Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə46/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   42   43   44   45   46   47   48   49   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Arxa cabhada hayat va amak. 1941-ci ildə SSRİ müharibəyə qədərki ərazisində yaşayan
əhalisinin 46, istehsal etdiyi kömür və metalın yarısını, taxılın 40, şəkərin 80 faizini itirmişdir. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şuarı altında çalışan ölkənin iqtisadiyyatı hərbi istehsalın yenidən qurulmasına cəlb olunmuşdur ki, burada da adamların möhkəm iradəsi əsas rol oynayırdı. 1941-ci ilin iyunun 24-də yaradılan Köçürmə Şurası təkcə 1941-ci ildə ölkənin şərqinə 2,5 min müəssisə, çoxlu sayda mal-qara və başqa kolxoz əmlakı, elmi idarə və təhsil müəssisələri köçürdü. Cəbhəyanı rayonlardan 10 milyon nəfər əhali çıxarıldı, 1,5 milyon vaqondan bu işlərdə istifadə edilmişdir. Köçürülən müəssisələr Volqaboyu, Qərbi Sibir, Qazaxıstan, Orta Asiya və əsasən Urala göndərildi. Yeni yerlərdə üç ayda quraşdırılan müəssisələr məhsul verməyə başladı, artıq 1942-ci ilin yazında hərbi məhsul istehsalı artmağa başladı. Çelyabinsk traktor zavodunda yeni köçürülmüş müəssisə əsasında tank sənayesinin mərkəzi yaradıldı.
Müharibəyə getmiş kişiləri istehsalatda qadınlar, yeniyetmələr və təqaüdçülər əvəz etdi. Arxa cəbhədə fəhlələr 10-12 saat çalışır, hərbi dövrün qaydalarına uyğun olaraq yaşayırdılar. “Yalnız özün üçün deyil, cəbhəyə gedən yoldaşının yerinə də işlə!” şüarı bütün təsərrüfat sahələrini əhatə etdi. Arxa cəbhədə mərdliklə çalışan işçilər son dərəcə ağır şərtlər altında yaşayır və qidalanırdılar. Rəsmi məlumatlara görə kartofdan başqa bütün ərzaq növlərinin istehlakı 1,3-2,5 dəfə azalmışdır. Şəhərlərdə ərzaq kartoçka sistemi ilə paylanırdı ki, bundan da yalnız əhali çörəklə mütamadi təmin olunurdu, yağ, qənd, yarma böyük fasilələrlə verilirdi. 1943-cü ildə fəhlələr gün ərzində 500-700 qr, qulluqçular 400 qr, uşaq və himayədarlar 300 qram çörək norması alırdılar. Kommersiya mağazalarında və bazarlarda normadan kənar
ərzaq mallarının qiyməti 10-30 dəfə artıq idi. Özlərinin ağır məişət vəziyyətinə baxmayaraq arxa cəbhənin əmək adamları cəbhəyə kömək etməyə çalışırdılar. Cəbhəyə ərzaq və isti paltar sovqatları göndərilirdi. Müdafiə fonduna milyard manatlarla pul vəsaiti daxil olurdu. Kiçik teatrın artistlərinin vəsaiti ilə döyüş təyyarələri eskadriliyası, Tambov və Çelyabinsk kol- xozçularının vəsaiti ilə tank kolonnaları təşkil olunmuşdu. Saratovlu kolxozçu F.Qolovati təyyarəquraşdırmaya 100 min manat pul keçirmişdir. Donorluq kütləvi hal almışdır.
Müharibə kənd təsərrüfatına ağır zərbə vurdu. 6kin sahələrinin və mal-qaranın yarısı işğalçıların əlinə keçdi. Demək olar ki, kəndin bütün əmək qabiliyyətli kişiləri, o cümlədən mexanizatorların çoxu müharibəyə səfərbər oldu. Traktorlar, avtomobillər, atlar cəbhənin ehtiyacları məqsədilə müsadirə edilmişdir. 1942-ci ildə taxıl yığımı müharibədən əvvəlki illə müqayisədə yalnız 31 faiz təşkil edirdi. Kartof, ət, süd, pambıq istehsalı azalmışdır. Kənd təsərrüfatı işlərinin bütün ağırlığı qadınların, yeniyetmələrin və qocaların çiyinlərinə düş- müşdür. Müharibə illərində minimum əmək günü norması artırıldı. Kolxoz və savxozların məhsulu praktik olaraq əvəzi ödənilmədən dövlətə təhvil verilirdi. Məcburi ödəmə həyətyanı sahələrə də tətbiq olunurdu. Kolxozçular kartoçka almırdılar. Kəndlilərin gərgin əməyi sayəsində ordunu ərzaq, hərbi sənayeni xammalla təmin etmək mümkün oldu. Ölkə ərazisinin faşistlərdən təmizlənməsi ilə bura məhdud texnika və toxum göndərilməyə başlandı. 1945-ci ildə işğaldan azad olmuş ərazilərin əkin sahəsi müharibədən əvvəlkinin 72 faizinə, istehsal edilmiş məhsul isə yarısına çatdı.
1943-1945-ci illərdə iqtisadiyyatın inkişafı, xüsusilə hərbi məhsul buraxılışına görə
SSRİ Almaniyanı ötüb keçdi. Sənaye istehsalının inkişafını təmin edən 7500 iri müəssisə işə salındı. 1943-cü ildə 30 min təyyarə, 24 min tank, 130 min artilleriya topu buraxıldı. Döyüş texnikası, atıcı pistolet-pulemyotlar, yeni qırıcı La-5, Jak-9 təyyarələri, ANT-42 cəbhə adı TB-7 olan ağır bombardmançı döyüş təyyarələri durmadan təkmilləşdirildi. Bu strateji bom- bardmançı təyyarələr dayanmadan Berlinə zərbə endirib geri qayıtmaq üstünlüyünə malik idi.
Müharibə illərində ideologiya sahəsində vətənpərvərliyi və SSRİ-də yaşayan xalqlar arasında birliyi təbliğ etmək ön plana çıxdı. Slavyan və başqa xalqların qəhrəman keçmişinin təcəssümü başlandı. Sinfi, sosializm dəyərləri “vətən” və “vətənpərvərlik” anlayışları ilə əvəz olundu. Müharibə Sovet hakimiyyəti ilə Rus pravoslov kilsəsini barışdırdı, 1941-ci il iyunun 22-də kilsə “Vətənin müqəddəs hüdudlarını qorumaqda” xalqa xeyir-dua verdi. 1943-cü ildə İ.Stalinin icazəsi ilə yerli mitropolit Sergey bütün Rusun Patriarxı seçildi.
Sovet xalqının faşizmlə ölüm-dirim mübarizəsi aparıcı mədəniyyət xadimlərinin yaradıcılığında dərin iz buraxdı. Rəssam İ.M.Toidzenin “Ana Vətən çağırır!” plakatı çox böyük emosional işıq şüası təsiri bağışladı. Adamlar nəfəslərini tutaraq Ümumittifaq radiosu vasitəsilə Y.B.Levitanın xüsusi bir ahənglə oxuduğu cəbhə məlumatlarını dinləyirdilər. Müharibə dövründə İ.Q.Erenburq “Qızıl Ulduz” (“Krasnaya zvezda”) və cəbhə qəzetlərində iki minə yaxın məqalə çap etdirmişdir. Bir çox ədəbiyyatçı hərbi müxbir kimi fəaliyyət göstərirdi. A.T.Tvardovskinin “Döyüşçü haqqında kitab” (“Kniqa pro boytsa”) əsərindəki cəsur Vasili Terkin surəti Böyük Vətən müharibəsi sıravi əsgərinin cəbhədəki qəhrəmanlığı- nın bədii təcəssümünün ən yaxşı nümunəsi idi. Yazıçı V.S.Qrossmanın “Qırmızı Ulduz” (“Krasnaya zvezda”) qəzetinin müxbiri kimi yazdığı “Stalinqrad oçerkləri” şəhərin qəhrəman müdafiəçilərinin həyatını tarix səhifələrinə həkk etdirdi. K.M.Simonovun lirikası görünməmiş şöhrət qazanmışdır. A.A.Surkov, A.A.Axmatova, O.F.Berqqolts, M.V.İsakovski və başqaları xalqa öz poetik sözləri ilə müraciət etdilər. V.İ.Lebedev-Kumaçın sözləri əsasında A.V.Alek- sandrovun musiqisini bəslədiyi “Müqəddəs müharibə” (“Svyaşşennaya voyna”) mahnısı bü- tün ölkədə şöhrət qazandı. Yüksək vətənpərvərlik pafosu ilə süslənən rejissor F.M.Ermlerin “O Vətəni müdafiə edir” (“Ona zaşişşaet Rodinu”), rejissor İ.A.Pıryevin “Raykom katibi” (“Sekretar raykoma”) və d. kino filmləri çox məşhur idi.
Hərbi dövrün çətinliklərinə və çoxlu elmi müəssisələrin ölkənin içərilərinə köçürül- məsinə baxmayaraq sovet alimləri düşmən üzərində qələbədə öz töhfələrini əsirgəmədilər. Onlar tank sənayesi üçün vacib olan yeni metal növləri hazırlayır, radiodalğaları sahəsində tədqiqatlar apararaq vətən radiolakatorların daha da təkmilləşdirdilər. L.D.Landau sonradan Nobel mükafatına layiq görülən kvant mayesinin hərəkəti nəzəriyyəsini işləyib hazırladı. Aerodinamika sahəsində S.Çaplıqin, B.Yuryev, S.Xristianoviç, M.Keldışın tədqiqatları yeni qırıcı, hücumçu və bombardmançı təyyarə nümunələrinin yaranmasına səbəb oldu. İ.Bardinin rəhbərliyi ilə yeni növ metalın alınması və tank sənayesində tətbiqi ilə bağlı tədqiqatlar geniş miqyas almışdı. A.Aleksandrovun laboratoriyasında gəmilərin maqnit minalarından qorunması işi son dərəcə əhəmiyyətli idi. Bir qrup alim S.Vavilovun başçılığı ilə hərbi texnika üçün zəruri optik cihazları yaratdı. N.Semyonov, N.Javoronkov, Y.Zeldoviç, Y.Xariton partlayış nəzəriyyəsi, barıtın kimya və texnologiyası sahəsində mühüm nəticələr əldə etdilər. Professorlar P.Gertsen, A.Savitski odlu silah yarasının müalicəsi metodikasın işləyib hazırlayırdılar. N.Burdenkonun rəhbərliyi ilə bir qrup alim kəllənin sulfamid preparatları ilə müalicə olunması metodun, A.Boqomolets sınmış sümüyün müalicəsi üçün dərmanların hazırlanması, V.Filatov öz kollektivi ilə kontuziya olmuş əsgərlərin görmə qabiliyyətinin bərpa edilməsi problemini həll etmişdir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin