşıqlı idi.
Qartal baxışlı, ucaboy adam idi, bir suyu Polad Bülbüloğluna oxşayırdı. Amma ondan cavan idi,
yəni demək istəyirəm ki, cavan idi. Ola bilsin ki, o oxuya bilmir, amma elə onun kimi yaraşıqlı
idi.
SEVDA: Sən nə sayıqlayırsan, ay qız? Sən Eminçiki oğurlayan adam haqqında gör necə vəcdlə
danışırsan? Eyib deyil?
ZİBA: Mübahisə eləmirəm, oğurlayıb, amma qaytarıb axı, özü də pulsuz-filansız. Deməli, o
qədər də vicdansız deyil. Amma kənardan baxanda doğrudan da yaraşıqlıdır. Bəlkə elə ürəyi də
yumşaqdır.
SEVDA: (polisə) Siz allah bağışlayın. Onun nə deyəcəyini mən heç vaxt əvvəldən bilmirəm.
POLİS: (ruh yüksəkliyi ilə) Hər şey qaydasındadır. Tanıma tam təlimat üzrə keçdi.
Cinayətkarların axtarışını isə davam etdirəcəyik. Onları tapacağıq, şübhəniz olmasın.
Polis gedir. Qulluqçu da onun ardınca otaqdan çıxır.
SEVDA: Yox, dəhşətdir! Bu qız yırtıcı qulduru yaraşıqlı sayır, hələ üstəlik ürəyi yumşaqdır
deyir. Bəlkə ona aşiq-zad olub?
DƏMİR BƏY: Hamı sənin kimi insan sərrafı ola bilməz ki!
SEVDA: Aydındır. Sən Alxas müəllim barədə fikrimlə razı deyilsən. Ona görə ki, sən onu pis
tanıyırsan. Hə, sözün yarımçıq qalmışdı…
DƏMİR BƏY: Nədən danışırdım?
SEVDA: Nə üçün dövlətli olmadığını izah edib qurtarmağa az qalmışdı.
DƏMİR BƏY: (gülümsəyir) Afərin! Həyatda, elə adamlar var ki, qismətlərində varlı olmaq
yoxdur. Onlardan biri də sənin atandır. Qarışıq zamanda adamların çoxu bulanıq suda balıq
tutmaqla varlandılar. Elmlər Akademiyasında çalışan bir çox vicdanlı insanlar, ölkənin ən yaxşı
502
alimləri isə həmin vaxtlar başa düşürdülər ki, bu böhranda heç olmasa elmdən qalanları
gələcəkçün qoruyub saxlamaq həyati əhəmiyyətə malik bir məsələdir. Onlar elə bununla da
məşğul oldular. Mən də onlara qoşuldum və bu günə qədər taleyimə minnətdaram ki, onlar məni
öz sıralarına qəbul elədilər. Hesab eləmirəm biz boşda qaldıq. Biz istədiymizə nail olduq.
SEVDA: Çox gözəl. Siz o qarışıq zamanda ağ əlcəklərinizi çıxarmadız. Çünki elmimizi qoruyub
saxlamaq kimi nəcib məqsədiniz vardı. Amma sizinlə yanaşı saysız hesabsız başqa adamlar da –
ali idealları olmayan, sadəcə normal insan kimi yaşamaq istəyənlər də vardı axı. Sabir kimi, onun
atası kimi adamlar? (ərinə müraciət edir). Düz demirəm?
Dostları ilə paylaş: |