Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə54/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   47   48   49   50   51   52   53   54   55
Sitologiya muhazire

Ziqotena – bu mərhələdə homoloci xromosomlar konyuqasiya edir (artıq S mərhələsini keçmiş və ikiləşmiş). Belə xromosomlar bivalentllər adlanır. Hər bir bivalentdə 4 xromatid olur. Beləliklə, bivalentin sayı haploid xromosom dəstinə bərabər olur. Xromosomların bu jür jütləşməsi paxitena mərhələsində daha aydın görünür. Ziqotena mərhələsi xromosom sayının iki dəfə azalmasının əsasını qoyur. Bu prosesdə homoloqların bir-birini nejə tapması mexanizmi hələ də dəqiq məlum deyil. Doğurdan da nejə olur ki, bütöv bir xromosom dəstində yanaşı, qonşu xromosomlarbir-birilə konyuqasiya etmir, anjaq hər bir xromosom öz spesifikliyinə uyğun olaraq xromosomu seçir və onunla konyuqasiya edir. Son zamanlar zanbaqkimilərin meyoz prosesinin öyrənilməsi zamanı məlum olmuşdur ki, bu zaman ziqotena mərhələsində hüjeyrədəki DNT-nin 0,3 faizi sintez olur, əgər mitoz prosesində hüjeyrənin bütün DNT-si interfazada sintez olunursa, meyozda isə 0,3 faiz xüsusi Q-S nukleotidləri ilə zəngin olan DNT sintez olunur. Bu DNT-L-DNT adlanır və öyrənmişlər ki, hər homoloci xromosomun xüsusi sahələrində L-DNT yerləşmiş olduğundan həmin sahələr sanki bir-birini tanıyır, seçir və o sahələrlə də konyuqasiya edirlər. Bir qədərdən sonra xromosomlar başqa strukturla bir-birilə birləşir ki, buna sinaptemal kompleks deyilir. Homoloqların birləşməsi əvvəljə sentromer nahiyyəsində baş verir, sonra isə xromosomun bütün boyunu əhatə edir. Sinaptemal kompleksin xromosomları bir-birinə birləşdirilməsini paltarlarda istifadə edilən «zənjirbəndə» bənzətmək olar. Belə ki, iki xromosom sapı bir xromosom sapda birləşir. Sinaptemal kompleksə bütün eukariotlarda, ibtidailərdə, yosunlarda, ibtidai və ali göbələklərdə, ali bitki və heyvanlarda rast gəlinir. Paxitena – bu mərhələ yoğun saplar mərhələsi adlanır. Çünki ziqotenanın nətijəsi olaraq xromosomlar bir tərəfdən konyuqasiya nətijəsində qalınlaşmış, digər tərəfdən isə müəyyən qədər spirallaşma nətijəsi olaraq qısalmışlar. Bu çür qalın paxiten xromosomların sayı haploid sayına uyğundur (1n).

Deməli burada da xromatidlər 4n, DNT-isə hər bir paxiten xromosomunda dörd dəfə çoxdur. Bu mərhələdə meyoz üçün xarakter olan başqa bir proses krossinhover-homoloci xromosomların identik sahələrinin mübadiləsi gedir. Paxitenada morfoloci jəhətdən bu prosesi tutmaq olmur. Lakin sonradan diplotenada onlar ayrıldıqda krossinhover geden müəyyən nahiyyələrdə (xiazm nahiyyəsində) əlaqəli qalırlar. Belə hesab edirlər ki, genetik mübadilə elə həmin sahələrdə gedir. Müəyyənləşdirmişlər ki, paxitenada hüjeyrə DNT-nin 0,1 faizi sintez olunur. Bu sintez reparativ xüsusiyyət daşıyır. Belə ki, o, hüjeyrəni DNT ilə zənginləşdirmir, hüjeyrədə itmiş DNT-ni bərpa edir. Paxiten mərhələsində xromosomların tpanskripsiyası və bəzi xromatidlər fəallaşır ki, bu da xromosom strukturunda müəyyən dəyişikliklər yaranmasına səbəb olur. Bəzi orqanizmlərin oositlərində fırça şəkilli xromosomların yaranması elə bu dəyişiklərlə əlaqədardır. Diplotena – iki qat saplar mərhələsi adlanır. Meyozun bu mərhələsində homoloqların bir-birini dəf etməsi başlayır. Lakin bu zaman hər homoloci xromosomun qız xromatidləri bir-birilə birləşmiş vəziyyətdə qalır. Bivalentlər bir-birini dəf etdikdə xromosomların bir-birinə birləşdiyi xiazm sahələri aydın görünür. Bu zaman anjaq bu sahədə sinaptemal kompleksin qalıqları müşahidə edilir. Xromosomların ayrılmış sahələrində isə onlar itir. Xiazmların yerləşməsi və miqdarı müxtəlif növlərdə və xromosomlarda müxtəlif olur. Daha uzun xromosomlarda xiazm da çox olur. Ən qısa xromosomda hər bivalentdə heç olmasa bir xiazma olur. Diplotena mərhələsində xromosomlar daha da qısalır, qalınlaşır (spirallaşma hesabına), kondensasiyaya uğrayır. Buna görə də hər xromosomun dörd xromatiddən ibarət olması aydın görünür. Bu zaman hər homoloqdan birinin xromatidinin (4 xromatiddən 2-nin) çarpazlaşması aydın görünür. Diakinez – xiazm sayının azalması ilə bivalentlərin qısalması, nüvəjiklərin itməsi ilə xarakterizə olunur. Bivalentlər daha kompakt forma alır. Xromosomlar nüvə qlafı ilə əlaqəsini itirir. Bu mərhələ hüjeyrənin ikinji bölünməsinə keçid adlanır. Bundan sonra I metafaza başlayır. Bu zaman bivalentlər metafazaya xas olaraq ekvatorda düzülurlər. I anafazada xromosomlar bir-birindən ayrılır. Lakin bu zaman mitozdakı kimi qız xromotiddər deyil, iki qız xromatiddən ibarət olan hər homoloci xromosomdan biri müvafiq qütbə çəkilir. Homoloqlardan hansının bu və ya digər qütbə çəkilməsi tam və təsadüfi xarakter daşıyır. Belə ki, bu zaman müxtəlif xromosom jütləri istənilən kombinasiyada qütbələrə çəkilə bilər. Hər qütbdəki xromosomlar iki xromatiddən ibarət olur. Bundan sonra I telofaza başlayır. Telofazada elə bir əhəmiyyətli dəyişiklik baş vermir. Sadəjə olaraq qütblərdəki xromosomlar despiralizasiyaya uğrayır, spirallar açılır, xromosomlar öz aydın görkəmini itirir və yumaq formasını alırlar. I telofazadan sonra qısa interkinez dövrü keçir. Lakin bu zaman DNT sintez olunmadan hüjeyrələr 2-ji bölünməyə daxil olurlar. 2-ji bölünmə morfoloci xüsusiyyətlərinə və mərhələlərinin ardıjıllığına görə mitozdan fərqlənmir. Sentromer nahiyyələrində birləşmiş qalan qoşa qız xromatidlər (hər yumaqda ayrıja) II profaza, II metafaza, II anafaza və II teofaza mərhələlərini keçərək jinsi hüjeyrələrə düşürlər. Beləliklə meyozun II bölünməsində iki xromatidli və 2 s miqdarda DNT-yə malik hüjeyrələr ayrılıqda haploid xromosomlu 4 jinsi hüjeyrə əmələ gətirir. Erkəklərdə həmin jinsi hüjeyrələr spermatozoid, dişilərdə isə yumurta hüjeyrəsidir. Həmin hüjeyrələrdə hər xromosom bir xromatiddən ibarət olur. Bu hüjeyrələrdən hər biri öz genetik konstitusiyası ilə biri digərindən ferqlənir və mayalanma qabiliyyətinə malik olur.



Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin