Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə68/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   64   65   66   67   68   69   70   71   72

 

SABİR: (başını yelləyir) Əlbəttə, düz deyirsən. Elmlə məşğul olmaq asandır. Çünki təhlükəli 



deyil. Amma mənim atam çox ağır, həmdə təhlükəli sahədə işləyirdi – baytar idi. İki dəfə quduz 

it dişləmişdi onu, bir dəfə də çox həyasız yekə bir qaz gözünə dimdik atmışdı. Amma nə olsun, 

bu gün qonşuluqdakı uşaq dəlləyi qədər pensiya alır. 

 

SEVDA: Qaz dedin yadıma düşdü, indiki kimi yadımdadır, on il bundan əvvəl mənim atamı 



Pirşağıda ilan sancmışdı – ilan ilandı ey, ev qazı döyül səninçün. 

 

DƏMİR: (yüngülcə gülümsəyərək) Yox, sən düz demirsən. İlan elə ona görə ilandı ki, 



bastalayanı sancsın. Bu çox adi bir şeydi. Amma it öz həkimini dişləyəndə, nankor qaz onun 

gözünə dimdik atanda, əlbəttə, adama toxunur. Bu məsələdə mən Sabirnən razıyam… Oğlum, 

indi atan özünü necə hiss eləyir? Gözü salamatdımı? 

 

SABİR: Çox sağ olun, elə bir şikayəti yoxdu. Gözü də lap yaxşı görür. 



 

DƏMİR: Əla. O ki, qaldı pensiya məsələsinə, məncə, bu yaxınlarda pensiyaları da qaldıracaqlar. 

Bayaq mən sadəcə demək istəyirdim ki, qarışıq zamanda biz öz işimizlə gücümüzlə məşğul 

olurduq, amma Alxac müəllim kimi bir çox zirək işbazlar əl girən bütün sahələri uzun müddətə 

qamarladlılar. 

 

SEVDA: Ata, Alxas müəllimin bura nə dəxli var? Sən özün dedin ki, ölkə artıq bu xəstəlikdən 



sağalıb! 

 

DƏMİR BƏY: Mən «sağalır» dedim. 



 

SEVDA: Məgər gözlədiyiniz yaxşı günlərin artıq gəldiyi hiss olunmur? Ölkə dilənçi 

vəziyyətindən çıxıb, pulu aşıb-daşır. İndi elmə də, incəsənətə də, hər şeyə pulumuz çatar. Sabah 

ölkənin sərvəti bundan da çox olacaq. Deməli, indi hər şey öz qaydasındadır. Sən bundan 

məmnun deyilsən? 

 

DƏMİR BƏY: Sən bilirsən «millətin qaynayan təbəqəsi» nə deməkdir? Bu, vətəndaş 



cəmiyyətinin ən fəal təbəqəsidir. Həmin təbəqə cəmiyyətdəki bütün peşələrin 

nümayəndələrindən ibarət olur. Burda yeganə meyar bu təbəqəyə daxil olan adamların mütləq 

yüksək keyfiyyətli adamlar olmasıdır. 

 

SEVDA: Bu «yüksəkkeyfiyyətli» dediyin adamlar kimlərdir? 



 

DƏMİR BƏY: (gülümsəyir) Bunlar qaynayan təbəqəni təşkil edən insanlardır. Bunun başqa 

təyini yoxdur. Yalançı demokratiyanın tüğyan elədiyi o qarışıq dövrdə «qaynayan təbəqə»yə 

çoxlu dələduz soxulmuşdu. O bu günün özündə də onlardan tamam təmizlənməyib. Hər şeyi 

zaman həll edir. 

 


 

503


SEVDA: Sənin dediyin qaynayan təbəqə ən yüksək keyfiyyətli insanlarla yenidən canlanacaq. 

Amma onun gələcək tərkibindən asılı olmayaraq, əminəm ki, sən elə indinin özündə də 

başqalarının gücü çatmayan işlər görə bilərsən. 

 

DƏMİR BƏY: Hər halda həyata marağımı itirmə-mişəm. Gələcəkdən də sərvət yox, maraqlı 



hadisələr gözləyirəm. Bilirsən niyə? O adamlar varlı olmaq istəyirlər ki, onlar özlərini yoxsul 

hiss edirlər. Mənsə özümü heç vaxt kasıb hiss etməmişəm, nə cavanlıqda, nə də indi. Sənə özüm 

haqqında danışdıqlarım deyəsən səfehlik kimi görünür. 

 

SEVDA: Heç də yox, bunların nəyi səfehlikdir? Anam deyəndə ki, mənim atam dünyada ən 



güclü, ən ağıllı adamdır, həmişə onunla razılaşmısam. (ərinə müraciətlə) Razılaşmışam, elə 

deyil? 


 

  

 



Əri razılıq əlaməti olaraq başını yelləyir. 

 

  



 

DƏMİR BƏY: (Sevdaya) Səninlə birlikdə dördəlli çalmağımız yadındadır? 

 

  

 



(Sevda və Dəmir bəy royalın arxasında əyləşib «Binqo» çalırlar. Qulluqçu yüyürərək otağa girir) 

 

  



 

QULLUQÇU: Uşaq oyanar! 

 

  

 



Royal dərhal susur. İşıq sönür. İşıqlanmış ön səhnəyə «Final» restoranındakı orkestr çıxır və 

dərhal Sevda və Dəmir bəyin yarıda kəsdikləri melodiyanı elə həmin notdan davam etdirir. 

 

 

 



 

 

 



KRALİÇANIN “ROLLS-ROYS”U 

Bəzi personajlar, həmçinin əşyalar və hadisələrin 

  cərəyan etdiyi məkanlar pyes müəllifinin təxəyyülünün 

məhsuludur. 

 

PYES 


 

  

 



İştirak edirlər: 

 

  



 

 

504


SEYMUR XANLAROV – tanınmış şair və esseist. 

 

  



 

MƏRYƏM – Seymurun arvadı. 

 

  

 



MƏNZƏR – Seymurun qaynanası.  

 

  



 

TƏRLAN SALAMOV – Moskva milyarderi. 

 

  

 



BÖYÜK GÖMRÜKÇÜ. 

 

  



 

1-ci GÖMRÜKÇÜ. 

 

  

 



2-ci GÖMRÜKÇÜ. 

 

  



 

TAYGER – jurnalist. 

 

  

 



ZƏFƏR TAĞIYEV – “Tarla” Analitik Mərkəzinin eksperti. 

 

  



 

NİKOLAS ASPARUX – şef-kurator. 

 

  

 



HƏKİM. 

 

  



 

Dost-tanışlar. 

 

  

 



Mavilər, lesbiyanlar. 

 

  



 

 

505


Barışmaz siyasi rəhbərlər. 

 

  



 

Moskvada Tərlan Salamovun evi. Sümüyə düşən “Tərəkəmə” çalınır. Dost-tanışlar süfrə 

 

arxasında yeyib-içirlər. Ev sahibinin söz deməyə hazırlaşdığını görüb səs-küyə ara verirlər. 



 

  

 



SALAMOV. Əziz dostlar, heç təsəvvür edə bilməzsiniz ki, bu gün sizin hamınızı öz evimdə 

görməyimə nə qədər şadam. Mən Azərbaycanı sevirəm, ancaq hər dəfə Vətənimi xatırlayanda ilk 

öncə sizləri – ayrılıqda hər birinizi yadıma salıram. Çünki mənim üçün Bakıda qoyub gəldiyim 

ən qiymətli şey məhz sizlərsiniz – bu masa arxasında əyləşən insanlardır. Bu gün Seymur bəylə 

tanış oldum. Mənim dəvətimi qəbul edərək buraya gəlməsini özüm üçün böyük şərəf sayıram. 

Biz tanış deyildik, ancaq mənə elə gəlir ki, onu lap çoxdan tanıyıram. İftixar hissi keçirirəm ki, 

bu gözəl insan bu gün bizimlədir. Əzizim Seymur! Mən sizin şeirlərinizin vurğunuyam, onları 

dönə-dönə oxuyuram, sizin poeziyanız, publisistikanız məni valeh edir. Kitablarınızın hamısını 

əldə etmişəm. Sizin haqqınızda mənə çox danışıblar və mən burada yaşayan bir şəxs olaraq fəxr 

edirəm ki, Vətənim Azərbaycanda mənim müasirim olan belə bir dahi vətəndaş yaşayır. Heç vaxt 

heç nədən çəkinməyən hər zaman həqiqəti söyləyən bir insan...   

 

 SEYMUR (zarafatla). Heç də belə deyil. Mənim  barəmdə belə xoş əfsanələri dostlarım 



uydururlar. Əslinə qalsa, mən lap uşaqlıqdan çox qorxağam, suyu üfürə-üfürə içirəm, fürsət 

düşən kimi yalan danışıram. 

 

MƏRYƏM (Seymura). De ki, zarafat eləyirsən! 



 

SALAMOV (təbəssümlə). Çox gözəl! Çox pakizə!.. İndi isə hamınızdan rica edirəm, masa 

arxasından qalxıb, bir neçə dəqiqəliyə mənimlə birlikdə aşağı mərtəbəyə enəsiniz. Orada bizi 

desert gözləyir, həm də  öz kolleksiyamı sizə göstərərəm. 

 

  

 



Birinci mərtəbədə geniş qaraj. Buranı, bir növ, nümayiş meydançası da adlandırmaq olar. 

İyirmiyə yaxın dəbdəbəli qədim avtomobilin cərgə ilə düzüldüyü “səhnə” qarşısında kiçik 

masalar qoyulmuşdur. 

 

  



 

SALAMOV (qonaqlarda yaranmış təəssüratdan məmnun halda maşınları bir-bir göstərməyə 

başlayır). Bu, “aston”dur, 1939-cu il buraxılışıdır, “rolls-roys”lar – 1938. 51 və 54-cü illər. 

“BMV” – ilk buraxılış seriyasından. 1934 və 52-ci ilin “mersedes”ləri və sair. Bu maşınların 

hamısı sazdır, heç birinin təmirə ehtiyacı yoxdur. (Seymura müraciətlə). Sizcə, hansı daha 

gözəldir? 

 

SEYMUR (par-par yanan maşınlar cərgəsinə ötəri nəzər salaraq). Avtomobil sərrafı olmasam da, 



zənnimcə, bunların hamısı qəşəng maşınlardır. Sanki hər biri incə zərgər işidir. Hərəsinin öz 

gözəlliyi var. 

 

SALAMOV. Deyirlər ki, şairin nə cavab verəcəyini qabaqcadan bilmək mümkün deyilmiş! 



(Seymurun arvadına müraciət edir). Bəs sizin hansından daha çox xoşunuz gəldi? 

 

506


 

MƏRYƏM (“rolls-roys”a yaxınlaşır). Bu. Şahanə maşındır. Heç adamın inanmağı gəlmir köhnə 

olduğuna.  Qəttəzə görünür. 

 

SALAMOV. Sizin əla zövqünüz var. Bu “rolls-roys” bütünlüklə əllə yığılıb. Təzə maşından 



seçilmir, yaxşı işlək vəziyyətdədir, bircə detalını belə dəyişmək lazım gəlməyib... (maşının 

qapısını açır). Rica edirəm, lütfən əyləşin. 

 

MƏRYƏM (qabaq oturacaqda əyləşir). Əcəb rahatdır... Necə də genişdir (yan-yörəyə baxır). Bu 



metal lövhəciyin üzərində nəsə yazı var. Aha, yazılıb ki, 1951–52-ci illərdə bu maşında 

ülyahəzrət Böyük Britaniya kraliçası gəzirmiş. (“İlahi, kraliçanı hifz et!” himni səslənir”).  

 

SALAMOV. Elədir ki var. Həmin illərdə bu avtomobil İngiltərə kraliçasına məxsus olub. 



Sonralar onu adlı-sanlı bir ingilis kolleksiyaçı satın alıb. Axırıncı beş ili  maşın bu qarajda 

keçirib. Bu gündən etibarən isə o, sizə məxsus olacaq. Möhtərəm Seymur bəy, rica edirəm, bu 

kiçicik hədiyyəni məndən qəbul edin! Sağlığınıza qismət! 

 

SEYMUR (qəti şəkildə etiraz edir). Yox-yox , mümkün olan iş deyil. Nə münasibətlə? Axı bu, 



çox bahalı bir şeydir... 

 

SALAMOV. Bilirsiniz, hədiyyə vermək ənənəsini mən icad etməmişəm, İnsanlar bizdən əvvəl 



də bir-birlərinə bəxşiş veriblər, bizdən sonra da verəcəklər. Bu, insanda bir məmnunluq hissi 

yaradır. Siz niyə məni bu ləzzətdən məhrum etmək istəyirsiniz? Bahalı olmasına gəldikdə isə, o 

asılıdır məsələyə hansı tərəfdən baxmaqdan. Axı mən bu maşını sizə peşkəş verməklə özümü heç 

nədən məhrum etmirəm, heç bir şeyi qurban vermirəm. Əgər məni ləyaqətsiz adam hesab etmək 

üçün  əsasınız yoxdursa, bu “rolls-roys”u qəbul edin, mən onu sizə təmiz qəlbdən hədiyyə 

edirəm. 


 

SEYMUR. Bəli, əlbəttə. Ancaq o qədər gözlənilməz oldu ki... Çox sağ olun. 

 

SALAMOV. Yanınızda şəxsiyyəti təsdiq edən hansısa bir sənəd varmı? Çox yaxşı. Mən sizi bir 



neçə dəqiqəlik tərk edəcəyəm, gərək pasportun surətini çıxarsınlar. (Pasportu götürüb qarajdan 

çıxır). 


 

SEYMUR. Lap çaşıb qalmışam, bilmirəm nə edim. (Arvadına müraciətlə). Bəs sən bu barədə nə 

düşünürsən? 

 

MƏRYƏM. Düşünürəm ki,  maşına söz yoxdur! Salamova təşəkkür etməliyik. 



 

SEYMUR. Mən isə düşünürəm ki, bunun müqabilində Salamova heç vaxt bu cür dəyərli hədiyyə 

verə bilməyəcəyəm. Çox sıxıldım. 

 

SEYMURUN DOSTU. Sən ona görə narahat olursan ki, Salamovu yaxşı tanımırsan. Hədiyyə 



vermək onun şakəridir, Bayaq sizi bura gətirəndə sürdüyüm “Mersedes”i də mənə elə o 

bağışlayıb. Elə-belə, səbəbsiz-filansız götürüb qəttəzə “Mersedes”i bağışladı mənə. Mişa 

Bardinin BMV-si də onun bəxşişidir – ad günü münasibətilə verib. Polad Poladova da... Hələ 

Zaur Ataməlibəyova Şüvəlanda bir gözəl “daça” peşkəş edib. Xasiyyəti belədir. Heç utanıb-

eləmə, onun milyardlarının sayı sənin iki övladının, üstəgəl mənim övladımın yaşlarının 

cəmindən artıqdır.  Maşın isə, söz yox, həqiqətən, çox bahalıdır. Əntiqə şeydir bu “rolls-roys”. 

Raritetdir. Dallasdan bir kolleksiyaçı bir milyon altı yüz min dollar təklif edibmiş, ancaq 

Salamov satmağa razılaşmayıb. Bu məlumatı internetdən özüm oxumuşam. İndi sənə 



 

507


bağışlamasında isə qəribə heç nə yoxdur. Bu insan sənin şeirlərinin vurğunudur, kitabların 

əlindən düşmür, şeirlərivi əzbər bilir. Həmişə səninlə şəxsən görüşməyin həsrətində idi. 

 

SALAMOV (qonaqların yanına qayıdaraq pasportu Seymura  qaytarır). Bazar ertəsi bütün 



sənədləri hazırlayacaqlar, iki gün sonra isə maşını təyyarə ilə Bakıya göndərəcəklər. Mən 

görürəm ki, siz nəyə görəsə pərtsiniz. Amma əbəs yerə, inanın mənə, bu elə cuzi bir hədiyyədir 

ki. 

 

SEYMUR . Onu cüzi adlandırmaq çətindir. 



 

SALAMOV. Mən həyatda çox şey görmüşəm. Lakin indi mənim üçün elə mətləblər önəm kəsb 

edir ki, əvvəllər bunların varlığının heç fərqinə varmazdım. Məsələn, dəyərli olan budur ki, 

bizim günlərdə Azərbaycanda sizin kimi insanlar var, əzizim Seymur bəy. Dostlarımız təsdiq edə 

bilərlər: bu fikrimi sizinlə şəxsən tanış olmağımdan qabaq da dəfələrlə bildirmişəm. Yeri 

gəlmişkən, mən sizə avtomobildən daha sanballı bir şey bağışlamaq istəyirdim, lakin sırf texniki 

səbəblər üzündən çatdıra bilmədim. Hələ neçə gün Moskvada qalacaqsınız? 

 

SEYMUR (tələsik). Səhər tezdən birinci reyslə uçuruq. 



 

SALAMOV. Təəssüf. Hər halda gündüz uçmaq daha rahatdır, amma ən yaxşısı axşamdır. Necə 

bilirsiniz? 

 

MƏRYƏM. Məsələ ondadır ki, biz tələsirik. Mənim anam xəstəxanadadır, həm də deyəsən, 



xəstəliyi ciddidir. Bu gün onu hətta telefona da çağırmadılar, Seymurla mən çox nigaran 

qalmışıq. 

 

SALAMOV. Arzu edirəm ananız tezliklə sağalsın. Ata-ananın sağlığı böyük səadətdir. Bilirsiniz, 



mənim intuisiyam güclüdür: əminəm ki, yaxın gələcəkdə sizin ananıza heç bir şey olmayacaq... 

Aha, bu da şampan! Dostlar, ziyafətimiz davam edir. 

 

Xəstəxana palatası. Üzeyir Hacıbəyovun “Sənsiz” romansı səslənir. Mənzər xanımı narahat 



etməmək üçün həkim Seymur və Məryəmlə astadan söhbət edir. 

 

  



 

HƏKİM. Biz belə hesab edirik ki, sizin ananızda sinir yorğunluğu əlamətləri var. Sanki 

yaşamağa marağı tamamilə sönüb. Bu, xəstəlik deyil, elə bir vəziyyətdir ki, orqanizm müqavimət 

qabiliyyətini bütünlüklə itirmiş olur və ətraf mühitdə baş verənlərə qətiyyən reaksiya vermir. Bu 

isə məni yaman narahat edir. Çünki bu ümidsizlik və biganəlik vəziyyəti gündən-günə 

dərinləşir... Üzr istəyirəm, mən sizi bir neçə dəqiqəlik tərk etməliyəm. (Gedir). 

 

MƏRYƏM. Yazıq anam. Heç özünə oxşamır. Eşitdin həkim nə dedi? “Ətrafda baş verənlərə 



qətiyyən reaksiya vermir”. 

 

SEYMUR. Hə, lap qanım qaraldı. Axı sənin anan həmişə... çox... söhbətcil olub. Hər şeylə 



maraqlanırdı, heç nəyə biganə qalmırdı... Təəssüf ki, yaş özünü göstərir. Necə olmasa, səksən 

dörd yaş az deyil. 

 

MƏRYƏM. Sən də artırma anamın yaşını. Hələ onun səksən üç yaşı var. Nə yaşdır ki... 



Başqaları bu yaşda tennis oynayırlar. 

 


 

508


SEYMUR. Harada görmüsən o yaşda tennis oynayanları?.. Yaxşı, yaxşı. Tennis deyirsən – 

olsun! Bundan ötrü durub mübahisə edəsi deyiləm ki... 

 

MƏRYƏM. Yaxşısı budur, sən de görək “rolls-roys”u neyləyəcəyik? 



 

SEYMUR. Qoyacağıq qaraja. Şəhərdə o maşında gəzmək olmaz, çox dəbdəbəlidir. Satmaq da 

olmaz, çünki Tərlan Salamovun hədiyyəsidir. Ayda bir dəfə dostlarımızı “rolls-roys” bayramına 

dəvət edərik, belə günlərdə də qarajdan çıxararıq ki, tamaşa edə bilsinlər. 

 

 

MƏRYƏM. Deməli, “rolls-roys”u yerləşdiririk qaraja. Bəs onda öz maşınımızı harada 



saxlayacağıq? 

 

SEYMUR. Başqa çıxış yolu yoxdur.  Heç elə şey olar ki, İngiltərə kraliçasının ekipajı qalsın 



günün altında, qarajı isə verək qaltaq “hunday”ın ixtiyarına?! 

 

  



 

Bu çağadək çarpayıda hərəkətsiz uzanmış Mənzər xanım qəfil yerindən qalxıb hücuma keçməyə 

hazırlaşan kobra vəziyyətini alır. Elə bu vaxt həkim palataya daxil olur. Xəstədəki dəyişikliyi 

görəndə astanada  donub qalaraq baş verənləri heyrət içində seyr edir. 

 

  

 



MƏNZƏR. İngiltərə kraliçasının “rolls-roys”u? O haradan çıxdı? Siz nədən danışırsınız? 

 

MƏRYƏM (anasının boynuna sarılır). Ah, anacan, səni görməyimə çox şadam! 



 

MƏNZƏR. Mən də! (Doyunca qucaqlaşdıqdan sonra qızını özündən aralayır). İndi deyin görüm, 

hansı kraliçadan danışırdınız? O nə “rolls-roys”dur? Hövsələm daraldı, dillənin də. 

 

SEYMUR. Elə bir şey deyil, bizə maşın bağışlayıblar. 



 

MƏNZƏR. Hə-ə! Bəs kraliçanın bura nə dəxli? 

 

SEYMUR. Əvvəllər kraliçanın maşını imiş. 



 

MƏNZƏR. Şükürlər olsun Allaha! Axır ki,  çoxdankı arzuma çatdım! 

 

MƏRYƏM. Bəyəm sən “rolls-roys” arzulayırdın? 



 

MƏNZƏR. Yox, mən möcüzə arzulayırdım. Ancaq o möcüzənin nə şəklində olacağını 

bilmirdim. Mənim yaşımda insan möcüzəni yalnız dinməz-söyləməz arzulaya bilər. 

 

SEYMUR. Deməli, belə hesab edə bilərik ki, siz kraliçanın maşınında gəzməyi  



arzulayırmışsınız. Elə isə lap bu günlərdə arzunuz çin olacaq. Nə gözəl! 

 

MƏNZƏR. Nahaq qımışırsan, Məryəm. Seymur, siz bilirsiniz də mənim babam kim olub? 



 

SEYMUR. Məgər şəhərdə bunu bilməyən var? Baş Poçtamtın direktoru. 

 

MƏNZƏR. Bəli, mənim babam zadəgan idi. O dövrdə poçtmeyster mütləq zadəgan olmalı imiş. 



 

509


 

SEYMUR. Məlum məsələdir. Mən sizi başa düşürəm: siz nəsə qeyri-adi bir şey, sıravi 

vətəndaşların gündəlik boz həyatının fövqündə dayanan nəsə arzulayırsınız. 

 

MƏNZƏR. Mənim buna haqqım var. İndi isə artıq gözümün qabağına gətirirəm ki, ay yarımdan 



sonra təzə paltar geyinib, başıma qəşəng təzə şlyapa qoyub “rolls-roys”a əyləşəcəm və gedəcəm 

Buzovnaya – rəfiqəm qeybətcil Gültəkinin yubileyinə. Bir bilsəniz ki, son altmış beş ildə o 

mənim qanımı nə qədər qaraldıb. Maşını saxlayarıq həyətdə. Furajkalı sürücü düşüb qapını açar, 

camaatın hamısı görər ki, kraliçanın maşınında təşrif gətirən kimdir. 

 

MƏRYƏM. Ana, axı bizim sürücümüz yoxdur. 



 

SEYMUR. Bax bu isə lap boş şeydir. Maşını özüm sürərəm. Başıma da sürücü furajkası 

qoyaram, vəssalam. Amma anlaya bilmirəm ki, Gültəkinin qonaqlarının bura nə dəxli var? 

 

MƏNZƏR. İstəyirəm onlar hamısı görsün ki, Gültəkin paxıllıqdan nə təhər partlayacaq. (Əl-



qolunu, qismən də bədənini əsdirməklə Gültəkinin hikkəsini təqlid edir). Ay partlayacaq ha... 

Mən bilirdim, bilirdim ki, belə bir gün nə vaxtsa gələcək! 

 

HƏKİM. Heyrətamizdir! Yarımca saat bundan qabaq başını qaldırmağa taqəti yox idi. (Seymura 



müraciətlə çaşqın halda). Siz buna necə nail oldunuz? 

 

SEYMUR. Mənim xanımım belə hesab edir ki, onun anası hələ tennis oynaya bilər. Bununla 



bağlı siz nə məsləhət görərdiniz? 

 

HƏKİM (gözlənilməz dəyişiklikdən təəccübləndiyinə görə çaşqın halda). Tennis?! Nə deyim 



vallah... Əsas məsələ odur ki, günün altında çox qalmasın. İdman oyunlarına gəldikdə isə, ifrata 

varmayanda onların hamısı – tennis də, voleybol da, basketbol da orqanizm üçün çox faydalıdır, 

xüsusən də inkişafda olan orqanizm üçün.  

 

MƏRYƏM. Ana, Seymurla mən çox istəyirik ki, xəstəxanadan çıxandan sonra payızadək bizdə 



qalasan. Elə deyil, Seymur? 

 

SEYMUR. Əlbəttə. Həm də ki, maşın, uzağı, gələn həftə Bakıya gətiriləcək. Gərək siz bu 



təntənənin şahidi olasınız. Bu müddətdə təzə paltar tikdirməyə də vaxtınız çatar, şlyapa seçməyə 

də... 


 

MƏRYƏM. Doktor, anamı xəstəxanadan nə vaxt buraxacaqlar? 

 

HƏKİM. Belə gümrah olsa, lap günü sabah. 



 

  

 



Gömrükxana. "Bremen musiqiçiləri”ndən mahnı səslənir: "Biz quldurlarıq, quldurlarıq. Pif-paf! 

Hamınızı qırarıq! Pif-paf!” 

 

İki nəfər cavan əməkdaş əyləşib çay içə-içə musiqiyə qulaq asır. Seymur daxil olur. 



Gömrükçülərlə salamlaşıb əlindəki bildiriş vərəqini onlardan birinə göstərir. 

 

SEYMUR. Deyə bilməzsiniz bunun üçün kimə müraciət etməliyəm? 



 

 

510


1-ci GÖMRÜKÇÜ (bildirişə tələsik  göz gəzdirir). A-a, başa düşdüm nə məsələdir. Siz şöbə 

rəisinə müraciət etməlisiniz. Nahar fasiləsi bitmək üzrədir, indilərdə gələr. Buyurun, əyləşin, 

bizimlə çay için. 

 

2-ci GÖMRÜKÇÜ (bildiriş vərəqini alıb, diqqətlə baxır). Deməli, “rolls-roys”u siz almalısınız. 



Bakıda bir neçə “rolls-roys” var, amma heç belə modelə rast gəlməmişəm. Maşına söz yoxdur! 

Əntiqədir! Lap sualtı qayığa oxşayır. Biz onu aeroportdan gömrükxananın dayanacağına sürüb 

gətirənəcən hər dəfə qırmızı işıqda dayananda yoldan ötənlər ətrafımıza toplaşıb maşına tamaşa 

edirdilər. 

 

1. SEYMUR. Təsəvvür edin ki, indi onu şəhərdə sürəndə nə olacaq da... 



2-ci GÖMRÜKÇÜ. Ləzzət verəcək! Maşın deyil e, muzeydir. Mübarək olsun! 

 

Böyük gömrükçü gəlir, Seymura salam verib tabeliyində olan əməkdaşlara sarı dönür. 



 

BÖYÜK GÖMRÜKÇÜ. Nə baş verir burda? Bu mahnını hansınız qoşmusunuz? 

 

1-ci GÖMRÜKÇÜ (təəccüblə). Mən. Fasilə vaxtı biz həmişə musiqiyə qulaq asırıq. 



 

BÖYÜK GÖMRÜKÇÜ. Məgər mən musiqinin əleyhinəyəm? Söhbət musiqidən getmir. Bunun 

sözləri bərbaddır. ( Təqlid edir). ”Biz qulduruq. Bizə yaxın gəlmə!” Biabırçılıqdır! Camaat bizim 

barəmizdə nə fikirləşər? Məhəbbət, təbiət haqqında nə qədər gözəl mahnılar var, siz isə 

quldurlardan başqa bir şey tapmamısınız! (Əlinin işarəsi ilə Seymuru öz masasının yanına dəvət 

edir. Bu zaman əməkdaşlar səssizcə çıxıb gedirlər.) 

 

BÖYÜK GÖMRÜKÇÜ (kartotekadan kağızları tapıb Seymura uzadır). Zəhmət olmasa, 



imzalayın. 

 

SEYMUR ( kağızları gözdən keçirir). Mən maşını götürə bilərəmmi? 



 

BÖYÜK GÖMRÜKÇÜ. Sizi maşınlar saxlanılan yerə ötürərlər. Yolüstü gömrük rüsumunu da 

ödəyərsiniz. Kassa yaxındadır, bizim mərtəbədə. Rüsumu ödəyin, maşınınızı götürün gedin. İşlək 

vəziyyətdədir, bakında da 20 litr benzin var. 

 

SEYMUR (pulqabısını cibindən çıxarır). Gömrük rüsumu nə qədərdir? 



 

BÖYÜK GÖMRÜKÇÜ (orderi ona uzadır). Burada yazılıb – 17 min manat. 

 

SEYMUR (pərt halda). Heç bir şey başa düşmürəm. Baxın, burada sənəddə göstərilib ki, maşının 



dəyəri beş min dollardır. Bunu da Rusiya gömrük nümayəndəsi öz imzası və möhürü ilə təsdiq 

edib. 


 

BÖYÜK GÖMRÜKÇÜ. Beş min? 

 

SEYMUR. Beş min. Rəqəmlə də yazılıb, sözlə də. 



 

BÖYÜK GÖMRÜKÇÜ. Yazılıb-yazılıb da. Siz elə şeylərə fikir verməyin. Neçə illər hər yerdə 

yazırdılar ki, Lenin yaşayır və əbədi yaşayacaq. Bəs nə oldu? Hanı? Hər yazılana inanmaq 

olmaz. İndi bizdə bazar iqtisadiyyatıdır – demokratiya şəraitində. 

 

SEYMUR. Mübahisə etmirəm. Ancaq maraqlıdır – bu 17 min rəqəmi haradan peyda olub? 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin