Slavyan olkeleri tarixi. 1917-2015. pdf


SSRİ 1940-cı illərin ikinci yarısı-50 ci illərin əvvəllərində



Yüklə 1,22 Mb.
səhifə49/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   45   46   47   48   49   50   51   52   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

SSRİ 1940-cı illərin ikinci yarısı-50 ci illərin əvvəllərində




Sosial-iqtisadi vəziyyət. Müharibə başa çatdıqdan sonra qarşıda duran əsas vəzifə dinc quruculuğa keçərək yüzlərlə dağıdılmış şəhər, qəsəbə və kəndi, dəmir yollarını və sənaye müəssisələrini bərpa edərək adamların maddi vəziyyətini yaxşılaşdırmaq idi. SSRİ-nin 27
milyon nəfərə yaxın əhalisi döyüşlərdə, faşist düşərgələrində, aclıqdan və xəstəlikdən öldüyü, ölkənin xalq təsərrüfatı milli sərvətinin təqribən 30 faizini itirdiyi üçün bu vəzifəni həyata keçirmək mürəkkəb və çətin şəraitdə baş verirdi. MSİ-nin məlumatına görə SSRİ-nin əhalisi demək olar ki, 18 faiz azalaraq 1941-ci il yanvarın 1-də 196,8-dən, 1946-cı il yanvarın 1- də 162,4 milyon nəfərə düşmüşdü. 6halinin azalması, əmək qabiliyyəti olan fəhlələrin yaşlı və yeniyetmələrlə, kişilərin qadınlarla, ixtisaslı işçilərin iş təcrübəsi olmayanlarla əvəz olunması, mal-qaranın azalması sayəsində əmək qabiliyyəti olan insanların pis qidalanması, mənzil şə- raitinin yetərsizliyi, texniki avadanlığın sıradan çıxması və ya köhnəlməsi, kapital qoyulu- şunun aşağı düşməsi və s. əmək məhsuldarlığının müharibədən əvvəlki səviyyə ilə müqaisədə kəskin aşağı düşməsinə səbəb olmuşdur.
1945-ci il mayın sonunda DMK bir sıra müdafiə müəssisələrini əhali üçün məhsul hazırlamağa yönəltdi. Ordunun şəxsi heyətinin tərxis olunmasına dair qanun qəbul edildi. Xalq təsərrüfatının dövlət tərəfindən idarə olunmasında struktur dəyişikliklər həyata keçirildi. 1945-ci ilin sentyabrın 4-də Dövlət Müdafiə Komitəsi ləğv olundu. Ölkənin idarə edilməsində bütün işlər Xalq Komissarları Sovetinin, 1946-cı ilin martın 15-dən isə yeni adı ilə SSRİ Nazirlər Sovetinin əlində cəmləşdi. Növbədənkənar məcburi iş norması ləğv olundu, 8 saatlıq iş günü və əmək haqqı ödənilməklə illik məzuniyyətlər bərpa edildi.
1946-cı ilin martında SSRİ Ali Soveti 1946-1950-ci illəri əhatə edən xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair dördüncü beşillik plan tapşırıqlarına aid qanun qəbul etdi. Ağır sənayenin və dəmir yol nəqliyyatının bərpası və inkişafı, bütün sahələrin texniki tərəqqisinin təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması, silahlı qüvvələrin ən yeni hərbi texnika ilə təchiz edilməsi beşilliyin başlıca vəzifələri elan edildi. Planda sənaye və kənd təsərrüfatının müharibədən əvvəlki səviyyəsini bərpa edərək sənayeni 48, kənd təsərrüfatın isə 23 faiz artırmaq nəzərdə tutulmuşdur. Dördüncü beşillik planın xalq təsər- rüfatını bərpa etmək və onu daha da inkişaf etdirmək vəzifəsini həyata keçirmək üçün 250,3 milyard manat məbləğində əsaslı vəsait qoyuluşu ayrılmışdır. Bu vəsaitin yarıdan çoxu ağır sənayeyə, ilk növbədə işğala məruz qalmış ərazilərin sənaye potensialının bərpa edilməsinə yönəldilmişdir. Planda xalqın sosial-məişət vəziyyətini yaxşılaşdırmaq, təhsil, elm və mə- dəniyyət, səhiyyənin inkişaf etdirilməsi nəzərdə tutulurdu.
ÜİK (b)P MK-nın katibi A.Jdanov, SSRİ Dövlət Plan Komitəsinin sədri N.A. Vozne- senski, RSFSR Nazirlər Sovetinin sədri N.Rodionov iqtisadi inkişafa volüntarist, yəni subyek- tiv münasibəti yumşaldaraq onun tarazlaşdırılmış inkişaf xəttini müdafiə edirdilər. Bu istiqa- mətin əksinə olaraq G.M.Malenkov və L.P.Beriya iqtisadçı E.S.Varqanın tədqiqatlarını əsas götürərək 30-cu illərin iqtisadi modelinə qayıdaraq ölkənin hərbi-sənaye bazasının sürətli inkişafını ön plana çəkməyi tələb edirdilər. 1946-1947-ci illərdə artan beynəlxalq gərginliyin manipulyasiyası, sənaye rəhbərlərinin mühafizəkar cəbhəsinin təşkil olunması, 1946-cı il qıtlığı sayəsində kəndlilər üzərində nəzarətin sərtləşdirilməsi, iqtisadi həyata volüntarist metodların tədbiqinin yumşaldılması və məcburi tədbirlərin azaldılması tərəfdarı olan xalq təsərrüfatının tarazlaşdırılmış inkişafını müdafiə edənlərin məğlubiyyəti ilə başa çatdı.1946-cı ildə dinc quruculuğa keçilməsinin çətinliklərindən irəli gələn sənaye istehsalının əvvəlki illə müqaisədə 17 faiz aşağı düşməsi sənayenin idarə edilməsinin icbari və iradi metodlarına qayıtmağa gətirib çıxardı.1948-cı ildə A.Jdanovun ölümü, N.Voznesevskinin vəzifədən azad edilərək məhkəməsiz 1950-ci ildə güllələnməsi, dördüncü beşillik plan tapşırıqlarına yenidən baxılaraq subyektiv olaraq iqtisadi artımın yüksək göstəricilərinin müəyyən edilməsi ilə nəticələndi. 6halinin aşağı həyat səviyyəsi nəzərə alınmadan, xüsusilə, ağır sənaye sahəsində “nəhəng layihələrə” üstünlük verilirdi. Başqa sözlə 1947/48- 1952/53-cü illərdə 30-cu illər- dəki iqtisadi quruculuq təcrübəsi təkrar olunurdu. Birinci beşillikdə olduğu kimi başlı-başına tikintisi başlayan çoxlu müəssisəni tikib başa çatdırmaq mümkün olmadı. İxtisası olmayan işçilərin çoxsaylı tikintilərə cəlb edilməsi ilk beşilliklərdə olduğu kimi əməyin təşkilinin böhranına və məhsuldarlığın aşağı düşərək dördüncü beşillik illərində orta hesabla 6 faiz ol- masına gətirib çıxardı. Bu həm də işdən yayınanların, kadr axıcılığının, zay məhsul istehsalının artması, əmək intizamının aşağı düşməsi ilə müşayiət edilirdi.
Bütün bu qeyd edilənlərə baxmayaraq, şübhəsiz, xalq təsrrüfatının bərpa edilməsində tezliklə normal dinc həyatı qaydaya salmağa çalışan sovet adamlarının əmək şövqü mühüm rol oynadı. Eyni zamanda Almaniyadan 4,3 mlrd dollar həcmində alınan təzminat və tex- nologiya beşillik planın yerinə yetirilməsinə böyük kömək oldu. Məhz bunun hesabına müha- ribədən sonra bərpa olunan müəssisələrin yarısının dəzgah və avadanlığını yeniləmək müm- kün oldu. Dördüncü beşillik dövründə 3 mindən çox iri müəssisə, o cümlədən Dneprohes, Azov və Zaporojye metallurgiya kombinatları, Stalinqrad və Xarkov traktor zavodları bərpa edilmişdir. Ümumən 1946-1950-ci illərdə 6,2 mindən çox sənaye müəssisəsi bərpa edilmiş və yenisi tikilmişdir. Ukrayna, Belarusiya, Moldaviyada bərpa işləri görülür, Ural, Sibir, Cənubi Qafqaz və Orta Asiya respublikalarında yeni sənaye nəhəngləri, Ust-Kamenoqor qurğuşun- sink kombinatı, Kutaisi avtomobil zavodu, Sumqayıt və Nikopolda boru prokat zavodları, Cambul və Kokand superfosfat zavodları, Sverdlovskdə (Yekaterinburq) turbin-motor zavodu, Minskdə, Vladimirdə traktor zavodları və s. işə düşdü. Saratov-Moskva, Daşava- Kiyev kimi iri və uzun qaz kəmərləri çəkildi və istifadəyə verildi. Özbəkistanda Fərhad, Volqada Rıbinsk, Uralda Nijni Turbinsk, Moskva ətrafında Şekino kimi yeni elektrik stansiyaları tikildi.1949-cu ilin noyabrında Xəzərdə açıq dənizdə ilk neft quyusu qazıldı və Azərbaycan neft istehsalının həcminə görə SSRİ-də birinci yerə çıxdı. Rəsmi məlumata
əsasən 1948-ci ildə sənaye məhsulu istehsalına görə ölkə müharibədən əvvəlki səviyyəni 18, 1950-ci ildə isə 73 faiz ötüb keçdi. Bununla yanaşı, planın böyük hissəsinin yerinə yetirilməsi 30-cu illərdə olduğu kimi məhsulun dəyərinin nəzərə alınması hesabına başa gəlirdi, kömürün, metal, neft, maşının real istehsalı isə o qədər də çox artmırdı. Həm də ağır sənayenin bərpası ekstensiv, yəni keyfiyyətcə deyil, kəmiyyətcə artırdı. Sənayeyə yeni xammal ehtiyyatları və əlavə işçi qüvvəsi cəlb olunurdu. Belə ki, 1946-1950-ci illərdə sənaye və tikintiyə ixtisası olmayan 8,5 milyon nəfər yeni fəhlə gəlmişdir.
Bu dövrdə Sovet dövləti ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, o cümlədən atom bombasının yaradılmasına çox böyük vəsait sərf edirdi.Qapalı hərbi şəhərlər salınır, bütov nazirliklər, məsələn orta maşınqayırma və ümumi maşınqayırma zavodları hərbi proqramları həyata keçirməklə məşğul olurdular. Atom silahının yaradılması ilə dünya şöhrətli fiziklər İ.V.Kurçatov, U.B.Xariton, Y.B.Zeldoviç, İ.K.Kikoin, P.L.Kapitsa, A.F.İoffe və başqaları məşğul olurdular.
Atom enerjisinin tədqiqi ilə məşğul olan xüsusi Komitəyə L.P.Beriya, Texniki Şuraya isə görkəmli hərbi iqtisadiyyat təşkilatçısı B.Vannikov rəhbərlik edirdi.1947-ci ildə SSRİ atom silahını yaratdığını elan etdi, 1949-cu ilin avqustunda ilk sovet atom bombası sınaqdan keçirildi. Atom bombasının kəşf edilməsində alimlərə sovet kəşfiyyatçıları misilsiz xidmət göstərdilər. 1942-1949-cu illərdə alman fiziki Klaus Fuks sovet tərəfinə mühüm məlumatlar vermişdir. 1953-cü ildə SSRİ hidrogen bombasını sınaqdan keçirdi. 1947-ci ildə S.P.Korolyo- vun rəhbərliyi ilə ilk sovet ballistik raketinin sınaq uçuşu oldu. 1946-1947-ci illərdə 38 növdə raket texnikası hazırlandı ki, bunların da bəzilərinin hərəkət radiusu 3000 km-yə çatırdı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin