Stalinqrad döyüúü. Böyük Vətən müharibəsinin ikinci dövrü Stalinqrad, Kursk dö- yüşlərini, Dneprin keçilməsini əhatə etməklə 1942-ci il noyabrın 19-dan 1943-cü ilin sonuna kimi olan vaxtı əks etdirir. Bu dövr müharibədə əsaslı dönüşün başlanması və başa çatmasıdır. 1942-ci ilin yazında İ.Stalin cəbhədə yaranmış vəziyyətə düzgün qiymət vermiyərək aprelin 8-də bir sıra cəbhə komandirlərinə hücuma keçmək haqqında göstəriş verərək belə hesab edirdi ki, bununla vermaxtı öz ehtiyatlarından istifadə edərək onu tükətməyə məcbur edib, 1942-ci ildə Almaniya üzərində qələbəni təmin edə bilər. Lakin alman ordularının gücünün tükənməsi hesabı əsassız idi və Baş Qərargahın eyni zamanda müdafiə və hücum taktikası ağır nəticələrə səbəb oldu. 1942-ci ilin aprelindən oktyabrına qədər Qızıl Ordu bir sıra acı məğlubiyyətlərə düçar oldu. 1942-ci il mayın 8-də düşmən Krım cəbhəsindəki ordu hissə- lərinə ilk zərbəni vurdu. Nəticədə D.Kozlovun komandanlıq etdiyi, Hərbi Şuranın üzvü F.Samanin, Qərargah nümayəndəsi L.Mexlis olduğu Krım cəbhəsi darmadağın edildi. Mayın 15-də Kerç təslim oldu, çox sayda əsir və hərbi texnika düşmənin əlinə keçdi. 175 min nəfər
əsgər və zabiti əsir düşən sovet ordusunun qalıqları Taman yarımadasına çəkildi. Bundan istifadə edən alman-rumın qoşunları fon Manşteynin komandanlığı altında Sevastopol üzərinə hücuma keçdi və iyulun 4-də 250 gün qəhrəmanlıqla müdafiə olunan şəhəri tutaraq Krıma tam hakim oldular. Səkkiz ay ərzində düşmənə mərdliklə müqavimət göstərən Sevastopol işğalçılarının Qafqaza irəliləməsini ləngitdi.
1942-ci ilin mayında Şimal-Qərb və Volxov cəbhələrinin ordu hissələrinin hücum cəhdi uğursuz oldu. Volxov cəbhəsinin ikinci zərbə ordusu mühasirəyə düşdü, ordu komandiri A.A.Vlasov əsir düşərək almanların tərəfinə keçdi. General-leytenant A.A.Vlasov Vinnitsk hərbi düşərgəsində olarkən rus “antistalin hərəkatı”na başçılıq etməyə razılıq verdi. 1945-ci ilin mayın 12-də əsir düşərək sonradan edam edilmişdir. Cənub-Qərb istiqamətində sovet ordusu baş komandan S.Timoşenko, Hərbi Şuranın üzvü N.Xruşşov, qərərgah rəsis İ.Baqramyanın başçılığı ilə İ.Stalinin razılığı əsasında Xarkov rayonunda qismən hücum
əməliyyatına başladı, ancaq onlar düşmənin cənub cinahdan əks-hücuma keçə biləcəyi imkanını nəzərə almamışdılar. Eyni zamanda Baş Qərargah rəisi B.Şapoşnikov da bu hücumun əleyhinə idi. Mayın 12-də hücuma keçən Cənub-Qərb cəbhəsinin qoşunları bir neçə gün ərzində 25-40 km irəliləyə bildilər. Lakin 1942-ci il mayın 17-də Kleystin qrupu
gözlənilmədən hücuma keçərək müdafiəni yardı və gün ərzində 20 km irəliləyə bildi. Mayın 18-də Qərargahın ehtiyat qüvvələri ilə düşmənə əks zərbə vurmaq cəhdi uğursuz oldu. Mayın 23-də hücum edən 6-cı alman ordusu bir neçə sovet ordusunu mühasirəyə aldı. Qızıl Ordu 267 min nəfər, o cümlədən, 200 min nəfər əsgər və zabit əsir düşməklə canlı qüvvə, 143 min tüfəng, 9 min avtomat, 652 tank və 1,5 min top, 3,2 min minaatan, 58 min at itirdi. İyulun axırlarına doğru almanlar Donbas və Rostovu tutdular. Beləliklə, bir neçə həftə içində alman ordusu 400 km yaxın irəliləməyə nail oldular ki, bu da sovet əsgərləri içərisində nizam- intizamın pozulmasına və çaxnaşmaya səbəb oldu. 1942-ci il iyulun 28-də İ.Stalin Müdafiə Komissarı kimi məşhur 227 saylı əmri imzaladı, əmrdə ordudan “Bir addım da geri çəkilməmək!” tələb olunurdu. Bu əmrə əsasən orta və böyük zabit və siyasi işçilər qorxaqlıq və s. səbəblərlə intizamı pozduqda cərimə batalyonlarına, sıravi döyüşçülər və kiçik zabitlər cərimə rotalarına göndərilirdi. Hər bir orduda mübarizə dəstələri təşkil edərək səbatsız ordu hissələrinin arxalarında yerləşdirildi ki, təşvişə düşüb geri çəkilən qorxaq və hayküyçüləri yerindəcə güllələsinlər. Bu əmr bir tərəfdən orduda dəmir intizamı təmin etdi, ancaq başqa bir tərəfdən bəraəti olmayan itkilərə səbəb oldu, belə ki, hər cür geriçəkilmə qadağan edildiyi üçün hətta daha əlverişli mövqey tutmaq üçün də geri çəkilmək mümkün olmadığına görə bir çox ordu hissələri bu üzdən mühasirəyə düşüb məhv oldu.
Eyni zamanda qələbələrdən məst olan A.Hitler Moskva üzərinə hücum zamanı yol verdiyi səhvləri iyulun 12-də verdiyi 45 saylı direktivi ilə təkrarlayaraq öz ordusunun iki hücum istiqamətini, bir tərəfdən Xəzər və Qafqaza, başqa bir tərəfdən isə Stalinqrada doğru hücumu müəyyən etdi. Alman komandanlığı belə hesab edirdi ki, Stalinqradı asanlıqla ələ keçirib Volqa ilə Həştərxana kimi irəliləyə bilərdilər. Avqust ayında Kuban vasitəsilə Qafqaz istiqamətində hücuma keçən almanlar heç bir müqavimətə rast gəlmədən avqustun 5-də Stavropolu, 11-də Krasnodarı, 14-də Novorossiyskini tutdular. Hücumu davam etdirən hitlerçilər Böyük Qafqaz sıra dağlarına çataraq öz sivastikalı bayraqlarını Elbrusun zirvəsinə yerləşdirdilər. Onları yalnız Tuapsedən Qara dənizlə ələ keçirə bilmədikləri Orjonikidze və Qrozniya kimi olan xətdə dayandırmaq mümkün oldu. Ordu arxasında yerləşdirilən və hər biri 200 nəfərdən ibarət olan dəstələr 1944-ci ilin oktyabrın 29 –da ləğv edildi. Müharibə vaxtı hərbiçilərin 1,24 %-i cərimə batalyonlarından keçmişdir.
Hitler Almaniyasının “Cənub” ordu birləşməsinin “A” qrupuna Qara dəniz sahili boyu Qafqaz istiqamətində hücum edib Bakının neft rayonların ələ keçirilməsi tapşırılmışdır. “B” ordu qrupu isə Stalinqradı tutaraq Don hüdudlarında müdafiə yaradaraq sovet qoşunlarının
əkshücumunun qarşısını almaq vəzifəsini yerinə yetirməli idi. 1942-ci il avqustun 25-də 6-cı alman ordusu F.Paulyusun komandanlığı altında Stalinqradın qərb sərhədinə çıxaraq şəhəri həm də şimaldan mühasirəyə aldılar. Eyni zamanda 4-cü tank ordusu rumın ordu hissələri ilə birlikdə Stalinqrada cənub-qərbdən yaxınlaşdılar. 1942-ci il iyulun 12-də Cənub-Qərb cəb- həsinin əsasında Stalinqrad (komandanı A.Yeremenko), sentyabrın 28-də Don (komandanı K.Rokossovski) cəbhələri yaradıldı. Stalinqrad əhalisi Volqadan o biri tərəfə köçürülməyə başlandı. Şəhərdə əlavə müdafiə xətləri quruldu. İyulun 17-də Stalinqrad döyüşü başladı və noyabrın 18-nə kimi davam etdi ki, bu da müdafiə mərhələsini təşkil edir. Sentyabrın 3-də düşmən Stalinqraddan şimalda Volqaya çıxdı. Sentyabrın 13-də döyüşlər artıq şəhərdə ge- dirdi. Oktyabrın əvvəllərində düşmən qüvvələri şəhərin böyük hissəsini ələ keçirmişdi. Düşmənin Mamayev kurqanın tutub şimalda traktor zavodunun ərazisinə daxil olmasına baxmayaraq şəhərdə hər ev, hər mərtəbə uğrunda qanlı döyüşlər, o cümlədən, əlbəyaxa döyüşlər gedirdi. Sentyabr-noyabr aylarındakı amansız küçə döyüşləri faşist işğalçılarının hücum gücünü demək olar ki, tükətdi. Odur ki, alman komandanlığı öz qoşunlarını yeni kö- mək gələnə qədər müdafiəyə keçməyi əmr etdi. Stalinqrad (Volqoqrad) səhərin V.İ.Çuykov, M.S.Şumilov, A.İ.Lopatinin orduları, A.İ.Rodimtsev, İ.İ.Lyudnikovun diviziyaları müdafiə edirdi.Müdafiə döyüşlərində 324 min nəfər sovet əsgər və zabiti həyatını itirmişdir.
1942-ci il avqust-sentyabr aylarında sovet qoşunları Şimali Qafqaz istiqamətində də fəal müdafiə döyüşləri aparırdılar. Avqustun 8-də Maykopu, 25-də isə Mozdoku tutan hitlerçilər bundan o tərəfə irəliləyə bilmədilər. “A” ordu qrupunun dağlı atıcı düşmən əsgərləri Tuap-
senin yoxuşlarında dayandırıldı. Şimali Qafqazda ümumi döyüş mənzərəsi Stalinqrad dö- yüşünün başa çatmasına qədər dəyişmədi. 1942-ci ilin noyabrına doğru vermaxtın qüvvələri yorulub əldən düşdükdə Qızıl Ordu əlavə yeni qüvvələrlə möhkəmləndirildi. Tank, təyyarə və artilleriya ilə müqayisədə sovet ordusu 1,3-1,5 dəfə üstün duruma gəldi. Sovet qoşunlarının tank parkı KV vəT-34 tanklarından ibarət idi ki, bu da keyfiyyətinə görə düşmən tanklarından üstün idi. Döyüşlərin gedişində Ali Baş Komandanlıq Qərargahı bilavasitə G.K.Jukov və A.M.Vasilevskinin rəhbərliyi ilə alman-faşist ordularını Stalinqrad altında mühasirəyə alıb məhv etmək planını hazırladı. Şərti adı “Uran” olan bu plana əsasən bir milyon nəfər canlı qüvvəsi, 13 min top və minaatanı, 1000 tankı, 1500 təyyarəsi olan Cənub-Qərb (komandiri N.F.Vatutin, Don (Komandiri K.K.Rokossovski) və Stalinqrad (komandiri A.İ.Yeremenko) cəbhələrinin ordu hissələri əks hücuma keçərək düşmənin əsas qüvvələrini mühasirəyə alıb məhv etməli idilər.
“Kiçik Saturun” (“Malıy Saturun”) adlanan Kotelnikov və Orta Don əməliyyatları ilə isə Stalinqrad altında mühasirəyə alınmış düşməni xilas etməyə cəhd göstərən ordu hissə- lərinin qabağı kəsilməli idi. Cənub-Qərb və Don cəbhəsinin sağ qanadının qoşunları 1942-ci il noyabrın 19-u saat 7:30 dəqiqədə düşmən üzərinə əks-hücuma keçdilər. Noyabrın 20-də Stalinqrad cəbhəsinin qoşunları hücuma atıldılar. Noyabrın 23-də Cənub-Qərb və Stalinqrad cəbhəsinin qoşunları Kalaç və Sovetski rayonlarında mühasirəni qapatdılar. Düşmənin 330 min nəfərdən ibarət olan 6-cı döyüş və 4-cü tank orduları mühasirəyə alındı. Dekabrın 12-dən 19-na qədər Qotun ordu birləşmələri Kotelnikov rayonunda müasirəni yarıb F.Paulyusun
əsgərlərin və zabitlərin xilas etməyə çalışsa da buna müvəffəq olmadı. Sovet qoşunları hücuma keçərək dekabrn sonunda cəbhədə 200 km dərinlik məsafəsində yeni hüdudlarda möhkəmləndilər. Mühasirəyə düşənlərə havadan yardım etməkdə bir nəticə vermədiyi üçün onların vəziyyəti ümidsiz idi. Stalinqrad döyüşünün yekun mərhələsi “Mühasirə” (“Koltso”)
əməliyyatı oldu. Mühasirədə olan 22 diviziyanın əsgər və zabitləri aclıq, soyuq və sursat ça- tışmazlığı üzündən əziyyət çəkirdilər. Lakin buna baxmayaraq, A.Hitler onlara təslim olmaq icazəsi vermədi. Təslim olmaq haqqında sovet təklifini qəbul etmədikdən sonra 1943-cü il yanvarın 10-da Don cəbhəsinin qoşunları hücuma keçərək ayın 26-da Volqa sahili boyu mühasirəni saxlayan V.Çuykovun 62-ci ordusu ilə Mamayev kurqanı rayonunda birləşdilər. F.Paulyusun ordusu iki qrupa bölündü, yanvarın 31-də cənub, fevralın 2-də şimal qrupu təslim oldu. 1943-cü il yanvarın 10-dan fevralın 2-nə kimi hitlerçilər 147 min nəfər itirdilər, 91 min adam, o cümlədən, 2,5 min zabit, başda feldmarşal Paulyus olmaqla 24 general əsir düşdü.
Ümumən 1942-ci il noyabrın 19-dan 1943-cü il fevralın 2-dək düşmən 800 min nəfər canlı qüvvə, iki min tank və döyüş topu, 10 mindən çox top və minaatan, üç minə yaxın döyüş və nəqliyyat təyyarəsi itirdi. İki alman, iki rumın və bir italyan ordusu məhv edildi. 1942-ci il iyulun 17-dən 1943-cü il fevralın 2-nə kimi Qızıl Ordu 478 min nəfər canlı qüvvə, 0,5 milyon atıcı silah, dörd mindən çox tank, 15 min top və minaatan, üç min döyüş təyyarəsi itirdi.
Stalinqrad altında qələbənin çox böyük tarixi əhəmiyyəti var idi. Qızıl Ordunun Volqadan qərbə doğru hücumu alman komandanlığını məcbur etdi ki, öz qoşunlarını Şimali Qafqazdan çəkib aparsın. Almanların Stalinqrad ətrafında məğlub edilməsi faşist koalisiyası arasında ciddi hərbi-siyasi böhrana səbəb oldu. İtalya, Rumıniya, Macarıstan cəbhədəki uğursuzzluq və xalq kütlələrinin narazılığı ilə bağlı böyük çətinliklərlə üzləşdilər. Rumıniya və Macarıstan müharibdən çıxmaq haqqında Qərb dövlətləri ilə seperat danışıqlara başladılar. Bu qələbə sahəsində Avropanın hitlerçilər tərəfindən işğal edilmiş ölkələrində müqavimət hərəkatı daha geniş vüsət aldı. SSRİ-nin işğal olunmuş ərazilərində isə partizan hərəkatı yeni yüksəlişə keçdi. Stalinqrad altında qələbə Böyük Vətən müharibəsində əsaslı dönüşün baş- lanğıcı oldu. Qızıl Ordu düşmənin əlindən strateji təşəbbüsü alaraq onu müharibənin sonuna kimi davam etdirdi.
Stalinqrad döyüşündəki xidmətlərinə görə 1943-cu ilin yanvarın 18-də G.K.Jukov, fevralın 16-da A.M.Vasilyevski marşal rütbəsi aldılar. Martın 6-da İ.V.Stalin marşal rütbəsi aldı. Bu müharibə başlanandan verilən ilk ali hərbi rütbələr idi.