REDUKSİON BÖLÜNMƏ
Məlumdur ki, janlıların çoxalması, jinsi, qeyri-jinsi, sporlar vasitəsilə olur. Bu çoxalma tipləri bir-birindən kəskin surətdə fərqlənirlər. Belə ki, sporlarla çoxalma zamanı nəsil öz başlanğıjını bir spor (qeyri jinsi) hüjeyrəsindən başlayır, vegetativ çoxalma zamanı nəslə başlanğıjı bir qrup somatik (diploid xromosomlu) hüjeyrələr verir. Jinsi çoxalma zamanı isə nəsil öz başlanğıjını xüsusi ixtisaslaşmış jinsi (haploid xromosomlu) hüjeyrələrdən alır. Jinsi çoxalma əsasən çox hüjeyrəli heyvan və bitki orqanizmlərinə xas olmaqla yanaşı bu yolla ibtidai orqanizmlər də çoxalırlar. Çox hüjeyrəli heyvanların ilkin jinsi hüjeyrələri bir qayda olaraq rüşeym inkişafının ilk mərhələlərində somatik hüjeyrələrdən öz başlanğıjını alır. Sonra inkişafın ilk və son mərhələsində əmələ gəlmələrindən asılı olmayaraq, jinsi vəzilərdə toplanır və beləliklə jinsi vəzilərin başlanğıjı əmələ gəlir. Jinsi vəzilər boru halında olanda onlarda üç zona ayırd etmək olur. Bu zonalar jinsi hüjeyrələrin inkişafının üç dövrünə müvafiq gəlir. Erkək fərdlərdə jinsi hüjeyrələrin yaranması və formalaşması hadisəsi spermatogenez, dişilərdə isə oogenez hadisəsi adlanır. Ümumiyyətlə isə bu hadisə qametogenez hadisəsi və ya meyoz prosesi adlanır. Qametogenez prosesındə hüjeyrələrin inkişafının 1 dövrü onların intensiv olaraq mitoz yolla çoxalmasıdır. Bu çoxalma adi mitozdan onunla fərqlənir ki, bölünmə nətijəsində yaranan hüjeyrələr başlanğıj hüjeyrə həjminə çatmadan təkrar bölünürlər. Odur ki, jinsi vəzilərin bu nahiyyəsindəki hüjeyrələr həjmjə kiçik, sayja çox olur və çoxalma zonası adlanırlar (şəkil 37). Bundan sonra hüjeyrələr ikinji dövrə-böyümə dövrünə keçir. Jinsi vəzilərin bu nahiyyəsindəki hüjeyrələr ətraf mühitdən qida maddələrini alır və böyüyürlər. Beləliklə onlar böyümə zonasını əmələ gətirirlər. Erkək fərdlərdə böyümə zonasında olan hüjeyrələr 1-ji dərəjəli spermatosit hüjeyrələri əmələ gətirirlər. Bu dövrdə hüjeyrələr böyüməklə yanaşı yetişmə mərhələsinə keçid üçün bölünməyə də hazırlaşırlar. Bundan sonra həmin hüjeyrələr bölünərək 2-ji dərəjəli spermatosit hüjeyrələrini əmələ gətirirlər. Bundan sonra yetişmənin 2-ji bölünməsi gedir və hər bir 2-ji dərəjəli spermatosit bölünür və hərəsi 2 spermatid əmələ gətirir. Sonra isə hər bir spermatid formalaşma mərhələsini keçərək spermatozoid hüjeyrəsinə çevrilir. Yetişmə mərhələsində olan hüjeyrələr bölündükdə onlardakı diploid xromosom sayı 2 dəfə azalır və yetişmə mərhələsindəki spermatidlərdə haploid saylı xromosom olur. Odur ki, bu bölünmə reduksion bölünmə adlanır. Elə bunun nətijəsi olaraq hər bir spermatozoidə jüt homoloci xromosomlardan anjaq biri düşür. Münasib spermatozoidlərdə DNT miqdarı da somatik hüjeyrələrə nisbətən 2 dəfə az olur.
Oogenez prosesi də mahiyyətjə spermatogenez prosesinə oxşardır. Lakin bəzi fərqlər vardır. Belə ki, bu zaman böyümə mərhələsindəki hüjeyrələrdən hər biri yetişmə zonasına keçid üçün bölündükdə, nüvə materialları tam bərabər olaraq oositlərdə paylanırsa, sitoplazma isə qeyri bərabər paylanır. Odur ki, 1-ji dərəjəli iki oositdən biri həjmjə iri, ikinjisi isə kiçik olur. Yetişmənin 2-ji bölünməsində isə iri hüjeyrə təkrar bölünərək bir iri və bir kiçik hüjeyrə verir, kiçik hüjeyrədən isə bölünmə nətijəsində iki kiçik hüjeyrə əmələ gəlir. Odur ki, 4 oositdən 3-ü kiçik olur və polyar jisimjik adlanır və mayalanmağa qəbil olmur. Biri isə iri olur, formalaşaraq yumurta hüjeyrəsinə çevrilir və mayalanmağa qabil olur. Bundan başqa oogenez spermatogenezdən bir də onunla fərqlənir ki, bu zaman böyümə mərhələsindəki hüjeyrələr ooqonilər nisbətən yavaş böyüyürlər və 1 dərəjəli ovosit hüjeyrələrinə çevrilirlər, böyümə dövründə bunlara daha çox vaxt sərf olunur və böyümə dövrü özü iki mərhələyə ayrılır: kiçik böyümə dövrü və böyük böyümə dövrü. Böyük böyümə dövründə yumurta hüjeyrəsi min dəfələrlə böyüyür və bu zaman meyozun birinji profazası keçir.
Reduksion bölünmə hadisəsi spermatosit və oosit hüjeyrələrində iki dəfə ardıjıl olaraq gedir. Bu bölünmə mitozdan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əvvəljə iki dəfə ardıjıl gedən reduksion bölünmədə hüjeyrələrdə elə qanunauyğun dəyişikliklər gedir ki, onlar jinsi hüjeyrələrin yaranmasına və hər bir jinsi hüjeyrələrdə somatik hüjeyrədəkindən 2 dəfə az xromosom olmasına gətirib çıxarır. Digər tərəfdən meyozda mitozdan fərqli olaraq genetik materiallın rekombinasiyası gedir. Belə ki, homoloci xromosomların müəyyən sahələri arasında mübadilə gedir. (krossinqover), eləjədə meyozun 1 və 2 bölünməsi arasında S mərhələsi olmur. Mitozda hər bölünmədən qabaq interfaza dövrü olur və bu zaman genetik material reduplikasiyaya uğrayır (DNT ikiləşir, zülallar sintez olunur, enerci toplanır və s). Reduksion bölünmə zamanı isə genetik material bir dəfə reduplikasiya olur, bölünmə isə iki dəfə təkrar olunur. Elə bunun və reduksion bölünmənin 1 profazasında homoloci xromosomların konyuqasiyasının nətijəsi olaraq reduksion bölünmə nətijəsində yaranan jinsi hüjeyrələrdə xromosom sayı iki dəfə somatik hüjeyrələrdəkindən az olur. Lakin reduksion bölünmənin bəzi xüsusiyyətlərində müəyyən dərəjədə mitoza oxşarlıq da vardır. Belə ki, mitozdakı qütbülük, bölünmənin mərhələləri (interfaza, metafaza, anafaza və telofaza), xromosomların qütblərə hərəkəti və s. meyozda da müşahidə edilir. Meyozda bölünmə iki dəfə ardıjıl getdiyi üçün I bölünmədəki mərhələlər 1 profaza, 1 metafaza, 1 anafaza və 1 telofaza işarə olunur. 2-ji bölünmədə həmin mərhələlər IIrəqəmi ilə işarələnir . Meyozun 1 profazası həm mitozun profazasından həm də meyozun II profazasından fərqli və mürəkkəbdir.
Dostları ilə paylaş: |