Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə47/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   43   44   45   46   47   48   49   50   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Berlin amaliyyatı. Almaniyanın taslim olması. 1945-ci ilin aprelində Sovet silahlı qüvvələrinin qarşısında duran əsas vəzifə alman işğalçılarına həlledici zərbə vuraraq Qələbə Bayrağını Berlin üzərinə sancmaq idi. Bu vəzifəni yerinə yetirmək marşal K.K.Ro- kossovskinin komandanlığı altında 2-ci Belarusiya, marşal G.K.Jukovun komandanlığı ilə 1- ci Belarusiya, marşal İ.S.Konevin komandanlığı altında 1-ci Ukrayna cəbhələrinə, Uzaq hərəkət aviasiyasına, Baltik flotuna, Dnepr hərbi flotiliyasına və iki Polşa Ordularına həvalə olunmuşdur. Sovet komandanlığı Berlin istiqamətinə 2,5 milyon əsgər və zabit, 41600 top və
minaatan, 6250 tank və özüyeriyən qurğu, 7500 döyüş təyyarəsi toplamışdır. Berlini müdafiə edən faşist ordularının sırasında bir milyon əsgər və zabit, 10400 top və minaatan, 1500 tank və özüyeriyən qurğu, 3300 döyüş təyyarəsi var idi. Faktlar göstərir ki, Qızıl Ordu artilleriya cəhətdən düşməndən 4 dəfə, tank və özüyeriyən qurğularda 4,1, hərbi təyyarələrdə 2,3 dəfə üstünlük təşkil edirdi.
Berlin üzərinə hücum əməliyyatı 1945-ci il aprelin 16-da başladı və mayın 8-nə kimi davam etdi. Düşmən xüsusilə 1-ci Belarusiya cəbhəsi əsgərlərinin hücum etdiyi Zellov hündürlüyü rayonunda ciddi müqavimət göstərərək hücumun qarşısını almağa səy göstərdi. Hitlerçilərin müqavimətini qırmaq məqsədilə G.Jukov general V.İ.Çuykovun 8-ci qvardiya ordusu ilə birlikdə generallar M.E.Katukov və S.İ.Boqdanovun qvardiyaçı tank ordularını hücuma göndərdi. Aprelin 17-də günün sonunda düşmən sovet qoşunlarının təzyiqinə tab gə- tirməyərək Zellov müdafiə xəttinin yarılmasına mane ola bilmədilər. Hücumu davam etdirən Qızıl Ordu aprelin 25-də Berlin qruplaşmasının mühasirəsini başa çatdırdı. 300 min hitlerçi
əsgər və zabit, 3 min top və minaatan, 250 tank və hücum topu mühasirədə qaldı. Həmin gün 1-ci Ukrayna cəbhəsinin 5-ci qvardiya ordusunun qoşunları Elbanı keçərək Torqau şəhəri rayonunda 2-ci amerika ordusunun hissələri ilə görüşdü. Faşist Almaniyası iki hissəyə bö- lündü. Təslim olmaqdan imtina edən komandanlıq döyüşçüləri Berlinin küçələrində və ev- lərdə gedən qanlı döyüşlərə göndərirdilər. Artilleriya general-polkovniki Veydlinq Berlin qar- nizonunun komandanı təyin edildi. Berlin qarnizonu təslim olmaqdan imtina etdikdən sonra 10 gün ərzində şəhərin yanan və dağılmış binaları yerləşən küçələrində, toz-duman, atəş al- tında qanlı döyüşlər gedirdi. Aprelin 29-da reyxstaq uğrunda döyüşlər başlamış, rəsmi məlumata görə aprelin 30-u saat 21:50 dəqiqədə kəşfiyyatçılar M.A.Yeqorov və M.V.Kantariya Qələbə bayrağın reyxstaqın binasının Şərqində kayzer Vilhelimin heykəlinə asaraq dalğalandırmışlar. 1946-cı il mayın 8-də hər iki kəşfiyyatçı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1945-ci il aprelin 30-da bunkerində A.Hitler və həyat yoldaşı Yeva Braun özünü öldürdü. Bir gün sonra Y.Gebbels və ailəsi də eyni aqibəti yaşadı. Mayın 2-si saat 15-ə doğru Berlin qarnizonu təslim oldu. Gün ərzində 135 mni düşmən əsgər və zabiti
əsir düşdü. Berlin uğrunda döyüşlərdə 360 min sovet döyüşçüsü həlak oldu. A.Hitlerin ölümündən sonra təşkil edilən qrossadmiral K.Dyonitsin hökuməti ABŞ və İngiltərə ilə təslim olmaq aktını imzalasa da sovet tərəfi bunu qəbul etmədi. Alman silahlı qüvvələrinin danışıqsız təslim olması aktı Berlinin ətrafı olan Karlsxorstda mayın 8-də imzalandı. Təslim olma aktını Alman Baş komandanlığı tərəfindən general-feldmarşal V.Keytel, admiral X.Frideburq və aviasiya general-polkovniki Q.Ştumpf, qalib mütəffiq dövlətlər adından Sovet İttifaqı marşalı G.K.Jukov, Böyük Britaniyanın Baş aviasiya marşalı A.Tedder və şahidlər ABŞ nümayəndəsi general K.Spaats, fransız nümayəndəsi general J.M.deLatr de Tassini imzaladılar. Buna baxmayaraq cənubda, Çexoslovakiyada feldmarşal Şernerin komandanlığı ilə alman-faşist ordu hissələri müqavimət göstərməkdə davam edirdilər. Çexoslovakiyanın paytaxtı Praqa əhalisi hitlerçilərə qarşı üsyan qaldırdılar, lakin qüvvələr qeyri-bərabər idi. Sovet ordusu 1-ci çexoslovak ordusu, 1-ci və 4-cü rumın orduları ilə birlikdə Praqa
əməliyyatına başlayaraq mayın 9-da Praqanın divarlarına çatdılar. Mayın 11-də düşmən silahı yerə qoydu. 860 min nəfər düşmən əsgəri və zabiti əsir düşdü, 1,8 min tank və hücum topu, mindən çox təyyarə döyüş qəniməti kimi ələ keçirildi. Beləliklə, Qızıl Ordu Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa orduları, Yuqoslaviya, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Albaniya və d. ölkələrin vətənpərvər qüvvələri ilə birlikdə faşist Almaniyasını darmadağın etdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin