NUKLEİN TURŞULARI
Hüjeyrənin kimyəvi tərkibi içərisində birinji dərəjəli bioloci əhəmiyyət kəsb edən maddə nuklein turşularıdır. İlk dəfə nuklein turşuları 1869-ju ildə Mişer tərəfindən kəşf edilmişdir. Lakin o vaxt Mişerə məlum olan təkjə o idi ki, bu maddə turşu xüsusiyyətinə malikdir. Belə ki, o qələvi rəngləyijilərlə rənglənir. Bu turşunu Mişer nüvədə kəşf etdiyindən (nukleus – latınja nüvə deməkdir) ona nuklein turşusu adı verdi. Hazırda 2 jür nuklein turşusu məlumdur: dezoksiribonuklein (DNT) turşusu və ribonuklein turşusu (RNT). Hər bir nuklein turşusu polinukleotiddir.
İlk dəfə 1953-jü ildə Uotson və Krik DNT molekulu quruluşunun modelini vermişlər. Onlar müəyyən etmişlər ki, DNT bir-birinə sarılıb spiral əmələ gətirən iki polinukleotid zənjirindən ibarətdir DNT-nin tərkibi dezoksriboza şəkəri, fosfor turşusu və nitrit əsaslarından ibarətdir. Nitrit əsaslrı 4 tipdir, iki purin əsası – adenin, quanin və pirimidin əsası – sitozin, timin, urasil (şəkil 9).
Bir-birinə spiral şəklində sarılmış polinukleotidlər zənjirindən ibarət olan DNT molekulunda fosfor-şəkər qalıqları iki zənjirin kənarında; purin və pirimidin əsasları isə ortalığa düşür (şəkil 14). Bu zaman həmişə adenin-timinlə, quanin isə sitozinlə qoşa vəziyyətdə hidrogen rabitəsi vasitəsilə birləşmiş olur. Heç vaxt normada adenin-quaninlə sitozin isə timinlə birləşə bilməz. A=T ikiqat hidrogen rabitəsi S-Q-lə üçqat hidrogen rabitəsi ilə birləşmiş olur. Beləliklə Q S rabitəsi, A=T rabitəsinə nisbətən daha möhkəmdir. Beləliklə A=T, S-Q rabitəsində A=T- ni, Q-S-ni tamamlayır. Buna komplementarlıq prinsipi və ya tamamlama prinsipi deyilir.
DNT-nin tərkibindəki müxtəlif tipli nukleotidlər öz aralarında yalnız nitrit əsasının quruluşuna görə fərqlənir. Molekulun qalan hissəsi bütün nukleotidlərdə eynidir. Buna görə də nukleotidləri onlardakı nitrit əsaslarının adına görə adlandırırlar. Nukleotidlər DNT zənjirinə birləşən zaman aralarındakı ilişmələr, fosfat turşusu və dezoksiriboza vasitəsilə olur. Bir nukleotidin fosfat turşusundakı hidroksili və qonşu nukleotidin dezoksiribozasının hidroksili ilə birləşərək bir molekul su ayrılır və nukleotidlərin qalıqları möhkəm kovalent rabitə ilə birləşirlər. İki nukleotiddən-dinukleotid, üç nukleotiddən-trinukleotid, çox nukleotiddən-polinukleotid alınır. Beləliklə, DNT-nin hər bir zənjiri uzun bir polinukleotid zənjirindən ibratə olur. Hər bir DNT-də müəyyən, daimi və eyni ardıjıllıqla düzülmüş nukleotidlər olur. DNT-nin qurulmasında jəmi 4 nukleotid iştirak etməsinə baxmayaraq, hər bir DNT zənjirində onların çox böyük miqdarda və müxtəlif ardıjıllıqla olduğu üçün nə qədər çox sayda DNT molekulası olduğunu təsəvvür etmək çətinlik törətmir. Nukleotidlərin miqdarına və molekul çəkisinə görə dezoksiribonuklein turşuları müxtəlif olur. Elə dezoksibonuklein turşusu var ki, orada jəmi 77 nukleotid olur, elələri də var ki, onlarda nukleotidlərin miqdarı 10 milyonlarla olur. Hesablamışlar ki, bir nukleotidin molekul çəkisi orta hesabla 345-dir. Onda 30000 nukleotiddən ibarət olan DNT-nin molekul çəkisi 10 milyona bərabər olar. 50 MLN. Mol çəkisinə malik olan DNT-yə də rast gəlinir. Bir spesifik zülal molekulunun ilkin strukturu haqqında informasiya verən DNT sahəsinə gen deyilir. DNT üzərində on minlərlə gen yerləşir. Odur ki, DNT molekulu zülal molekulundan min və on minlərlə dəfə böyükdür. Beləliklə, DNT molekulu təbiətdə mövjud olan molekullardan ən nəhəngidir və kimyəvi jəhətdən mövjud olan maddələrin heç birinə oxşamır.
Əvvəllər belə güman edirlər ki, nuklein turşuları tərkibindəki 4 nukleotid bu turşuda ekvimolyar miqdarda iştirak edərək tetranukleotid struktur əmələ gətirir. Lakin sonrakı daha dəqiq tədqiqatlar göstərdi ki, purin və pirimidin əsaslarının nisbətləri müxtəlif DNT-lərdə müxtəlif olur. Məsələn, quşlarda vərəm törədən mikroblarda - dirsə, insanda -dür. Bu sahədə aparılan tədqiqatlardan alınan ən qiymətli dəlillərdən biri DNT-də (A+Q) purin əsaslarının jəminin (S+T), pirimidin əsaslarının jəminə bərabər olmasını müəyyənləşməsidir. Molyar nisbətinə görə isə . Həmçinin müəyyən DNT molekulunda A, T jütləri digərində S, Q jütləri üstünlük təşkil edə bilər.
Dostları ilə paylaş: |