Ribonuklein turşuları (RNT). Ribonuklein turşularının bir neçə növü vardır. Onlar molekullarındakı nukleotidlərin miqdarına, molekulun uzunluğuna, molekul çəkisinə və ifa etdikləri vəzifələrinə görə bir-birindən fərqlənirlər. Lakin onlar üçün ümumi olan jəhətlər də vardır. O da ondan ibarətdir ki, bütün ribonuklein turşuları bir qat zənjirdən təşkil olmuşlar. RNT-lər də polimerdirlər. Onların monomerləri nukleotidlərdir. Həmin nukleotidlər DNT-dəki nukleotidlərin eynidir. Lakin bir fərq var ki, DNT molekulundakı timin əvəzinə RNT-də timinə çox yaxın birləşmə olan urasil durur. Timin urasildən bir metil qrupunun artıq olması ilə fərqlənir. Beləliklə, timinə metilurasil də demək olar. DNT ilə RNT-də başqa bir fərq də var. O da ondan ibarətdir ki, DNT-də karbohidrat komponenti dezoksiriboza, RNT-də isə ribozadır. Əgər DNT-nin miqdarı həmişə hüjeyrədə sabit qalırsa, RNT-nin miqdarı sabit deyil. Zülal sintez edən hüjeyrələrdə RNT-nin miqdarı daha çox olur. Fərdi inkişafın müxtəlif mərhələlərində hüjeyrədə RNT-nin miqdarı çoxalır, hüjeyrə tərəfindən istifadə edilib azalır, yenidən sintez olunub çoxalır və s. Hüjeyrədəki RNT molekullarından biri nəqliyyat RNT-sidir (n-RNT). n-RNT-si molekulu ən kiçik RNT-dir. Bu RNT jəmi 80-100 nukleotiddən əmələ gələn polimer olub, molekul çəkisi 25000-30000-dür. Bu RNT-yə anjaq sitoplazmada rast gəlmək olar. Onun funksiyası amin turşularını ribosomlara-zülal sintez olan sahəyə daşımaqdan ibarətdir. Hüjeyrədəki ümumi RNT-nin 10% n-RNT-si hesabına düşür. Digər RNT-ribosom RNT-dir (r-RNT). Bu ən iri RNT molekuludur. Bu molekulun tərkibinə 3000-5000 nukleotid daxil olur. Munasib olaraq molekul çəkisi 1-1,5 MLN-dir. r-RNT ribosomun əsas strukturunu təşkil edir. Hüjeyrədəki ümumi RNT-nin 90%-i r-RNT-nin hesabına düşür. Üçünjü növ RNT məlumat RNT-dir (m-RNT). Bu molekulada nukleotidlərin miqdarı 300-3000-ə çatır. Molekul çəkisi 90 min-1 mln-dır. Ümumi RNT 0,5-1%-ni təşkil edir. m-RNT-si nüvədə və sitoplazmada olur. m-RNT-nin funksiyası zülalın strukturu haqqındakı məlumatı DNT-dən ribosoma-zülal sintez olunan sahəyə çatdırmaqdır.
Hüjeyrənin üzvi molekullarından biri də adenizintrifosfor turşusudur (ATF). Kimyəvi təşkilinə görə ATF nukleotidə oxşayır. Hər hansı nukleotiddə olduğu kimi ATF molekulunda azot əsaslarından biri-adenin, pentoza riboza və fosfor turşusu qalığı müşahidə edilir. Lakin fosfor turşusunun pentozaya birləşməsində ATF nukleotiddən kəskin fərqlənir. ATF-də fosfor turşusu 3 molekuladır. Özü də bu molekula çox labildir. Adenizintrifosfataza fermentinin təsirindən ATF molekulunda fosforla oksigen arasındakı rabitə qırılır (şəkil 10) və həmin sahəyə su molekulu birləşir. ATF molekulundan bir molekula fosfor turşusu ayrıldıqda adenizindifosfor (ADF) turşusuna çevrilir, iki molekul fosfor turşusu ayrıldıqda isə o adenizin monofosfor turşusuna (AMF) çevrilir. Hər molekul fosfor turşusunun ayrılması ilə 10000 kkal enerci hasil olur. Buna görə də fosforla oksigen arasındakı rabitə adi rabitə olmayıb enerci ilə zəngin makroergik rabitə adlanır və ~ işarə edilir. ATF molekulunda enerci ilə zəngin iki belə rabitə vardır. Hüjeyrədəki ekzoerqik reaksiyaların heç birində bu qədər enerci ayrılmır. Onlardan ən effektlisi 2000-25000 kal/mol enerci verir.
ATF-nin hüjeyrədə rolu çox böyükdür. Hüjeyrədə enerci çevrilməsində o əsas yer tutur. ATF-nin miqdarı hüjeyrədə dəyişilsə də, lakin o hüjeyrədə müəyyən miqdarda saxlanır. Belə ki, ATF hüjeyrədə təxminən 0,02-0,05% (hüjeyrənin yaş çəkisinə görə) olur. ATF parçalananda onun miqdarı hüjeyrədə 78
azalanda, hüjeyrənin üzvi molekullarının parçalanmasından alınan enerci hesabına o yenidən bərpa olunur. ATF-in sintezi, fermentativ proses olub, mitoxondridlərdə, xloroplastlarda və s. yerinə yetirilir. ATF hüjeyrənin universal enerci mənbəyidir. Onun enercisi DNT-nin replikasiyasına, zülal sintezinə, mayalanmağa, əzələ hərəkətinə, sinir fəaliyyətinə və s. proseslərə sərf edilir.
Dostları ilə paylaş: |