Sislooksigenaza-2 fermentinin inhibitorları və qızıl preparatlarının iltihabəleyhinə təsirlərinin farmakologiyası



Yüklə 20,51 Kb.
səhifə2/2
tarix25.12.2016
ölçüsü20,51 Kb.
#3097
1   2
Qızıl preparatları

İltihabəleyhinə və orqanizmin immun sisteminə təsir göstərən dərman maddələrinə krizanol, auranofin və miokrizin kimi tərkibində qızıl olan preparatlar da aid edilirlər. Bu maddələrin farmakoloji təsiri, adətən, gec (müalicə başlandıqdan 2-3 ay sonra) meydana çıxır, lakin uzun müddət davam edir.

Krizanolun tərkibində 33,5% qızıl vardır. Tibbdə preparatın 5%-10% -li yağlı məhlullarından istifadə olunur. Buraxılış formalarına müvafıq olaraq, hər ml-də 17 mq və ya 34 mq qızıl olur. Preparat ancaq əzələdaxilinə təyin edilir, əsasən, revmatoid artritlərin müalicəsində istifadə olunur. İstifadədən əvvəl ampulanı çalxalamaq, lazım gələrsə, qızdırmaq lazımdır. Əvvəllər (müasir dərman prepaıatları alınana qədər) krizanoldan ağciyər və qırtlağın vərəm mənşəli xəstəliklərinin müalicəsində geniş istifadə olunurdu. Unutmaq olmaz ki, krizanolun təyini zamanı nefropatiya, dermatit, stomatit, qanın formalı elementlərinin tərkibinin dəyişməsi və s. kimi ciddi və arzuolunmaz əlavə effektlər baş verə bilər. Preparatın böyrək xəstəlikləri, diabet, dekompensəolunan ürək qüsurları, kaxeksiya kimi patologiyalar zamanı istifadəsi əks göstərişdir. Son dərəcə ciddi əlavə effektlər törətdiyinə görədir ki, krizanolun istifadəsi son illər xeyli məhdudlaşdırılmışdır.

Müasir təsəvvürlərə görə krizanolun təsir mexanizmində həlledici rol oynayan mühüm amillərdən biri immun sistemə təsir göstərməsidir. O, humoral immuniteti blokada etməklə, hüceyrə səviyyəsində gedən immun proseslərə stimuləedici təsir göstərir. Odur ki, hazırda krizanolu immunomodulyator kimi də səciyyələndirirlər.



Auranofin təsir effekti, təsir spektri və istifadəsinə göstərişlərə görə krizanola müvafıq, ancaq daxilə təyin olunan qızıl preparatıdır. Preparat 3 mq dozalarda tablet halında buraxılır (hər tabletin tərkibində 0,87 mq qızıl olur). Əlavə effektləri krizanola nisbətən zəifdir.

Miokrizin də analoji təsirli preparat olub, istifadəsinə göstəriş, əks göstəriş və törətdiyi arzuolunmaz əlavə effektlər krizanola uyğundur.
Yüklə 20,51 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin