Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ


IIMÜHAZİRƏ HÜJEYRƏNİN ÖYRƏNİLMƏ ÜSULLARI



Yüklə 366,73 Kb.
səhifə2/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   2   3   4   5   6   7   8   9   ...   55
Sitologiya muhazire

IIMÜHAZİRƏ
HÜJEYRƏNİN ÖYRƏNİLMƏ ÜSULLARI.

Müasir sitologiya hüjeyrələri hər tərəfli öyrənmək üçün müxtəlif tədqiqat üsullarından istifadə edir. Hüjeyrələrin və onların quruluş komponentlərini öyrənmək üçün işıq, təzadlı, ultrabənövşəyi, polyarizasiya və eləjə də molekulyar səviyyədə hüjeyrələri öyrənmək üçün elektron mikroskopları və rentgen struktur analiz üsullarından istifadə edilir. Elektron mikroskopları ilə submikroskopik quruluş vahidlərinin öyrənilməsi hüjeyrə haqqında daha dəqiq məlumatların əldə olunmasına imkan verir. Hüjeyrənin əksər quruluş vahidləri-mitoxondrilər, plastidlər, Holji kompleksi, nüvə, nüvəjiklər və s. adi işıq mikrokopu ilə tədqiq edilir. Lakin hüjeyrələrdə bir sıra quruluş vahidləri var ki, onlar anjaq elektron mikrokopları ilə tədqiq edilə bilər. Məs: ribosomlar, membran, sinanoptik qovuqlar, miofilomentlər, xromosomların mikrofibriləri və s. Digər tərəfdən işıq mikroskopunda öyrənilməsi mümkün olan komponentlərin özlərinin daha dəqiq öyrənilməsi üçün də elektron mikroskopları tələb olunur. İşıq mikroskopları. Müasir işıq mikroskopları tam təkmil bir jihaz olub, hüjeyrə və onun komponentlərini 2000- 2500 dəfə böyüdür. Mikroskopun böyütmə imkanı işıq şüalarının görünən spektrlərindən istifadə etməklə onun linzaları və mikroskopun obyektivinin aperturasından asılı olub.


Məxrəjdə göstərilən -göstərijisi hər bir obyektiv üçün dəyişməz rəqəm olub, apertura rəqəmi adlanır. Bu rəqəm hər bir mikroskopun üzərində qeyd olunur. Apertura rəqəmi nə qədər çox olsa mikroskopun böyütmə imkanı o qədər çoxalır. Odur ki, mikroskopdan istifadə etdikdə onun böyütmə imkanını artırmaq olar. Bunun üçün obyektivin apertura rəqəmini artırmaq və işıq dalğasının uzunluğunu qısaltmaq lazımdır. Obyektivin apertura rəqəmini artırmaq üçün immersion obyektivlərindən istifadə etməklə tədqiq edilən obyektlə obyektiv arasına bir damla immersiya məhlulları-su (n = 1.33), qliserin (n = 1,45), kedr yağı (n = 1.55) tökülür.

Adi obyektdən istifadə etdikdə isə obyektlə obyektiv arasında hava olur ki, onun da işıq sındırma əmsalı -dir. Beləlikə, düsturda məxrəjin qiymətini artırmaqla kəsrin qiyməti azalır, deməli mikroskopun da böyütmə imkanı artır. İşıq dalğasının uzunluğunu azaltmaqla da mikroskopun böyütmə dərəjəsini artırmaq olar. Bunun üçün isə işıq mənbəyi kimi dalğa uzunluğu qısa olan (0,290 mkm) ultrabənövşəyi şüalardan istifadə edilir. Lakin mikroskopların böyütmə imkanını müəyyən hüduda qədər artırmaq olar. Müasir mikroskoplarda görünən ən kiçik hissə dalğa uzunluğunun 1/3 hissəsi ölçüsündə olur. Bu o deməkdir ki, dalğa uzunluğu 0.400-0,750 mkm olan görünən işıqlardan istifadə etməklə 0,2-0,3 mkm ölçüsündə obyekti mikroskop altında görmək mümkündür. Hazırda işıq mikroskoplarının müxtəlif (BTM-1, BTM-2, BTM-3, BTM-6 və s.) markaları mövjuddur. Bu mikroskoplarda obyekt görünən işıqla işıqlanır. Bu mikroskoplardan hüjeyrənin quruluşunu, morfologiyasını öyrənmək üçün istifadə olunur. Lakin bu mikroskoplarla adətən fiksə edilmiş hüjeyrələr öyrənilir. Fazalı-təzadlı mikroskopiya. Bu mikroskop əsasən üç hissədən ibarətdir. 1-axromat-obyektivlər yığımı, 2-dairəvi diafraqma yığımından ibarət fazalı-təzadlı kondensator. 3-revolver. Adi işıq mikroskopuna fazalı-təzadlı qurğunun əlavə edilməsi tədqiq olunan obyektivin təzadlılığını artırır. Şəffaf preparatın ayrı-ayrı sahələri işıq sındırma əmsalına görə bir-birindən fərqləndiyindən işıq mikroskopuna əlavə edilmiş faza-təzadlı qurğunun köməyilə həmin hissələrdən keçən işıq fazalarının yerdəyişməsi baş verir. İşıq dalğalarının faza obyektindən keçərkən dəyişməsi gözlə görünən müxtəlif amplitudalı dalğaların yaranmasına səbəb olur. Bu da preparatın gözlə qavranıla bilən rəngdə görünməsinə səbəb olur. Fazalı-təzadlı mikroskopiya üçün əvvəljə əzilən damjı preparatı hazırlanır, faza-təzadlı obyektlər və okulyar işçi vəziyyətə gətirilir. Fazalı-kontrast mikroskopiya üçün işıq mikroskopu, İO-7 və ya 10-9 işıqlandırıjılarından, KF-1 və ya KF-4 faza-təzadlı qurğularından istifadə edilir.




Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin