Siyasi rejim. Müharibədən sonra cəmiyyətdə siyasi rejimin müəyyən səviyyədə libe- rallaşması gözlənilsə də bu baş vermədi. 6ksinə dövlət rəhbərliyi daxili siyasi kursun sərtləş- dirilməsi məqsədilə bir çox tədbirlər gördü. Üç il yarımda ordudan 8,5 mln keçmiş döyüşçü tərxis olunaraq dinc həyata qayıtdı. Dörd milyon nəfərdən çox repatriat, hərbi əsir, işğal edil- miş ərazilərin zorla aparılmış əhalisi, mühacirlərin bir hissəsi vətənə döndü. Vətənə qaytarılan 227 min hərbi əsirin yalnız 20 faizi evlərinə dönə bildi, yerdə qalan böyük əksəriyyəti isə ya həbs düşərgələrinə göndərildi, ya da ən azı beş il olmaqla müharibədə dağıdılmış rayonların bərpasında çalışmaq şərti ilə icbari sürgünə məruz qaldı. Ancaq 1956-cı ildə keçmiş əsirlər
əfv edildi.
1939-1940-cı illərdə SSRİ-yə birləşdirilən ərazilər müharibə dövründə işğala məruz qalmaqla yanaşı burada sovetləşməyə qarşı milli hərəkat, silahlı müqavimət, təqib və repres- siyalar geniş yayılmışdır. Birləşdirmə və kollektivləşdirməyə qarşı xüsusilə Qərbi Ukrayna, Moldova və Baltikyanı ölkələrdə müqavimət hərəkatı güclü idi.1939-cu ilin sentyabrında Qərbi Ukrayna SSRİ-yə ilhaq edildikdən sonra gizli silahlı təşkilat olan Ukrayna Millətçilər Təşkilatı olan (UMT) meydana gəldi ki, müharibə zamanı onlar könüllü olaraq “Qalitçina” diviziyasında olduğu kimi SS birləşmələrinin tərkibinə daxil olaraq kommunist və yəhudilərə qarşı mübarizə aparırdılar. 1944-cü ilin iyulunda Sovet qoşunları Qərbi Ukrayna ərazisinə daxil olduqdan sonra UMT-nın lideri R.Şuxoviç sayı 20 min nəfərə çatan Ukrayna üsyançılar ordusunun (UÜO) komandiri oldu.1945-1946-cı illərdə Qərbi Ukraynanın kənd rayonları
əsasən üsyançıların nəzarəti altında idi və onlar kollektivləşdirmə ideyasını qətiyyətlə rədd edərək Polşa və Çexoslovakiyanın sərhəd rayonlarında Qızıl Ordunun əməliyyatlarına müqa- vimət göstərirdilər. 1946-1948-ci illərdə SSRİ-dəki aclıq on minlərlə kəndlinin Ukraynanın şərqindən qərbə qaçmağa məcbur etdi ki, bunun sayəsində də üsyançılar öz sıralarını bir müddət möhkəmləndirə bildilər. Qərbi Ukrayna yalnız 1950-ci ildə kollektivləşdirmə həyata keçirildikdən sonra fəth edilə bildi ki, bu da 300 min nəfərə yaxın adamın 1945-1950-ci illərdə sürgün və həbs edilməsi sayəsində mümkün oldu. Ukraynanın qərbində banderovçular kimi Baltikyanı respublikalarda da Meşə qardaşları gizli milli təşkilat yaradaraq Sovet haki- miyyətinə qarşı silahlı müqavimət göstərirdilər. Belə birləşmələrin üzvlərinin böyük əksəriy- yəti müharibə vaxtı işğalçılarla əməkdaşlıq edirdilər. Bununla bərabər, Ukrayna və Baltikyanı
əhalinin Ukrayna Millətçiləri Təşkilatını və “Meşə qardaşlarını” müdafiə etməsinin səbəb- lərindən biri kimi Sovet təhlükəsizlik orqanlarının yerli əhaliyə qarşı tədbiq etdiyi repressiya və təzyiqlər hesab edilməlidir. 1947-1953-cü illərdə Litva, Latviya, Estoniya, Moldaviya və Ukraynadan işğalçılarla iş birliyinə, antisovet fəaliyyətində iştirakına görə 280 min nəfərə
yaxın adam sürgün və həbsə məruz qalmışdır. Sonradan bu insanların 65 min nəfərə yaxını
əfv edilərək geri qayıtmışdır.
Müharibədən sonra qalib ordunun cəmiyyət içərisində şöhrət və nüfuzunun artması İ.V.Stalin və onun ətrafının narahatlığına səbəb oldu. 1946-cı ildə hərbi sərkərdələrə qarşı repressiyalar başladı. Onların bir çoxu öz xidməti vəzifəsindən sui-istifadə edərək Almaniya- dan əmlakın mənimsənilməsində, müxalifətçilikdə və s. günahlandırılaraq həbs edilib düşər- gələrə salındılar. Marşal G.K.Jukovun işi üzrə istintaq başlasa da onun müharibədəki misilsiz xidmətləri, xalq arasındakı böyük nüfuz və şöhrəti nəticəsində İ.Stalin və hakimiyyət onu həbs etməyə cürət etmədi. İ.Stalin G.Jukovu Müdafiə Nazirinin müavini vəzifəsindən azad edərək onu Odessa hərbi dairəsinin komandanı təyin etdi. 1946-cı ildə Hərbi Hava Qüvvələ- rinin komandanı, aviasiya marşalı A.A.Novikov və Aviasiya sənayesi naziri A.İ.Şaxurin ordunu yarasız təyyarələrlə təmin edərək ziyankarlıq etdikləri üçün həbs edildilər. Dövlət Təhlükəsizlik Nazirliyi əməkdaşları generallar V.N.Qordov, Q.İ.Kulik, F.T.Rıbalçenkonun İ.V.Stalin və ölkədəki siyasi sistem haqqında tənqidi fikirlərini dinləyərək onların qüllələn- məsinə səbəb oldular. Dəniz komandanları N.Q.Kuznetsov, L.M.Qaller, V.A.Alafuzov, Q.A.Stepanov müharibə vaxtı müttəfiqlərə paraşüt torpedası haqqında hərbi-texniki məlu- matları verməklə ittiham olunaraq cəzalandırıldılar. Sonrakı illərdə generallara qarşı saxta cinayət işləri tərtib edilsə də İ.V.Stalin hərbçilərin 1937-1939-cu illərdə olduğu kimi məhvinə qol qoymadı.
Hakimiyyət müharibə dövründə bir qədər zəifləmiş intellektual həyata nəzarəti güc- ləndirməyə başladı. 1946-cı ilin yayından başlayaraq mədəni yaradıcılıq sahəsində aşkar edi- lən “xarici təsir”, “metafizik ənənə”, “xırda burjua fərdiyyətçiliyi” və “sənət sənət üçündür” prinsiplərinə söykənən azadlıqlar üzərinə genişmiqyaslı hücum təşkil edirdi. Partiya və hökumətin sərtləşdirdiyi bu ideoloji kursa ÜİK(b)P MK-nın katibi A.A.Jdanov başçılıq edirdi və kampaniya onun qurbanlarının dili ilə “jdanovçuluq” kimi tarixə keçmişdir. 1946-cı ilin yayında ölkədə aclığa səbəb olan iqtisadi böhran şəraitində hakimiyyət ziyalıları susdurmaq və onlar tərəfindən hökumətin iqtisadi siyasətinin tənqidinin qarşısını almaq məqsədilə ya- radıcı ziyalıların üzərinə hücuma keçdi. 1946-cı il avqustun 16-da A.A.Jdanovun məruzəsi
əsasında ÜİK(b)P MK-nın, “Zvezda” və “Leninqrad” jurnalları haqqında” qərarı qəbul olun- du. Partiyaya yad olan ideologiyanı təbliğ etdikləri üçün, xüsusilə şairə A.A.Axmatova və satirik M.M.Zoşşenkonun Sovet cəmiyyətinin tələblərinə cavab verməyən “prinsipsiz” və “vicdansız” əsərlərin çap etdiyi üçün “Zvezda” jurnalına töhmət verildi, “Leninqrad “ jurnalı isə bağlandı. Bir neçə gündən sonra A.Axmatova və M.Zoşşenko Yazıçılar İttifaqı sıraların- dan xaric edildilər və uzun müddət onlara çap olunmaq imkanı verilmədi. Yazıçılar İttifaqının yığıncağında çıxış edən A.Jdanov M.Zoşşenkonun “Meymunların sərgüzəştləri” (“Priklyu- çeniya obyezyanı”) əsərinə qiymət verərək göstərdi ki, müəllif antisovet təbliğatı yayaraq de- mək istəyir zooparkda barmaqlıqlar arasında yaşayıb nəfəs almaq azadlıqda sovet adamları arasında yaşayıb nəfəs almaqdan daha yaxşıdır. A.Fadeyev Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi seçildi və ona bu təşkilatda qayda-qanun yaratmaq tapşırıldı. 1948-ci il fevralın 10-da ÜİK(b)P MK “Sovet musiqisində dekadent ənənəsinə dair” qərar qəbul edərək V.İ.Mu- radelinin “Böyük Dostluq” (“Velikaya drujba”) operasını ideyasızlıq və burjua ideyasının qalıqlarına xas cəhətlərinə görə kəskin tənqid etdi. Konkret olaraq V.Muradeli 1918-1920-ci illərdə Şimali Qafqazda Sovet hakimiyyəti uğrunda mübarizədə rus xalqı ilə gürcü və osetin xalqları arasında dostluğa dair tarixi faktları saxtalaşdırmaqda günahlandırıldı. Bu qərarda bir çox istedadlı bəstəkarlar, o cümlədən S.Prokofyev, D.Şostakoviç, N.Myaskovski və b. “for- malizmə əsaslanan xalqdan uzaq” musiqi əsərləri yazdıqları üçün ciddi tənqid olundular. Qə- rara müvafiq olaraq “Antiformalist” kampaniyası çərçivəsində Bəstəkarlar İttifaqında təmiz- ləmə aparıldı, demək olar ki, bütün məşhur musiqi xadimləri cəzalandırıldılar, lakin 30-cu illərin təcrübəsindən fərqli olaraq onlar həbs düşərgələrinə göndərilmədilər.
İdelolji nəzarət mənəvi həyatın bütün sahələrini əhatə edirdi. 1950-ci ildə İ.V.Stalin şəxsən dilçilik diskussiyasına qoşularaq N.Marrın nəzəriyyəsinə qarşı “Marksizm və dilçiliyin problemləri” məqaləsini yazdı. İ.Stalin iddia edirdi ki, linqvistik problemlər sovet cəmiyyə-
tində bazis və üstqurun məsələlərinin araşdırılması üçün bir bəhanədir, odur ki, o bir daha güclü SSRİ dövlətinin əsasının mütləq və zəruri olmasını elan etməyə borclu idi. Hətta iki il keçəndən sonra İ.Stalin 1952-ci il avqustun 2-də “Pravda” qəzetində dərc etdirdiyi məqa- ləsində F.Engelsin “Anti-Dyurinq” əsərində inqilabdan sonra dövlətin ölməsi tezisini qəbul etməyərək belə hesab edirdi ki, kapitalist əhatəsi ləğv edilmədiyi və sosialist inqilabı yalnız bir ölkədə qələbə çaldığı üçün bunu qəbul etmək mümkün deyil.
1949-cu ildən kosmopolitizmlə mübarizə kampaniyası başladı ki, “kosmopolit” yunanca dünya vətəndaşı demək olduğu üçün buna “vətənpərvər olmayan” mənası verildi. Kosmo- politizmdə təqsirləndirilənlər, xüsusilə yəhudilər işdən azad edilir və onlara yeni iş yeri tapmağa imkan verilmirdi. SSRİ-də ideologiyada millətçilik və şovinizmin yayılması dövlət antisemitizminin meydana gəlməsinə səbəb oldu. 1948-ci ildə müharibə zamanı yaradılmış Yəhudi antifaşist komitəsinin üzvləri həbs edilərək 1952-ci ildə güllələndilər. Komitənin lideri artist S.M.Mixoels Stalinin qızı Svetlana və həyat yoldaşı Q.İ.Morozovdan yəhudilərin maraqlarının mənfəəti məqsədi şubəsi əsasında 1948-ci ilin yanvarında Dövlət Təhlükəsizlik Nazirliyi agentləri tərəfindən maşın qəzası adı ilə öldürüldü. S.Mixoels həm də Yəhudi teatrının bədii rəhbəri idi.Yüzlərlə ziyalı həbs edildi. İ.S.Fefer, P.D.Markiş, D.P.Berqelson, L.M.Kvitko Sibirə sürgün edilərək 1952-ci ildə yəhudiləri Krıma yığıb təxribat törətmək maddəsilə güllələndilər.
1952-ci ildə Kremlin Müalicə idarəsində işləyən və əsasən yəhudilərdən ibarət olan bir qrup həkim həbs edildi. Onlar amerikan kəşfiyyatının yaratdığı beynəlxalq yəhudi burjua- millətçi “Joynt” təşkilatının tapşırığı ilə A.A.Jdanov, A.S.Şerbakov, M.İ.Kalininin ölümündə müqəssir bilindilər. Həbs edilən həkimlər haqqında əsas donosçu olan həkim L.Timaşuk Le- nin ordeni ilə təltif edildi. Klemilin müalicə-sanitar idarəsinin şöbə müdiri L.F.Timaşukun məktubu 1935-ci ilin avqustundan rəhbər partiya dəftərxanasının rəisi, MK-nın üzvi A.N.Pos- krebışev və 25 ilə yaxın Stalinin şəxsi qoruması general-leytenant N.S.Vlasikin vəzifələrindən uzaqlaşdırılması ilə nəticələndi. İ.Stalin şəxsən Dövlət Təhlükəsizlik Nazirliyi orqanlarından “həkimlərin işini” başa çatdırmağı tələb etmişdir. “Həkimlərin işinə” yalnız İ.Stalinin ölü- mündən sonra xitam verildi.
1946-cı ildən ölkədə qayda-qanunu qorumaq və fərqli düşünənləri nəzarətdə saxlamaq Daxili İşlər Nazirliyinə (DİN) və Dövlət Təhlükəsizlik Nazirliyinə (DTN) həvalə edilmişdir. 1946-cı ildə L.P.Beriya nazirlər Sovetinin Sədr müavini, Siyasi Büronun üzvü qalaraq DİN-in rəhbərliyini general S.Kruqlova, DTN-in isə V.S.Abakumova verməli oldu ki, 1951-ci ildə V.Abakumov S.D.İqnatyevlə əvəz olundu. Keçmiş hərbçilər, SSRİ-nin tərkibinə yeni daxil edilmiş ərazilərin “yad ünsürləri”, işğalçılarla əməkdaşlıq edənlər, kütləvi sürgünə məruz qalmış xalqların nümayəndələri müharibədən sonra sovet cəzaçəkmə düşərgələrinin sakinləri olaraq dövlət üçün ucuz işçi qüvvəsi demək idi. Tarixi və xatirə ədəbiyyatında “QULAQ
əhalisi”, yəni Baş Düşərgə İdarəsinin cəzaçəkmə yerlərindəki insanların sayı 3 ilə 15 milyon arasında göstərilirdi. Rəsmi məlumatlara görə 5 milyon nəfərdən çox adamı əhatə edən cəza düşərgələrinin ərazisi ölkənin uzaq yerlərində sərt iqlimi ilə seçilən Orta Asiyanın susuz çöllərindən soyuq Yakutiyaya kimi olan yerləri əhatə edirdi. 40-cı illərin sonundakı sovet həbs düşərgələrinin artıq dörd əsirlik tarixi vardır. Bunun yarandığı ilk yer Solovetsk adası idi. Oktyabra qədər strateji qala, sonra isə həbsxana olan bu yerdə 1923-cü ildə “QULAQ” arxipelaq strukturu yaradıldı. İlk dəfə 1931-1933-cü illərdə məhbusların əməyi ilə Stalin tikintisi Belomor-Baltik kanalı inşa edilməyə başlandı. Eyni zamanda mərhələ-mərhələ “Şimal-Şərq yolu” tikilirdi ki, bu yol boyu ilə düşərgələr salınırdı. Yolun bir qolu Şimali Urala, Solikamska, ikinci qol isə Arktikaya, Salexard və Norilskə uzanırdı. Başqa bir xətt isə Cənubi Uraldan Kuzbas, Baykal və Amura uzanırdı. Elə o dövrdə Qazaxıstanın mərkəzi rayonlarında və Kolımda düşərgələr şəbəkəsi yaranmışdır. Hər yerdən təcrid olunmuş Kolıma yalnız dəniz vasitəsilə getmək olardı, onun inzibati mərkəzi isə məhbusların özlərinin inşa etdiyi Maqadan idi. Kolım QULAQ-ın region-simvoluna çevrilmişdi. Mürəkkəb düşərgə sisteminin əhatə etdiyi məhkumlar meşə təsərrüfatında, dağ-mədən sənaye işlərində, dəmir və nəqliyyat yollarının çəkilməsində, nəhəng su anbarının və şəhərlərin tikintisində çalışırdılar.
Komsomolsk, Naxodka, Maqadan, Bratsk, Norilsk, Vorkuta, Balxaş şəhərləri buna misaldır. Məhbusların əməyi ilə tikilən Volqa-Don kanalında işlər 1952-ci ildə başa çatmışdır. Ümu- mən “QULAQ əhalisi” və vətənpərvər yazıçı A.Soljenitsinin qeyd etdiyi kimi onların ucuz işçi qüvvəsi yeni rayonların mənimsənilməsində böyük rol oynamışdır.
İ.V.Stalin yaşa dolduqca onun yaxın ətrafındakılara şübhə ilə yanaşmağa başlaması hakimiyyətin üst qatlarında qorxu və təşvişin, məntiqi nəticə kimi isə onlar arasında hakimiyyət uğrunda rəqabət və mübarizənin şiddətlənməsinə zəmin hazırladı. Müharibədən sonrakı ilərdə ölkənin mühüm daxili və xarici siyasət məsələlərini operativ olaraq İ.Stalinin yaxın əhatəsi olan Siyasi Büro üzvləri V.Molotov, L.Beriya, G.Malenkov, A.Mikoyan həll edirdilər. Lakin 1945-ci ilin sonlarından başlayaraq İ.Stalin özünün ən yaxın məsləkdaşı olan V.Molotovla dostluq münasibətlərinə son qoymağa başladı.
Vyaçeslav Mixayloviç Molotov (Skryabin) (1890-1986) görkəmli sovet partiya və dövlət xadimi kimi 1921-1930-cu illərdə partiya MK-nın katibi, 1930-1941-ci illərdə SSRİ Xalq Komissarları Sovetinin sədri, 1941-1957-ci illərdə Xalq Komissarları Sovetinin, sonra isə Nazirlər Sovetinin sədr müavini işləmişdir.1941-1945-ci illərdə DMK-nın üzvü, 1939- 1949-cu illərdə və 1953-1956-cı illərdə SSRİ Xalq Xarici İşlər Komissarı sonra isə Naziri olmuşdur. 1957-ci ildə “antipartiya qrupunda” iştirakına görə bütün partiya və dövlət vəzifə- sindən, 1962-ci ildən isə partiya sıralarından azad edilmişdir. 1984-cü ildə partiya sıralarına bərpa edilmişdir. 1926-1957-ci illərdə Siyasi Büronun, Rəyasət Heyətinin üzvü olub.
V.Molotovun xarici junalistlər tərəfindən dövlət işlərinin həllində ön plana çəkilməsi və İ.Stalindən xəbərsiz U.Çörçilin Rusiya və İ.Stalini tərifləməsinin mətbuatda çap edilməsi hələ V.İ.Leninin vaxtından Siyasi Büronun yeganə üzvü olan V.Molotovla İ.Stalinin çoxillik dostluq münasibətlərinin kəsilməsinə səbəb oldu.1950-ci ilin martından Yəhudi antifaşist komitəsinin “antisovet” fəaliyyətinin istintaqı üzrə işdə V.Molotovun arvadı P.Jemçujinanın adı çəkilməyə başladı. P.S.Jemçujinanın 1948-ci il mayın 14-də yeni yaranan İsrail dövlətinin SSRİ-yə göndərdiyi nümayəndə Qoldı Meersonla (1956-cı ildən Meir) dostluq əlaqəsi var idi, bu isə Stalinin xoşuna gəlməmişdir. MK-nin iclasında V.Molotov həyat yoldaşının partiya sıralarından xaric edilməsi haqqında səsvermədə iştirak etmədi ki, bu da rəhbərin qəzəbinə səbəb oldu. Düzdür, sonradan V.Molotov “siyasi səhv” etdiyini etiraf etdi və MK qərarının leyhinə səs verdi, lakin bu onun gözdən düşməsinə kömək etmədi.
Müharibə vaxtı mövqeləri xeyli güclənən L.P.Beriya və G.M.Malenkov Xalq Komis- sarları Soveti Sədrinin müavinləri idi və 1946-cı ilin yazında MK-nın Siyasi Bürosunun üzvü seçildilər. Lakin tezliklə onların mövqeyi zəiflədi. L.Beriya Daxili İşlər Naziri vəzifəsini itirdi, G.Malenkov isə MK katibliyindən çıxarıldı. Daxili hakimiyyət çəkişməsi sayəsində ÜİK(b)P MK-nın katibi, partiyanın ideoloqu A.A.Jdanovun, ona yaxın olan Leninqrad partiya təşkilatının nümayəndəsi, MK-nın katibliyinə daxil edilən A.A.Kuznetsovun, Nazirlər Sove- tinin sədr müavini, Dövlət Plan Komistəsinin sədri N.A.Vornesenskinin və RSFSR Nazirlər Sovetinin sədri M.İ.Rodionovun mövqeyi gücləndi. İ.Stalin qəsdən öz yaxın əhatəsi arasın- dakı düşmənçiliyi qızışdırırdı. A.Jdanov 1948-ci ilin avqustun 31-də ürək tutmasından öl- dükdən sonra G.Malenkov-L.Beriya və A.Kuznetsov-N.Voznesenski qruplaşması arasında çəkişmə daha da şiddətləndi. G.Malenkov itirdiyi MK-nın katibi postunu geri qaytara bildi. “Leninqrad işi” deyilən uydurma prosess təşkil olundu. Leninqrad partiya təşkilatının rəhbərliyini, o cümlədən ölkənin Leninqraddan çıxan partiya və dövlət rəhbərlərin frak- siyaçılıq fəaliyyətində, rus şovinizmində, Rusiyanı SSRİ-dən ayıraraq paytaxtı Leninqrada köçürməkdə, xarici ölkələrin xeyrinə cəsusluqda təqsirli bilərək həbs etdilər. 1940-cı ilin sonu-1950-ci illərin əvvəllərində inzibati-amirlik rejiminin qol gəzdiyi SSRİ-də ən böyük siyasi işlərdən biri olan “Leninqrad işi” G.Malenkovun şəxsi nəzarəti və iştirakı ilə Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən aparıldı. Yeganə dəlil isə həbs edilənlərin ağır işgəncə altında verdikləri izahatlar idi. Bu saxta etiraflar əsasında 1950-ci il oktyabrın 1-də 26 nəfər, o cümlədən N.Voznesenski, A.Kuznetsov, M.Rodionov, P.Popkov ölüm hökmü alaraq gül- lələndilər. Leninqraddakı kütləvi həbslər 1952-ci ilə qədər davam etdi. 1951-ci ildə Dövlət Təhlükəsizlik Naziri V.S.Abakumov “Joynt” cəsuslarının qarşsını ala bilmədiyi üçün, “Lenin-
qrad işi”, xarici kəşfiyyatla əlbir olub G.Malenkova qarşı sui-qəsd hazırladığına görə həbs edildi. Onun ardınca DTN-nin çoxsaylı əməkdaşları həbs olundular. Tarixçilər belə hesab edirdilər ki, bir tərəfdən Dövlət Təhlükəsizlik Nazirliyi rəhbərliyinin dəyişdirilməsi L.Beriya və G.Malenkovun onlar üzərində nəzarəti bərpa etmək istəyi ilə bağlı idi, başqa bir tərəfdən ola bilsin ki, İ.V.Stalin gələcəkdə ölkənin ali partiya və dövlət rəhbərliyində geniş rep- ressiyalar aparmağı nəzərdə tuturdu.
1952-ci ilin oktyabrında partiyanın XIX qurultayı oldu ki, ali partiya orqanları-Siyasi Büro və Katibliyin tərkibi yeni üzvlər hesabına genişləndirilirdi.Ali partiya postuna V.An- drianov, S.İqnatyev, A.Aristov, L.Melnikov, N.Mixaylov, L.Brejnev, P.Ponomarenko kimi yeni adamlar gəldi. Qurultayda MK-nın adından G.Malenkov çıxış etdi ki, bu da gələcəkdə onun İ.Stalinin əvəzləyicisi olacağı fikrini ortaya atırdı.İ.Stalin yalnız qısa yekun nitqi ilə qurultayda çıxış etdi. Qurultaydan sonra MK-nın Plenumunda Siyasi Büro yerinə 25 nəfər üzvdən və 11 nəfər üzvlüyə namizəddən ibarət olan Rəyasət Heyəti seçildi. Bu isə o demək idi ki, İ.Stalin yaxın ətrafında təmizləmə aparmağı nəzərdə tutduğu üçün yeni kadr ehtiyatı hazırlayırdı. Yalnız 13 ildən sonra çağırılan partiyanın XIX qurultayı onun adını dəyişərək Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) elan etdi.