Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə45/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   41   42   43   44   45   46   47   48   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Avropada harbi amaliyyatlar. 1944-cü ilin yayında beynəlxalq və hərbi vəziyyət göstərdi ki, ikinci cəbhə açılmadan da Qızıl Ordu Avropanı işğalçılardan təmizləmək gücünə malikdir. Bu ABŞ və Böyük Britaniyanı hərəkətə keçirdi və onlar ikinci cəbhəni açmaq haq- qında Tehran konfransının qərarını yerinə yetirdilər. Amerikan general D.Eyzenhauerin komandası altında İngiltərə və ABŞ öz ordusun Britaniya adalarından La-Manş vasitəsilə “Overlord” əməliyyatı əsasında Şimali Fransaya çıxardı. Müttəfiq qoşunları onlara qarşı duran düşməndən canlı qüvvə cəhətdən üstün olmaqla bərabər (1 mln nəfər), tank və özü- yeriyən qurğularla müqayisədə 3, top və minaatanlardan 2,2, hərbi təyyarələrlə müqayisədə 6,1 dəfə üstün idilər. Bu vaxt vermaxtın 179 döyüş diviziyası və 5 briqadası sovet-alman cəbhəsində idi. Fransa, Belçika və Hollandiyada isə 58 alman diviziyası var idi ki, onların da yalnız 38-i sahili müdafiə edirdi. Müttəfiq qoşunların daxil olduğu Sena körfəzi rayonunu cəmi 3-4 alman diviziyası qoruyurdu. Avqustun 19-da fransız vətənpərvərləri Parisdə antifaşist silahlı üsyanına başladılar.
Avqustun 25-də amerikan-ingilis orduları Parisi azad edərək, sentyabrda Almaniyanın qərb sərhədlərinə çıxdılar. Şərq və Qərb cəbhələri arasında sıxışıb qalan alman komandanlığı Almaniyanın qərbində “Ziqfrid xətti” boyu müdafiəyə keçməyə məcbur oldu. Dekabrın ortalarında Ardenn dağlarında əks hücuma keçən hitlerçilər ingilis-amerikan ordularına ağır zərbə vuraraq onları seperat sülh bağlamağa məcbur edib əsas qüvvələri Şərq cəbhəsinə yö- nəltmək niyyətində idilər. Müttəfiqlər tanklar üçün əlverişsiz olan bu yerdə almanların əks- hücumunu gözləmirdilər. Odur ki, ilk vaxtlar alman qoşunları xeyli uğur qazana bildilər. La- kin canlı qüvvə və texnika cəhətdən düşməndən xeyli üstün olan müttəfiqlər düşmənin hücu-
munun qarşısını aldılar və 1945-ci ilin əvvəllərində hücuma keçdilər. Ancaq onlar ağır itkilər hesabına ləng irəliləyə bilirdilər. Belə bir şəraitdə U.Çörçill İ.Stalinə müraciət edərək Şərq cəbhəsində sovet qoşunlarının hücumunu tezləşdirməyi xahiş etdi. Qızıl Ordu 1945-ci il yanvarın 20-də nəzərdə tutduğu hücum əməliyyatını 8 gün əvvəl, yəni yanvarın 12-də Visla- Oder əməliyyatı ilə başladı. Yanvarın 12-də marşal İ.S.Konevin komandanlığı altında 1-ci Ukrayna cəbhəsinin qoşunları güclü top atəşindən sonra ağır şəraitdə Sandomir döyüş əmə- liyyat meydanına hücuma keçdi. Nəzərdə tutulan hücum əməliyyatı İ.Stalinin şəxsi göstərişi ilə 8 gün əvvəl başladığı üçün sovet qoşunları döyüşə tam hazır vəziyyətdə deyildilər və havadan təyyarələrlə pis təchiz olunurdular ki, bununda nəticəsində hücum əməliyyatı çox- saylı ölü və yaralının olmasına gətirib çıxardı. 1945-ci ilin yanvarın ortalarında G.K.Jukovun komandanlığı ilə 1-ci Belarusiya cəbhəsinin və 1-ci Ukrayna cəbhəsinin döyüşçüləri Vislanun qərb sahilindəki döyüş əməliyyat meydanından hücuma keçdilər.
Şərqi Prussiyadan Karpat dağlarına qədər 1200 kilometrlik cəbhə boyu Qızıl Ordunun iri miqyaslı qış hücumu başlamış oldu. Bu hücumun əsas məqsədi Polşa ərazisindəki düşmən qruplaşmaları əzərək Oderə çıxmaq və burada döyüş əməliyyat meydanı yaradaraq Berlinə həlledici zərbə vurmağa hazırlaşmaq idi. Yanvarın 14-də Hitler Ardenndəki əsas qüvvəsi olan 6-cı tank SS ordusunu sovet-alman cəbhəsinə göndərmək haqqında əmr verdi. Bunun ardınca general Manteyfelin 5-ci tank ordusu da şərq cəbhəsinə göndərildi. Yanvar ayının 15-dən 31- nə kimi Şərq cəbhəsinə tərkibində 800 tank və özüyeriyən top olan 8 alman, (o cümlədən 4-ü tank və motorlaşdırılmış olmaqla) diviziyası göndərildi. Bu müttəfiq qoşunların Ardenndə vəziyyətini yüngülləşdirdi və onların hücuma keçməsinə şərait yaratdı.
1945-ci il yanvarın 17-də sovet qoşunları 1-ci Polşa ordusunun fədakarlıqla döyüşən
əsgərləri ilə birlikdə Varşavanı azad etdilər. Fevralın 3-də 1-ci Belarusiya və 1-ci Ukrayna cəbhələrinin ordu hissələri Oderə çataraq çayın sağsahilini düşmən qoşunlarından təmizlə- yərək solsahildə döyüş əməliyyat meydanı yaratdılar.
Qızıl Ordu dəstələri 1-ci Polşa ordusu və partizanlarla birlikdə Polşa ərazisinin böyük bir hissəsin işğalçılardan təmizləyərək Almaniyanın ərazisinə daxil oldular. Qızıl Ordunun Berlin istiqamətində hücumunun qarşısını almaq məqsədiə vermaxt Şərqi Pomeraniya və Sileziyada cinah zərbələri ilə sovet ordusunu məğlub etmək niyyətində idi. Bu şəraitdə Ali Baş Komandanlıq Qərargahı Berlin və Drezden istiqamətində hücuma hazırlığı zəiflətmədən 2-ci və 1-ci Belarusiya cəbhələrinin iştirakı ilə düşmənin şərqi Pomeraniya qruplaşmasını
əzərək Oder çayının aşağı axarına çıxmaq göstərişi verdi. 1-ci Polşa ordusunun da iştirak etdiyi əməliyyat sayəsində hitlerçilərin Dantsiq-Qdınsk möhkəmləndirilmiş müdafiə xətti yarıldı, onlarca mühüm yaşayış məntəqəsi azad edildi.
1945-ci ilin fevral-martında 1-ci Ukrayna cəbhəsinin döyüşçüləri Aşağı Sileziya və Yuxarı Sileziya hücum əməliyyatını uğurla başa çatdıraraq düşmənin “Mərkəz” ordusuna ağır zərbə vurdular. Fevral-mart hücumu nəticəsində faşist Almaniyası mühüm hərbi sənaye və kənd təsərrüfatı rayonlarını itirməklə yanaşı, silahlı qüvvələri də ağır zərbə aldı. Qərb cəbhəsində ingilis-amerikan orduları Reyn hüdudlarında qruplaşaraq Rur sənaye rayonunu ələ keçirməyə hazırlaşırdılar.
Həm Şərq, həm də Qərb cəbhəsində həlledici hücum ərəfəsində bir sıra siyasi məsələləri həll etmək məqsədilə SSRİ Xalq Komissarları Sovetinin sədri İ.V.Stalin, ABŞ-ın prezidenti F.Ruzvelt və Böyük Britaniyanın Baş Naziri U.Çörçill 1945-ci il fevralın 4-dən 11-dək Krımdakı konfransda bir araya gəldilər. Müttəfiqlər Almaniyanın qəti olaraq darmadağın edilməsinin hərbi planını razılaşdırdılar. Almaniya müharibədən sonra sülhsevər, demokratik dövlət olmalı, faşist partiyası, vermaxt, baş qərargah, hərbi sənaye ləğv olunmalı idi. Kon- frans qərara aldı ki, müharibənin səbəbkarı kimi Almaniya 20 milyard dollar təzminat ödə- məlidir ki, bunun da 10 milyard dolları SSRİ-yə çatmalı idi. Müttəfiqlər Birləşmiş Millətlər Təşkilatının yaradılamsı haqqında razılığa gəldilər və Azad edilmiş Avropa haqqında bəyan- namə qəbul etdilər. SSRİ Tehran konfransında verdiyi sözü təsdiq edərək bildirdi ki, mü- haribə başa çatdıqdan iki-üç ay sonra Yaponiyaya qarşı müharibəyə başlayacaq. Beləliklə, Krım konfransı ümumi düşmənə qarşı mübarizədə antihitler koalisiyasının möhkəmlən-
dirilməsində yeni mərhələ oldu.
1945-ci ilin fevral-martında Qızıl Ordu hissələri Şərqi Prussiyadakı düşmənlərin məhv edilməsini əsasən başa çatdıraraq bütün Polşanı, Macarıstanın böyük hissəsini azad etdi və Almaniyanın içərilərinə doğru daxil oldu. Aprelin 6-da 3-cü Belarusiya cəbhəsinin qoşunları Köniqsberqə hücum edib, 9-unda onu ələ keçirdilər. Aprelin 4-də sovet qoşunları partizanlarla birlikdə Slovakiyanın paytaxtı Bratislavanı azad etdilər. Həmin gün hitlerçilər bütün Ma- carıstan ərazisindən qovuldular. Aprelin 6-da 2-ci və 3-cü Ukrayna cəbhələrinin döyüşçüləri şimal və cənubdan Venanın ətrafına yaxınlaşdılar. Yeddi gün müddətində Avstryanın paytaxtı tamamilə işğalçılardan təmizləndi, Çexoslovakiyanın mərkəzi rayonlarına və onun paytaxtı Praqaya yol açılmış oldu. Sovet ordu birlikləri Berlinin 60 km-nə gəlib çıxdı. Faşist reyxi mühüm neft yataqlarından və hərbi məhsul verən müəssisələrdən məhrum oldu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin