Şirvani Ədilli



Yüklə 0,73 Mb.
səhifə27/55
tarix30.12.2021
ölçüsü0,73 Mb.
#24969
1   ...   23   24   25   26   27   28   29   30   ...   55
Üçlük bölgülü qafiyəli sərbəst şeirə misal:
-Şeş-qoşa/3!

-Pənc-çahar/3!

Nərd atır/3 qocalar/3

Bir şəhər/3 bağında/3

Bir payız/3 çağında/3

-Bu dü-bir/3!

-Bu sələr/3!

Çiskinli/3 bir səhər/3...

Nərdtaxta/3 y olur/3.

Daşları/3 d olur/3.

Vururlar/3 səs salmır/3,

Güman ki/3, həzz almır/3

Oyundan/3 qocalar/3...

-Pənc-qoşa/3,

-Sə çahar/3!

-Darıxdım/3,Ağabəy/3,

-Deyirsən/3 dincələk/3?

Sükuta/3 daldılar/3

Bir qədər/3.

Nurani/3 üzlərdə/3,

Çeşməkli/3 gözlərdə/3

Bir həsrət/3, bir kədər/3...



Qabil
Mikayıl Müşfiqin məşhur “Oxu tar” şeiri də məhz üçlük bölgülü sərbəst şeirdir:
Oxu, tar/3, oxu, tar/3!

Səsindən/3 ən lətif/3 şeirlər/3 dinləyim/3.

Oxu, tar/3, bir qədər/3!..

Nəğməni/3 su kimi/3 alışan/3 ruhuma/3 çiləyim.

Oxu, tar/3,

Səni kim/3 unudar/3?

Ey geniş/3 kütlənin/3 acısı/3, şərbəti/3,

Alovlu/3 sənəti/3!..



M.Müşfiq
7-lik bölgü ilə müşayiət olunan sərbəst şeirlərə də rast gəlmək olar. Burada bölgü xeyli uzun olduğundan, onu misra kimi qəbul edib həmin şeirləri sərbəst şəkilli (sərbəst qafiyələnməli) heca vəznində yazılmış 7-hecalı şeirə də aid etmək olar. Məsələn, aşağıdakı 7-lik bölgülü sərbəst şeiri asanlıqla 7-hecalı şeir formasına gətirə bilərik.

7-lik bölgülü sərbəst şeir:


Hər şey həsrətə döndü/7:

dadlı bahar çağında/7

Türkanın qucağında/7

Öz əlimlə saldığım/7

ləklərin qırağından/7

gəlib keçmək də həsrət/7.


Sübhün bal havasından/7 “Oxay” deyib bir nəfəs/7

alıb içmək də həsrət/7.

Hər şey həsrətə döndü/7: şənbə günü, dan üzü/7

Firəngizli yollara/7

eyvandan baxmaq həsrət/7.

Ətrindən məst olduğum/7

bir iydə budağını/7

köksünə sıxmaq həsrət/7.

Hər şey həsrətə döndü/7 - olub tənha, sal qaya/7

neçə milyard dalğaya/7

köksümü gərməyim də/7.

Sahildə məni gözlər/7 –

Türkayıma bəzəkli/7

bir konfet verməyim də/7.

Bu kiçik həsrətlərə/7

dözərdim birtəhər mən/7.

Ayrı salınmasaydım/7

böyük mübarizədən/7.



X.R.Ulutürk
7-hecalı şeir kimi:
Hər şey həsrətə döndü:

dadlı bahar çağında

Türkanın qucağında

Öz əlimlə saldığım

ləklərin qırağından

gəlib keçmək də həsrət.

Sübhün bal havasından

“Oxay” deyib bir nəfəs

alıb içmək də həsrət.

Hər şey həsrətə döndü:

şənbə günü, dan üzü

Firəngizli yollara

eyvandan baxmaq həsrət.

Ətrindən məst olduğum

bir iydə budağını

köksünə sıxmaq həsrət.

Hər şey həsrətə döndü –

olub tənha, sal qaya

neçə milyard dalğaya

köksümü gərməyim də.

Sahildə məni gözlər –

Türkayıma bəzəkli

bir konfet verməyim də.

Bu kiçik həsrətlərə

dözərdim birtəhər mən.

Ayrı salınmasaydım

böyük mübarizədən.
Göründüyü kimi, ikinci variantda qafiyələnmə həd-dən artıq pərakəndə, 2, 3, hətta 4 misradan bir alındığın-dan onu məhz sərbəsrt şeir formasında yazmaq və qəbul etmək daha məqsədəuyğundur.

Fərqli bölgülü, qafiyəli sərbəst şeir. Belə sərbəst şeirdə bölgüsüzlük hiss olunmur. Yəni bölgülər mütləq olur. Lakin, bölgülərdəki heca sayları müxtəlif (3, 4, 5, 6 və s.) olur. Bölgülərin ardıcıllığı, biri-birini əvəz etməsində dövrilik olmur, bəzi istisnalarla bu ardıcıllıq sərbəst olur. Deyilişin normal səsləndiyi hallarda sözlər bölgülərdə parçalana bilər. Qafiyələnmə var və bölgülərin, həmçinin misraların sonunda gəlməsi şərtiylə sərbəstdir.

Bu növə aid aşağıdakı misalda şeir yalnız 4 və 3-hecalı bölgülərdən ibarətdir:


Uçun, uçun/4

Xəyaldakı/4 zirvələrdən/4 atlanın/3

Tələbələ/4/rim mənim/3.

Bu gün mənə/4 güvəndiniz/4

Sabah sizə/4 güvənim/3.

Bu gün önüm/4/dəsiniz/3,

Sabah isə/4 ayaq açıb/4

gəzən şirin/4 sözlərim/3...

Vətənimə/4 səpələnmiş/4

mənim dan ul/4/duzlarım/3...

Mən öyrədən/4,

Siz öyrənən/4,

Zaman keçir/4, yer dəyişir/4

Bu müqəddəs/4 dövrədə/3...

Bu dünyanı/4 öyrənmişəm/4

Mən öyrədə/4-öyrədə/3...

Mənə heç vaxt/4 yad olmadı/4

Sevinciniz/4,

Qəminiz/3.

Xəyallarla/4 nəfəs alan/4

cavanlıq a/4/ləminiz/3.

Hissinizə/4, duyğunuza/4

dola-dola/4

Sizin ilə/4 addımladım/4

qol-qola/3...

B.Vahabzadə
Bu şeirdə bölgülərin ardıcıllığındakı özəllik ondan ibarətdir ki, burada 3-lük bölgülər həmişə misranın sonun-da gəlir.

Fərqli bölgülü, qafiyəli sərbəst şeirin 6 və 5-hecalı bölgülərdən ibarət variantına da rast gəlmək olar:


Anamı dəfn etdik/6

Töküldü dən-dən/5

Gözümün yaşı/5,

Həmin gün məzarın/6 baş tərəfindən/5

Anamın yerinə/6 qalxdı başdaşı/5.

Anamın əvəzi/6 başdaşı oldu/5

Kölgəsi özüylə/6 yanı oldu/5.
Öldümü?

Elə bil/6 o, yoxmuş əsla/5,

Daşların üstdəki/6 neçə yazıyla/5

seçilir insan/5

başqalarından/5.

B.Vahabzadə
Fərqli bölgülü, qafiyəli sərbəst şeirin yalnız iki yox, 3 və daha çox fərqli bölgülərdən formalaşmış variantlarına da təsadüf olunur.

Misal:
Gətir xərəyi, oğlum/7!

-Gətir qayçını da/6, gətir beli də/5.

Gətirdi saçında/6 ətirli külək/5.

-Ata, neyləyək/5?

-Oğlum, bu yazığa/6 azadlıq verək/5:

Əncir ağacının/6 əsarətində/5

Qalmasın tənək/5.

Əncirin gövdəsi/6 top lüləsi tək/5

Görürsən tuşlanıb/6 yerin təkinə/5

Tənəksə solğun, sarı/7,

Qora vaxtı/4 mövüc olub/4 salxımları/4.

Günəşdir müstəqillik/7,

O, həsrətdir günəşə/7.

Dərində yox, üzdədir/7 zorla atdığı rişə/7...

X.R.Ulutürk.
Göründüyü kimi bu şeirdə 4, 5, 6 və 7-hecalı bölgülərdən istifadə edilmişdir. Bölgüsüzlük isə müşahidə olunmur.

Eyni bölgülü, qafiyəli sərbəst şeirdə olduğu kimi, fərqli bölgülü, qafiyəli sərbəst şeirin də əruz variantına rast gəlinir. Başqa sözlə, buradakı fərqli bölgülər uzun və qısa hecalar baxımından vahid ritmik quruluşa malik ola bilər. Bu variantdan xüsusiylə S.Rüstəm (1906-1989) çox məharətlə istifadə etmişdir:


...Nə gələn/3 var, nə gedən/4 var bu tanış/4 yollarda/4,

Bu geniş/3 yollarda/4.

Atılıb/3 son döyüşə/4, nərə çəkir/4 bir də Xəzər/4,

Sarsılır/3 çərçivəsin/4/dən qapılar/4, pəncərələr/4.

Bənzəyir/3 göydə süzən/4 Ay o bulud/4/larda yenə/4

Can verən/3 bir balığın/4 gözlərinə/4,

Az keçir/3, göy qaralır/4, yer ağarır/4.

Bağların/3 bağrını bir/4 qorxu yarır/4.

Bu nə iş/3/dir? Belə şey/4 görməmişəm/4 ömrümdə/4,

(Dostu əs/3/la ayağa/4 verməmişəm/4 ömrümdə/4).

Hardasan/3, gəl, a bahar/4, sən ki, deyil/4/sən xəstə/4,

Qar yağır/3, quşbaşı qar/4 incə çiçək/4/lər üstə/4.

Gəl, qışın/3, son günüdür/4,

O, sənin/3 üstünə gəl/4/miş günüdür/4,

GÜL bahar/3, doğma yuvan/4/dan onu qov/4,

Durna, dil/3/bər Şüvəlan/4/dan onu qov/4!

Gəl, əzi/3/zim ki, sənin/4 xoş qədəmin/4 yüngüldür/4.

Nəfəsin/3 məncə çiçək/4/dir, güldür/4.

Gəl, bahar/3, gəl, özünü/4 cəbhədə zən/4/n eyləmə tək/4,

Durmuşam/3 burda dünən/4/dən qayatək/4.

Tut əlim/3/dən, ayağım/4 yerdən üzül/4/məz, dostum/4,

Ürəyim/3/dən qışın im/4/zasını sən/4/siz pozdum/4.

Eşidib/3 şairi şux/4, nazlı bahar/4,

O xoş a/3/vazlı, qızıl/4 sazlı bahar/4 –

Yuxusun/3/dan ayılır/4 şir kimi qal/4/xır ayağa/4,

Çəkib öz/3 ordusunu/4 qışda olur/4 əlbəyaxa/4,

Gecədən/3 xeyli keçib/4, sübhə yaxın/4/dır artıq/4,

Ey könül/3, dinlə, bahar/4 öz qonağın/4/dır artıq/4...



S.Rüstəm
Göründüyü kimi bu sərbəst şeir üçlük və dördlük bölgülərdən ibarətdir. Burada üçlük bölgülərin dəyişməz ritmik quruluşu – dadadah (misra əvvəlində həm də dahdadah), dördlük bölgülərinki isə – dahda-dadah kimidir. Bölgülərin ardıcıllığında xüsusi fərqli cəhət ondan iba-rətdir ki, bu ardıcıllıqda dövrilik olmasa da, 3-lük bölgü ardıcıl gələ bilməz, çünki bu ahəngi pozar. Burada bölgülərin ardıcıl düzülüşü rəməl bəhrinin müxtəlif uzun-luqlu qəliblərinə (rəməl-6, rəməl-8 və rəməl-10) uyğun gəlir. Yəni bəhri-təvil kimi bu da əruzun sərbəst vari-antıdır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin