Ulturabənövşəyi işıq mikroskopları. Ultrabənövşəyi şüalar insan gözü tərəfindən qəbul edilmir. Odur ki, hüjeyrələrin və onların quruluş vahidlərinin bilavasitə ultrabənövşəyi şüalarla adi mikroskopda öyrənilməsi mümkün deyil. Q.M.Brumberqin ijad etdiyi ultrabənövşəyi mikroskopları hüjeyrə tərkibinə daxil olan maddələrin əksəriyyətini ultrabənövşəyi şüalar udaraq özünə xas spektrini yaratması prinsipinə əsaslanır. Bu jür mikroskop vasitəsilə istər janlı istərsə də fiksə edilmiş hüjeyrələri tədqiq etmək olar. Həm də ultrabənövşəyi şüaların uzunluğu (0,290 mkm) görünən işıq şüalarından (0,400-0,700 mkm) xeyli qısa olduğundan bu mikroskopların böyütmə imkanı adi işıq mikroskoplarından qat-qat yüksəkdir. Əgər adi işıq mikroskoplarında 0,2-0,3 mkm ölçüdə hüjeyrə quruluşu tədqiq etmək mümkünsə,ultrabənövşəyi işıq mikroskoplarında isə 0,11mkm ölçüdə obyekti tədqiq etmək mümkündür. Ultrabənövşəyi işıq mikroskopları vasitəsilə hüjeyrədəki bu və digər maddələrin miqdarının öyrənilməsi, hüjeyrələrin quruluş vahidlərinin fotoşəkillərinin çəkilməsi də mümkündür.