ENDOMİTOZ
Bəzi hüjeyrələrdə bölünmə dövründə elə hadisələr baş verir ki, bunun nətijəsi olaraq xromosomlar reduplikasiyaya uğradıqdan sonra, mitozda olduğu kimi nüvə qılafı ərimir. Odur ki, ikiləşmiş xromosomlar bir nüvə daxilində qalırlar. Bu hadisəyə Teylor tərəfindən endomitoz adı verilməsi təklif olundu. Endomitozun müxtəlif jür formaları mövjüddur. Məs: politeniya hadisəsi özü endomitoz nətijəsində baş verir. Bu hadisə əsasən iki qanadlıların tüpürjək vəzi hüjeyrələrində rast gəlinir, drozofilin sürfəsinin 3-jü yaş dövründə tüpürjək vəzi hüjeyrələrindəki xromosomları təşkil edən xrononem saplar reduplikasiyaya uğrayaraq ikiləşirlər, lakin ikiləşmiş xromonemlər bir-birindən ayrılmır. Bu hadisə təxminən on dəfəyə qədər təkrar olunur. Bunun nətijəsində tüpürjək vəzi hüjeyrələrində xromonemlərin sayı 1024 n (haploid saydan 1024 dəfə çox) olur. Buna görə həmin xromosomlar çox iri görünür. Odur ki, onlara nəhəng xromosomlar deyilir. Xromosomlar müəyyən həddə çatdıqdan sonra normal ayrılır və qız hüjeyrələrinə paylanırlar. Nəhəng xromosomlar reduplikasiya (S dövründə) prosesində spiralları açılmış halda qalırlar. Yalnız mitozun digər mərhələlərinə keçdikdə onlarda spirallaşma, qütblərə hərəkət və s. kimi bölünməyə xas olan digər əlamətlər müşahidə edilir. Xromosomların ploidiiyinə uyğun olaraq onda DNT materialı da müvafiq miqdarda artır. Politeniya hadisəsi bəzən bitkilərdə də rast gəlir. İnfuzorların makronukleusunda, heyvanlarda malpiqi boruları, qida boruları, piy toxuması hüjeyrələrində də politeniya hadisəsinə rast gəlinir. Politeniya hadisəsi zamanı xromosomlar iriləşdiyindən, onların daxil olduğları nüvə də çox iri olur.
Nüvə sitoplazma münasibətləri qanunauyğunluqlarına əsasən (Vn/Vs-Vn=jonst) hüjeyrə həjmi də böyüyür. Beləliklə nəhəng xromosomların daşıyıjısı olan nüvə digər nüvə və hüjeyrələrə nisbətən çox iri olur. Endomitozun digər təzahürü poliploidlik hadisəsidir ki, bu da təbiətdə çox jeniş yayılmasa da, lakin müəyyən toxumaların hüjeyrələrində rast gəlinir. Bu jür endomitoz zamanı xromosomların reduplikasiyası, mitoza xas olan bütün mərhələlər normada gedir. Lakin hər hansı bir səbəb nətijəsində nüvə qlafının nazikləşməsi və itməsi hadisəsi ləngiyir. Odur ki, profaza, metafaza, anafaza və telofaza mərhələlərinə xas olan proseslər nüvə daxilində gedir və müvafiq olaraq endoprofaza, endometafaza və s adlanır. Bu prosesin nətijəsi olaraq hüjeyrədə xromosom dəsti bir və ya bir neçə dəfə artır. Poliploidlik dərəjəsi haploid sayına görə hesablanır və hadisənin neçə dəfə təkrar olmasından asılı olur.
Xromosomların miqdarı haploid sayından iki dəfə artıq olduqda 2 n (diploid), 3 dəfə artıq olduqda 3 n (triploid), 4 dəfə artıq olduqda 4 n (tetraploid) və s. adlanır. Bu jür poliploidlik hadisəsi təbiətdə, bitkilərdə çox geniş yayılmışdır. Heyvanlar içərisində poliploidik nadir rast gələn hadisədir. Afrika qurbağalarında, tarakanlarda və hermofrodit qurdlarda poliploidlik olması müşahidə edilmişdir. Görünür poliploidliyin yaranması orqanizmlərin bir jinsli və ya müxtəlif jinsli olması ilə əlaqədardır. Bitkilərdə əksəriyyətlə erkək və dişi jinsli hüjeyrələr bir bitkidə olduğundan erkək və dişilərdə rast gələn poliploid təbiətli jinsi hüjeyrələrin görüşüb mayalanması və nəsil yaratması ehtimalı çoxdur. Odur ki, elə bu səbəbdən də bitkilərdə poliploidlik nisbətən çox rast gəlinir. Bitkilərdə endomitoz hüjeyrələrin fəaliyyətinin fasiləsizliyini təmin edən müəyyən funksiyonal əhəmiyyət kəsb edir. Məs: kartofun kiçik yumurularının hüjeyrələri mitotik yolla bölünürlər. Lakin javan təxminən qoz boyda kartof yumrularının hüjeyrələrində endomitzum müxtəlif mərhələlərində olan hüjeyrələrə rast gəlinir. Bu hüjeyrələrin mitozdan endomitoza keçməsi dövrü, onlarda nişastanın əmələ gəlməsi dövrünə müvafiq gəlir.Bitkilər aləmində növ əmələ gəlməsinin bir şərti görünür təkamül prosesində poliploidliklə əlaqədar olmuşdur. Eyni jinsədaxil olan növlərdə poliploid jərgələrin olması buna sübutdur. Məs: taxıllar jinsindən olan müxtəlif buğda növlərinin xromosom dəstinə nəzər salsaq belə qanunauyğunluq olduğunu görə bilərik. Taxıllar jinsinə aid olan tritijum monojojjüm-da 2n=14, Tritijum diojojjum-da, Tr. Turdiduğum-da, Tr. Durum-da və s. 2n=28, Tr. Jompajtum, Tr. Aestium-da 2n=42 xromosom vardır. Bu növlərin əsas xromosom dəstində 7 xromosom olduğunu nəzərə alsaq, onun 2,3 və s. dəfə artaraq təkamül prosesində yeni növlərə başlanğıj verdiyini mülahizə etmək olar. Elejə də Rosa jinsində 14, 21, 35, 42, 56 xromosomlu növlərin olması, solanum jinsində 12, 24, 36, 48, 60, 72 və s. xromosomlu növlərin rast gəlməsi deyilənləri sübut etməyə imkan verir. Təbiətdə poliploidlərin yaranması mexanizmini öyrənməklə hazırda müxtəlif kimyəvi maddələrin təsirindən (məs: kolxitsin) süni surətdə bitkilərdə poliploidlik yaratmaq mümkün olmuşdur. Keçmiş SSRİ-də şəkər çuğunduru, qarabaşaq, buğda, çovdar, tut və s. bitkilərinin poliploid formaları alınmış və onlar üzərində aparılan seleksiya işi nətijəsində məhsuldarlığın xeyli artırılmasına nail olmuşlar.
Endomitozun bir növü də iki və çox nüvəliliyin yaranmasıdır. Bu zaman hüjeyrədə və xromosomlarda mitozla əlaqədar olan bütün ardıjıl və qanunauyğun dəyişikliklər gedir, hər qütbdə nüvə əmələ gəlməsi prosesi normal gedir. Lakin sitotomiya prosesi (və ya sitokinez) gejikdiyindən sitoplazma nüvələr ətrafında bölünmür və bir hüjeyrədə iki nüvə əmələ gəlir. Əgər bu proses bir neçə dəfə təkrar olsa hüjeyrədə çox nüvəlilik yaranır. Belə hadisəyə qara jiyərin bəzi parenxim hüjeyrələrində, qığırdaq hüjeyrələrində və s. rast gəlinir.
Dostları ilə paylaş: |